Həzrət Zəhra (s.ə) və Həzrət Məhdi (ə.f.)

Həzrət Zəhra (s.ə) və Həzrət Məhdi (ə.f.) – hər ikisi Qiyamət günü möminlərə şəfaət verəcəklər

Həzrət Peyğəmbər (s) buyurur: “Ey Fatimə! Sənə müjdə verirəm! Allah yanında mahmud məqama maliksən. Həmin məqamda dostların və öz tərəfdarların üçün şəfaət verəcəksən. Sənin şəfaətin qəbul olacaqdır”.

Bilal ibni Həmamə deyir: “Bir gün Allahın Peyğəmbəri (s) yanımıza gəldi, üzünün nuru ay kimi parlaq idi. Sevincli idi. Əbdürrəhman ibni Əvəz ərz edir: “Ey Allahın Rəsulu! Bu nur nədir?”. Həzrət (s) buyurur: “Allah tərəfindən qardaşım, əmim oğlu və qızım haqqında bəşarət verilmişdir ki, onların hər ikisinin vasitəsilə ümmətimin kişi və qadınları cəhənnəm atəşindən nicat tapacaqlar”.

Əmirəl-möminin (ə) İmam Həsən (ə) və İmam Hüseynə (ə) xitab edərək buyurmuşdur: “Siz rəhbərsiniz, şəfaət isə ananıza aiddir”.

Hədislərin birində Əmirəl-möminin (ə) və Cabir ibni Abdullah Ənsari Peyğəmbərdən (s) nəql edirlər ki, Peyğəmbər (s) İmamların (ə) Qiyamətdəki mövqeyini bəyan etmişdir və Həzrət Məhdinin (ə.f.) məqamı haqda buyurmuşdur: “İmam Məhdi (ə.f.) – Qiyamət günü möminlərin şəfaət edənidir”.

Həzrət Zəhra (s.ə) ilə Həzrət Məhdinin (ə) məzlumluğu

Həzrət Zəhranın (s.ə) ziyarətində oxuyuruq: “Salam olsun sənə, ey pak məzlum”. Əmirəl-möminin (ə) həyat yoldaşının məzluluğu haqda buyurmuşdur: “Fatimə, Allahın Peyğəmbərinin (s) qızı daima zülmə məruz qalmışdır və öz haqqından məhrum olmuşdur”.

Əmirəl-möminin (ə) övladı Məhdinin (ə.f.) məzlumiyyəti haqda buyurmuşdur: “Bu əmrin sahibi, həmin uzaqlaşdırılmış, yeganə və tənhadır”. İmam Baqir (ə) buyurur: “Əgər onu tanısalar, onu tikə-tikə edərdilər”. Peyğəmbərə (s) etdikləri həmin əziyyətlərdir ki, ona da etmişdilər. Bəlkə daha çox.

Hüccətil-İslam Hacı Seyid İsmayıl Şərəfi deyir: “Kərbəlaya getmişdim və Həzrət Seyyidi-şühədanın (ə) hərəmində ziyarətlə məşğul idim. İmam Hüseynin (ə) hərəminin yuxarı hissəsində olan zəvvarlar duasını oxuyanda dualar qəbul olunar. Həmin yerdə Allahdan istədim ki, məni Həzrət Məhdinin (ə.f.) mübarək məhzərinə müşərrəf etsin. Gözlərimi o Həzrətin (ə.f.) misilsiz gözəlliyi ilə aydınlandırsın. Ziyarətlə məşğul olan zaman qəflətən günəşin camalı zahir oldu. Həmin an Həzrəti tanımadım, ancaq o Həzrətə məftun oldum. Salamdan sonra Həzrətdən soruşdum: “Siz kimsiniz?” Ağa buyurdu: Mən aləmlərin ən məzlum insanıyam”. Mən başa düşmədim və öz-özümə dedim: “Yəqin bu insan Nəcəfin böyük alimlərindəndir. İnsanlar ona qəbul etməyiblər deyə, özünü dünyanın ən məzlum insanı hesab edir”. Bu zaman gördüm ki, həmin adam yanımda deyil və başa düşdüm ki, İmam Zamandan (ə) başqa heç kim bu qədər məzlum deyildir. Mən isə o Həzrətin hüzurunu tez əldən verdim”

Pî§KøpÂT

Şərhlər:

  1. ANGEL16 dedi ki:

    Allah razi olsun

  2. Pî§KøpÂT dedi ki:

    reylere gore haminiza minnetdaram tewekkurler

  3. _Sia_ dedi ki:

    ALLAH Razi olsun !…

  4. gulshan dedi ki:

    gozel xeber ucun cox saqol.

  5. Hedefde_Sen dedi ki:

    Təşəkkürlər !!!

  6. mR_bAkiNec dedi ki:

    Men cehenneme gedecem :/
    saol xebere gore

  7. yAgmurlar dedi ki:

    Allah razi olsun,cox sagol

  8. angel aytac dedi ki:

    ALLAH razi olsun dosi ellerine saglig

  9. Not to love you dedi ki:

    Allah razi olsun cox sag ol

  10. nurlana77 dedi ki:
    Allahim Razi Olsun….
  11. Slatkaya dedi ki:

    Allah razi olsun

  12. CooL_Man dedi ki:

    Cox sag ol, ALLAH razi olsun…

  13. Narkaman Capkin dedi ki:

    ALLAH RAZI OLSUN!!! AMIN!!!

    Xeberi hazirlayan ellerin derd gormesin