Naməhrəm qadınlara baxmaq günahdır

NAMƏHRƏM QADINLARA BAXMAQ HARAMDIR

Qur᾿ani-kərim buyurur: «Mö᾿min kişilərə de ki: Gözlərini haram edilmiş şeylərdən çevirsinlər, [naməhrəmə baxmasınlar]. Ayıb yerlərini qorusunlar. Bu, onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır.»

«Mö᾿min qadınlara da de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, [naməhrəmlərə baxmasınlar]. Ayıb yerlərini qorusunlar.(Momin sürəsi-30-31)”
Ərəb dilində «yəğuzzu» fe᾿li əslində, “əzz” sözündən olub, azaltmaq və naqisliyə deyilir. çox yerlərdə səsi azaltmaq və nəzəri azaltmağa deyilir. Beləliklə, ayə buyurur: «Öz nəzərinizi azaldın.»

Bu ifadə, naməhrəm qadınla üzləşən zaman insanı tərbiyəli olmağa sövq edən ən lətif ibarətdir. Əgər gözümüzü bir dəfəlik örtsək, yol yerimək mümkün olmaz. Lakin, baxışımızı qadının surət və bədən qismətindən döndərsək, sanki, öz baxışımızı azaltmış olur və qadağan olunmuş səhnəni birdəfəlik öz nəzərimizdən uzaqlaşdırırıq.

Qeyd etdiyimiz kimi Allah-taala, Qur᾿ani-kərimdə naməhrəm kişi və qadınlara bir-birinə baxmağı qadağan buyurmuşdur. çoxlu rəvayətlərdə bu əmr bəyan olunmuşdur. Bə᾿zi yerlərdə baxışların zərər və ziyanları açıqlanmışdır.

“Vəsailüş-Şiə” kitabında bu mövzuda xüsusi “fəsl” açılmışdır. Bu fəslin adı «Naməhrəm qadınlara baxmanın haram olunması və onun tə᾿sirləri»dir. Bu mövzudakı rəvayətlərin birincisində buyurulur:

İmam Sadiq (əleyhissəlam)-dan nəql olunur ki, buyurur: «Naməhrəmə baxmaq, Şeytanın oxlarından biridir və zəhərlidir. O qədər baxışlar var ki, uzun həsrətlərə səbəb olur!»

Bu hədisdə baxışın Şeytanın oxuna oxşadılması o cəhətdəndir ki, ox, hədəfə yetişdikdə onu dağıdır, yersiz baxış da ismət və paklıq pərdəsini dağıdır. Hədisin ardınca buyurur: «Yersiz baxış, çox vaxt uzun-uzadı həsrətə çevrilir»

Bəli! çox haram baxışlar var ki, onun ardınca insan ömrünün axırına kimi aradan getməz bədbəxtçiliklərə düçar olur. Ömür boyu peşimançılıqda olub, heç bir nəticə də ələ gətirə bilmir.

Bu mövzuda başqa rəvayət də gəlib. İmam Sadiqdən (əleyhissəlam) nəql olunur, buyurur: «Bir baxışdan sonrakı (naməhrəmə) baxış, insanın qəlbində meyillər və şəhvət toxumunu səpir. Baxışdan səpilmiş toxum, sahibini fitnəyə salmaqdan ötrü kifayətdir.»

Başqa rəvayətdə yenə də İmam Sadiq (əleyhissəlam)-dan nəql olunur, buyurur:
«Hər kim, gözü naməhrəmə sataşdıqdan sonra baxışını kəssə, ya göyə tərəf baxsa ya da baxışını azaldıb gözünü örtsə, həmin anda, Allah-taala Behiştdə ondan ötrü «Hurul-eyn» qərar verər.»

Optimist...

Şərhlər:

  1. Not to love you dedi ki:

    Allah razi olsun

  2. mR_bAkiNec dedi ki:

    Baxmayan var ?:/
    Etaga istemeden goz satawirda menden bawqa xami baxib :'(

  3. Sweet_Love dedi ki:

    Demek olar butun insanlar gunaha batib…. Allah razi olsun

  4. yAgmurlar dedi ki:

    ALLAH razi olsun

  5. Ninaska dedi ki:

    gozel xeberdi. chox sagol

  6. MURAD_X dedi ki:
    hmm, ela ve lazimli xeberdir.. ALLAH RAZI OLSUNtwk
  7. ANGEL16 dedi ki:

    Allah razi olsun

  8. gizem dedi ki:

    Allah razi olsun

  9. polo dedi ki:

    Hurul-eyn nedi goresen bilen var izah edinde… popcorn

  10. important life dedi ki:

    neem ewwi))