Cokonda həqiqətən mövcud olubmu?

Mona Lizanın əsrarəngiz gülüşü milyonlarla turist və ziyarətçini Luvr muzeyinə cəlb edir.
Bu qadının kim olması və niyə belə əsrarəngiz gülməsi barəsindəki mübahisələr bu gün də öz aktuallığını itirməyib.
Hətta bəziləri zarafat belə edirlər ki, Leonardo da Vinçi sadəcə zarafat edib və qadın obrazında öz avtoportretini çəkib.
Budur-yeni bir versiya daha.
Arxivləri tədqiq edən italyan alim,iddia edir ki, Leonardo da Vinçini “Cokondo”nı yaratmağa ilhamlandıran qadın Florensiyada dəfn olunub.Materialları incələyən alim belə qənaətə gəlib ki, Cokonda yaxud Liza Cerardini Florensiyadan olan tacir Françesko Cokondanın həyat yoldaşı idi və 1542-ci il iyulun 15-də 63 yaşında vəfat etmişdi.Həmçinin tədqiqatlar nəticəsində aydın olub ki, Cokondanın və Leonardonun ailələri qonşu idilər.Sənədlərdə həmçinin deyilir ki,qadının dəfnində bütün kilsə camaatı iştirak etmişdir.Bu da onun məşhur biri olduğunu göstərir.

MILAQROS

Şərhlər:

  1. R_O_S_H_K_A dedi ki:

    Xebere Gore Sag ol !!!
    1Wekil Chekdirsem Hech Geride Qalmiw Muzey Wekilimi urmez Buna Gore Basa Basa Durub Hara Gelibler Hemde o Qeder Pul Verib !!!

  2. VeFaSiz_Giz dedi ki:

    spasibo mas za trud

  3. MILAQROS dedi ki:

    R_O_S_H_K_A,
    vefasiz_giz,

    deymez

  4. Angelocka dedi ki:

    MILAQROS,
    Cooox sagol ureyim..Ela..Ellerine sagliq opucuk