Sevgi sözlərdə

Tanı məni heç tələsmədən ,heç sorğulamadan yalnız ağzımdan çıxanlarla, içimdən gələnlərlə anla məni..
Baxma sərt olduğuma və izlə məni yalnız. Heç danışma,səbirlə, sevgiylə həll et məni. Məni tanı və içimdəki səni tanı. İçimdə yaşatdığım bəslədiyim və böyütdüyüm eşqimi və sevgimi gör.

Anlamaq istəyirəm səni. Sənin kimi düşünmək istəyirəm cəsur və bir o qədərdə təmkinli. ..Özünü mənə izah eeləmkə! yavaş yavaş kəşf etmək istəyirəm bütün xəzinələrini, bütün düşüncələrini , həyata baxışını və necə mənə o qədər sevgi dolu baxdığını…


Tək mənim üçün baxsın gözlərin
Yalnız mənim üçün qopsun fırtınalar ürəyində
Mən bilmək istəyirəm hər şeyini
Mən görmək istəyirəm gizli xəzinələrini.
Və yalnız və yalnız mən hiss etmək istəyirəm sənin bənzərsiz sevgini…

Səslən mənə ən gözəl eşq adlarıyla, öz taxdığın xoş ləqəblərlə və sev məni yalnız səsinlə. .Qulağımdan ürəyimə ensin səsindəki sirrli sevgi. ..Hissetmək istəyirəm səsinin titrəmələrini mənə eşqim canım deyərkən. ..Ve Sənə səni sevirəm dediyimdə anlamaq istəyirəm ürəyindəki xoşbəxtliyini…


Oxşa ürəyimi yavaşca və şəfqətli.
İçmədən sərxoş olum səninlə,
Dilim tutulsun danışsın yalnız gözlərim
Yaxşı bax onlara anla nə dediklərini…
Gözlər əsla yalan danışmaz
Və bax gör ‘Səni sevirəm!

Yuxu kimisən, heç oyanmaq istəməyəcək qədər gözəl və oyandıqdan sonra təkrar yatıb dəfələrlə yenidən. ..yeniden bezmək bilmədən görmək istədiyim.

Ən gözəl yuxumsan
Görməyə doya bilmədiyim…
Ən şirin baxışımsan
Baxmağa qıya bilmədiyim.

Ninaska

Şərhlər:

  1. NiLaYKa dedi ki:

    Tək mənim üçün baxsın gözlərin
    Yalnız mənim üçün qopsun fırtınalar ürəyində
    Mən bilmək istəyirəm hər şeyini
    Mən görmək istəyirəm gizli xəzinələrini.
    Və yalnız və yalnız mən hiss etmək istəyirəm sənin bənzərsiz sevgini…
    elaaa twk

  2. Not to love you dedi ki:

    Supeeeeeeeeeeeeeeeeeeeeer ellerine sagliq cox beyendim tewekkur edirem

  3. Yasaksin_kalbime dedi ki:

    twk ela idi beyendim.

  4. Gustavo lima dedi ki:

    Ürəyim eşqimdir eşq ürəyimdir,
    Qıyma öz əlimlə didim eşqimi.
    Göydən enmiş mələklərin diliylə,
    Bu gecə Tanrıya dedim eşqimi.

  5. CooL_Man dedi ki:

    teshekkurler! maraqlidir

  6. _Sia_ dedi ki:

    Sevgi ne demekdir bunu deyende,
    Dusundum bir anliq sanki qelbimde.
    Sevgi ele atesdir ki, insanda olur,
    Sevgisinde qazanmayan, bir gul tek solur.
    Yaranirsan sen her arzuda her dilekde,
    Qelblere yol olan xos sozlu negmelerde.
    Calis sen bu hissi qelbinde yasat,
    Sevirem sozunu qelbinde yasat !…

    muellif : _Sia_

    Menali kelmelerdir.
    Gozel nitqiniz var.

  7. Sweet_Love dedi ki:

    Tək mənim üçün baxsın gözlərin
    Yalnız mənim üçün qopsun fırtınalar ürəyində
    Və yalnız və yalnız mən hiss etmək istəyirəm sənin bənzərsiz sevgini… xeyal

    Cox gozeldi ellerine sagliq opucuk

  8. mR_bAkiNec dedi ki:

    Etaga eladi :/

  9. fabled dedi ki:

    Tək mənim üçün baxsın gözlərin
    Yalnız mənim üçün qopsun fırtınalar ürəyində
    Mən bilmək istəyirəm hər şeyini
    Mən görmək istəyirəm gizli xəzinələrini.
    Və yalnız və yalnız mən hiss etmək istəyirəm sənin bənzərsiz sevgini…