Ibn Sina

Əsl adı Əbu`l-Əli Hüseyn İbni Abdulla İbni Sinadır.
980-ci ildə Buxara yaxınlığındakı Əfşanda anadan olmuşdur. 5-6 yaşlarında ikən atası ilə Buxaraya getmişdir. İlk təhsilini burada almışdır. Riyaziyyat, fiqh, kəlam, məntiq, fəlsəfə dərsləri keçmişdir. Daha sonra tiblə maraqlanmışdır. Gənc yaşlarında məşhur bir həkim kimi tanınmışdır. 57 yaşında ikən vəfat etmişdir.
İbn Sina, yorucu və çətinliklə keçən həyatına baxmayaraq 270-ə qədər əsər yazmışdır.
Onun ən böyük xidməti tibb sahəsində olmuşdur. Kəşflərindən bəziləri bunlardır:
? İbn Sina ilk dəfə qanın qida daşıyan bir maye olduğunu kəşf etmişdir. Kiçik və böyük qan dövranlarından danışmışdır.
? Ürəyin qarıncıq və mədəcik sistemini də yenə o kəşf etmişdir.
? Şəkər xəstəliyində sidikdəki şəkərin varlığını kəşf edən odur. İbn Sinanın şəkər xəstəliyi ilə əlaqədar verdiyi şərhlər, 700 il sonra Tomas Willis tərəfindən təsdiqlənmişdir.
? Bəşəriyyət, xəstəliyi diaqnoz metodunda İbn Sinaya çox şey borcludur. Onun nəbz haqqındakı müşahidələrini müasir tibb, inkişaf etdirməkdən başqa bir şey etməmişdir.
? Əməliyyatda xəstəyə yatırdıcı dərman vermək də İbn Sinanın kəşflərindəndir.
? Bağırsaq parazitlərinin kəşfi də İbn Sinaya aiddir.
? Spirtin steril xüsusiyyətindən faydalanaraq yaraları irinsiz müalicə üsulunu da, o ortaya qoymuşdur. Beləliklə Hipokratdan bəri gələn səhv bir müalicə metodunu düzəltmişdir. Artıq, yaralar, qabıq bağlayana qədər şiddətli ağrılar altında həftələrcə gözlədilmir, sterilizə edilərək bir gecədə yaxşılaşdırılırdı.
? Bugün cərrahiyyə zamanı istifadə edilən bir çox alətləri, 1000 il əvvəl İbn Sina ortaya qoymuşdur.
? İbni Sina, dərmanla müalicə vasitələrinin ruhi müalicə vasitələriylə də dəstəklənilməsi fikrindədir. Ruhi müalicənin, xəstənin maddi gücünü, xəstəliyə müqavimətini artıracağını, əhvalını yüksəldəcəyini irəli sürməkdədir.

MILAQROS

Şərhlər:

  1. R_O_S_H_K_A dedi ki:

    Chox Sag Ol !!!Yorulmayasan !!!

  2. star dedi ki:

    elin qolun var olsun,canim.mac tebe.

  3. VeFaSiz_Giz dedi ki:

    spasibo radost za trud. opucuk

  4. )(akker dedi ki:

    Chox Sag Ol MILAQROS !!!Maraqlidi !!!

  5. MILAQROS dedi ki:

    R_O_S_H_K_A,
    star,
    vefasiz_giz,
    )(akker,

    deymez

  6. aznetin_gozeli dedi ki:

    cox sagol Mili:)

  7. choSen dedi ki:

    bunun haqqda oxumuwam molodec ona

  8. Angelocka dedi ki:

    MILAQROS,
    Cooxx sagol meleyim..Ellerine sagliq.. flower