Heyvanlar arasında dünyanın ən bahalı toyu keçirilib

ABŞ-ın Nyu-York şəhərində Bebi Houp (gəlin) və çilli Pasternak (bəy) adında iki itin toyunun keçirilməsinə 250 min dollar xərclənib.
Toy Nyu-Yorkun ən bahalı və lüks zallarından biri olan “Jumeirah Essex House”da təşkil edilib. Heyvanlar arasında dünyanın ən bahalı toyu olaraq tarixə düşən toyun Ginnesin Rekordlar Kitabına salınacağı gözlənilir.
Mərasimdə 250 qonaqla yanaşı, 50 it də iştirak edib. Gəlin itin geyindiyi gəlinliyin qiyməti 6000 dollar olub. Toyda qonaqlara 5000 dollar dəyərində suşi təqdim edilib.
Heyvanlar üçün bu şad gündə 7 nəfərdən ibarət orkestr qonaqları əyləndirib. Musiqiçilər 15 min dollar qarşılığında toya gəlməyə razılıq veriblər.
Məlumata görə, evli itlər mərasimdən sonra bal ayına göndəriliblər. Toyda stolun qiymətinin 250-10000 dollar arasında dəyişdiyi bildirilir.
Toydan əldə edilən gəlir sahibsiz və xəstə heyvanlar üçün vəsait toplayan dərnəyə veriləcək.
Yenilənib:
Mərasimdə 250 qonaqla yanaşı, 50 it də iştirak edib. Gəlin itin geyindiyi gəlinliyin qiyməti 6000 dollar olub. Toyda qonaqlara 5000 dollar dəyərində suşi təqdim edilib.
Məlumata görə, evli itlər mərasimdən sonra bal ayına göndəriliblər. Toyda stolun qiymətinin 250-10000 dollar arasında dəyişdiyi bildirilir.
Biyabirciliq Birdene bunuda gormemishdik bunuda gorduk!!!
itler ve bal ayi xixi zamana bax e )))))) Ne yalan deyim soz tapmiram. o pullari ehtiyaci olana verse idi hem onlar sevinerdi hem de ozu savab qazanardi.
xebere gore tewekkurler……….
aye, camaat bilmire neynesin..
Televizordan baxdim bunlara.gelin it kawank görunurdu