Dini Hekayə

Odunçu və Şeytan
Bir odunçu vardı, güzəranını odunçuluqla keçirirdi. Allaha ibadət edər, heç kəsə qarışmazdı. Qonşu kəndin sakinləri dağda müqəddəsləşdirdikləri ağaca ibadət edər, ondan mədəd umardılar. Bir gün odunçu: ” Bunların tapındığı ağacı kəsim, həm bazarda satıb pul qazanaram, həm də bir qövmü Allaha üsyandan qurtarmış olaram, ” — deyə düşündü.
Dağ yolunda qəribə sir-sifəti pis bir adamla qarşılaşdı. Həmin adam ondan hara getdiyini soruşdu. Odunçu:
— Xalqın Allah deyə ibadət etdikləri ağacı kəsməyə gedirəm, — dedi.
Bu adam odunçuya:
— Mən şeytanam… O ağacı kəsməyə icazə vermirəm, — deyincə zahid odunçu yaman əsəbiləşdi. Şeytana hücum edib onu yerə yıxdı, üstünə çöküb xəncərini boğazına dirədi.
Şeytan zahidə:
— Ey zahid, sən məni öldürə bilməzsən. Allah mənə qiyamətə qədər möhlət vermişdir. Ancaq gəl o ağacı kəsmə, səninlə müqavilə bağlayaq. Mən sənə hər gün bir qızıl verim, sən də ağacı kəsməkdən əl çək. Sənin nə işinə qalıb xalq neyləyir, nəyə ibadət edir, — dedi.
Zahid şeytanı buraxdı. Şeytan onun axşam yatıb səhər yastığın altında bir qızıl görəcəyinə söz verib uzaqlaşdı. Zahid də ağacı kəsməkdən vaz keçib evinə qayıtdı. Axşam yatıb səhər yastığının altında bir qızıl gördü. Sevinmişdi. İkinci gün oldu. Lakin bu dəfə şeytan qızıl qoymamışdı. Zahid əsəbləşərək baltasını alıb meşəyə ağacı kəsməyə getdi. Yolda yenə şeytanla qarşılaşdı. Zahid yaman qəzəblənmişdi. Onu görüncə:
— Vay saxtakar, vay! Aldatdın ha məni,- deyib hücum çəkdi. Ancaq bu səfər şeytan onu yıxıb üstündə oturdu. Zahid çaşıb qalmışdı. Heyrətlə şeytana baxırdı.
Şeytan dedi:
— Təəccübləndin, hə? Niyə mənə məğlub olduğunu sənə deyim? Əvvəlki gün sən Allah rizası üçün ağacı kəsməyə gedirdin. Səni nəinki mən, dünyanın bütün şeytanları gəlsə idi, məğlub edə bilməzdi. Ancaq indi Allah rizası üçün yox, sənə qızılı vermədiyim üçün gedirsən. Bax buna görə də mənə məğlub oldun və mən sənin ağacı kəsməyinə imkan verməyəcəyəm.

Pî§KøpÂT

Şərhlər:

  1. Miss_KaPRizZ of_cAdI dedi ki:

    Allah razi olsun deyerli hekayedi

  2. polo dedi ki:

    alah razi olsun qardawim…

  3. Ninaska dedi ki:

    Allah Razi Olsun ..

  4. Pî§KøpÂT dedi ki:

    reylere gore twk

  5. MURAD_X dedi ki:

    ALLAH razi olsun.. her ne olursa olsun, seytana qulaq asmaq gunahdi..

  6. yAgmurlar dedi ki:

    ALLAH razi olsun maraqli xeberdi

  7. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…

  8. ANGEL16 dedi ki:

    Allah razi olsun gözel hekayedi.

  9. important life dedi ki:

    Qizila göre yolundan dönubse demeli imani guclu deyilmiw. Tewekur muelife

  10. gulshan dedi ki:

    maraqli xeber ucun cox saqol. Allah savabina yazsin

  11. DaRk_AnGeL dedi ki:
    Maraqli hekaye idi.ALLAH razi olsun
  12. Aelita dedi ki:

    Cooooox ibretamiz ve maraqli idi. Allah hamini seytannan qorusun. Nefs cox pis seydi nono

  13. Pî§KøpÂT dedi ki:

    reylere gore yene twk