Oruc tutmaq kökəldir?

İki gündən sonra müqəddəs Ramazan ayı başlayır. Bu il müsəlmanların oruc tutduğu 11 ayın sultanı ilin ən isti dövrünə təsadüf edir ki, bu da insanın ac qalma müddətinin artmasıdır.

Türk diyetoloq Elif Karacanoğlu yayda oruc tutmaqla sağlamlığa ziyan vurmamağın yollarını təqdim edir.

Oruc tutanlarla bağlı ən təhlükəli vəziyyət imsaqsız oruc tutmaqdır. Oruc tutmaq və uzunmüddətli aclığa, susuzluğa dözüm gətirmək üçün səhər yemək yemək çox vacibdir. çünki uzun müddətli aclıq qan şəkərini sala, qaraciyərə və mədəyə böyük ziyan vura bilər. Bu həm də şəkər və təyziqə də səbəb ola bilər.

Ən böyük səhvlərdən biri də orucu arıqlamaq vasitəsi kimi görməkdir. Bəziləri düşünürlər ki, gün ərzində ancaq bir dəfə yeməklə həm islamın vəzifələrindən birini yerinə yetirə, həm də arıqlaya bilərlər. Ancaq gündə bir dəfə – iftar zamanı yemək yemək kilo itirməkdən daha çox kökəlməyə yol aça bilər. Belə ki, iftarda yeməyin həcmi artır, mədənin ölçüsü böyüyür və insan kökəlməyə başlayır. Nəticədə çəkidə 2-5 kq artım olur. Bunun üçün də imsaqda mütləq yemək yemək lazımdır.

Ramazan vaxtı da çalışın sağlam qidalanın. Yeməyi asta-asta, çeynəyərək yeyin. İftarda orucu açıb ilk olaraq sulu qida qəbul edin. Yedikdən sonra bir müddət fasilə verin. 10-15 dəqiqədən sonra əsas yeməyə keçin. Şirniyyatdan öncə isə bir müddət gəzintiyə çıxın.

çalışın müqəddəs ayda daha yaxşı qidalanın. çünki kalorisiz, qeyri-sağlam qida əzələ kütləsinin azalması ilə nəticələnə bilər.

nurlana77

Şərhlər:

  1. _Sia_ dedi ki:

    ALLAH bu Ramazan ayinda her bir insanin dua ve oruclarini Qebul Etsin.

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…

  2. polo dedi ki:

    men ele insanlar taniyram ki oruc tutmaqla kokelir yada eksine olur ele insanlar varki wexsen men istemeden oruc tutanda ariqlayiram indi oxudum ki bu niyetli oruc tutanlarda var imiw…..!!! ne ise xebere ve redakteye gere cox sagol.. allah butun oruc tutanlarin orucunu qebul etsin…

  3. DaRk_AnGeL dedi ki:

    ALLAH razi olsun haminin orucunu qebul elesin

  4. _Sadece_B.G_ dedi ki:

    hec de bele oruc tutan hec neyi fikirlewmez teki derd kokelmek olsun

  5. nurlana77 dedi ki:

    aysuncuk,
    sagol cumlemizin

  6. aysuncuk dedi ki:

    nurlana77,
    AMİN İNŞALLAH … xəbərin çox xoşuma gəldi Allah hamının içində sənində orucunu qəbul etsin bacış

  7. nurlana77 dedi ki:

    Allah butun oruc tutanlarin dualarini qebul, arzularini cin etsin…Oruc tutan ve tutmayan herkesin evinden ruzi ek olmasin , oruc tutanlaradir sozum: nefsinize hakim olun, orucunuzu pozmayin bayaca

    _Sia_,
    important life, AMIN INSALLAH
    Miss_KaPRizZ of_cAdI, mencede orucu Allahcun tutmag lazimdi . cox sagol
    Aelita, insallah sende vaxti gelende oruc tutarsan

  8. Aelita dedi ki:

    İstirem tutam ama yasim catmir. Qoymurlar empathy

  9. Miss_KaPRizZ of_cAdI dedi ki:

    Gunahdi ariqlamaq ucun oruc tutmaq Allah rizasi ucun tutmaliyiq oz xeyrimiz ucun yox qaldiki o meqsedle tutanlara sirqa olsun Oruc tutmaq Ariqlatmir eksine kokeldir ozumde daxil olmaqla nece insan sahidiyem oruc tutublar kokelibler.. Deyerli meslehetli xeberdi ellerive saglik

  10. important life dedi ki:

    Allah haminin orucunu,niyyetini, namazini, dualarini qebul elesin. Tewekur Nurlana Allah kömeyin olsun

  11. CooL_Man dedi ki:

    xebere gore tshk maraqlidir)
    Butun oruc tutanlarin Allah orucunu qebul etsin!