Saçlara qulluq


Fitaton xınaları-saçlar üçün ekoloji boya.

Xanımların böyük bir qismi çox zaman saçların ağarması ilə əlaqədar olaraq kimyəvi saç boyalarına üstünlük verirlər. Bu boyaların tərkibində olan kimyəvi maddələrin əksəriyyəti kanserogen olub insan orqanizmində toplanır və dermatit, Kvinke ödmi və s. kimi xəstəliklər yaradır.

Xınanın digər kimyəvi boyalardan fərqi:

Xına saçlara bürüyücü təsir edərək onu qalınlaşdırır və səthini hamar edir.
Xına saçlara təbii parlaqlıq və ipəklik bəxş edir.
Xına boyanmaya kimyəvi yolla təsir etmir, çünki o digər kimyəvi boyalar kimi saçların təbii piqmentini parçalamır.
Xına tərkibində olan efir yağlarının hesabına saçların səthində qoruyucu təbəqə əmələ gətirir.
Kimyəvi boyalar kimi xına saçların səthindən tam yuyulmur.
Xına saçları qidalandıraraq uzun müddət qalır.
Kimyəvi boyalarla boyanma zamanı saçlar günəş şüalarının və dəniz suyunun təsirindən öz keyfiyyətini itirdiyi halda, xına ilə boyanmış saçlarda bu baş vermir.
Hamiləlik və südvermə zamanı xanımlara həkimlər tərəfindən icazə verilən yeganə təhlükəsiz saç boyası məhz xınadır. Bu həm də hamiləliklə əlaqədar korlanmış saçların keyfiyyətini də bərpa edəcəkdir.
Xınanın saçlara qoyulmasında yaş məhdudiyyəti yoxdur.
Xınanın qiyməti də digər kimyəvi boyalarla müqayisədə çox münasibdir.

Xınaya müxtəlif qatqılar əlavə etməklə istədiyiniz rəng çalarını əldə edə bilərsiniz:
Qara rəng üçün – basma
Qırmızı rəng üçün – məkkəgülü, qırmızı çaxır, kakao
Qəhvəyi rəng üçün – qəhvə tozu, mixək
Şabalıdı rəng üçün – qəhvə, tünd çay dəmləməsi
Şokolad rəngi üçün – qoz yarpağı
Qızılı-sarı rəng üçün – rəvənd, zəfəran, çobanyastığı, sarıkök
Badımcanı rəng üçün – çuğundur şirəsi

Saç ustalarına məsləhətlər:
Kimyəvi boyalar insan sağlamlığı üçün zərərdir.
Əgər boyanmada daha tünd çalarlar əldə etmək istəyirsinizsə, xına və basma qarışığından istifadə edə bilərsiniz.
Mütəmadi xınadan istifadə nəticəsində saçlar daha gur, möhkəm, parlaq, rəngi isə dayanıqlı olur.

Aelita

Şərhlər:

  1. Optimist... dedi ki:

    her seyden once insanda diqqeti ceken saclardi…

  2. important life dedi ki:

    hmm bu mene lazimli oldu.secilmiw xeberlere atmak istirem ama bilmirem nece atirlar. roll neyse yadimda qaldi

  3. nurlana77 dedi ki:

    xebercun cox sagolun maraqla oxudum. amma insanin tebii sacini hecne evez etmir mence. xebercun twk

  4. _Sadece_B.G_ dedi ki:

    hmmmm bu beledi ama istifade elemirem. Elesem de xinadan yox rengden ederem…..

  5. CooL_Man dedi ki:

    cox sag olun… twk

  6. Naiba dedi ki:

    tsk xebere göre

  7. Sweet_Love dedi ki:

    Saclarim qeweydi girl_cool amma ne ediremse uklatka tam qalmir pozulur agla

  8. nurlana77 dedi ki:

    xebercun ———-> twk applause clapping<———

  9. Aelita dedi ki:

    :)))))))))))) beyendiyinize sevindim…