Yarış

Günlərin bir günü qurbağalar yarışa çıxdılar. Məqsəd hündür bir qalaya dırmaşmaq idi. Qala çox hündür olduğu üçün heç kim qurbağaların ora çıxacağına inanmırdı. Hətta bəziləri, “Boş yerə zəhmət çəkirsiniz. Onsuz bu qalaya çıxa bilməyəcəksiniz”, — deyə qışqırırdılar. Və çox keçmədi ki, qurbağalar yorulub bir-bir yarışdan çıxmağa başladılar. Təkcə bir qurbağadan başqa… O nə olursa-olsun, ümidini itirmir, inadla qalaya dırmaşmağa çalışırdı. çox keçmədi ki, bu qurbağa qalaya dırmaşdı. Ətrafdakılar heyrətlə onu alqışlamağa başladılar.” Sonra da yanına gəlib buna necə nail olduğunu öyrənmək istədilər. Qurbağalardan biri ondan: “Bu çətin işin öhdəsindən necə gəldin?” – deyə soruşdu. Ancaq qurbağadan cavab gəlmədi. Qurbağa sualı bir də təkrarladı. Ancaq hələ də cavab yox idi. Qurbağa sualı neçə dəfə təkrarlasa da, yenə cavab ala bilmədi. çünki… çünki qurbağa kar idi!..

P.S. Əgər getdiyiniz yolun doğru olduğuna inanırsınızsa, geri çəkilməyin. Kim nə deyirsə desin, yolunuza davam edin. Hətta lazım gəlsə, qulaqlarınızı da bağlayın.

Lucky Girl

Şərhlər:

  1. CooL_Man dedi ki:

    Chox sag ol… super hekayedir

  2. Ninaska dedi ki:

    chox xoshum geldi paylashtikinchun cho saol

  3. ANGEL16 dedi ki:

    gözel hekayedi.tewekkürler.

  4. Sladkaya Psixuwa dedi ki:

    twkkurler cnk ela xbr idi supaaa

  5. Optimist... dedi ki:

    maraqli meslehetdi, insan oz meqsedleri ucun hemise calismalidir…insanin ede bilmeyeceyi is yoxdu…

  6. nurlana77 dedi ki:

    supppppaaaa axiri lap qeweydir thankssss

  7. Aelita dedi ki:

    hmm.maraqliydi

  8. _Sadece_B.G_ dedi ki:

    mencede en pis vaxtda bele umudleri itirmek bitmekdi mence. TWKRlerrrr applause

  9. sabinocka dedi ki:

    Əgər getdiyiniz yolun doğru olduğuna inanırsınızsa, geri çəkilməyin. Kim nə deyirsə desin, yolunuza davam edin. Hətta lazım gəlsə, qulaqlarınızı da bağlayın.
    duzudur..

    tewkkurl.er………

  10. Lucky Girl dedi ki:

    Beyendiyinize sevindim….buyurun))

  11. mR_bAkiNec dedi ki:

    Esrarengizdi etaga suppa :'(

  12. Ayriliq_Olumdur dedi ki:

    Ibretamiz hekayedir. Emeye Hormet

  13. Sweet_Love dedi ki:

    Cox gozel yazidi ellerine sagliq……….