Şikayətim var

Şikayətim var!

Od tutub bədənim atəş içində –
Yanıram, atəşə dəyanətim var.
Nə biləydim axı, a çərxi – fələk,
Sənin mənə qarşı xəyanətin var.

Neylədim ilahi, günahım nədir,
O xəbis nəzərlər qəlbimi didir.
Qeyrətim, namusum əlimdən gedir,
Nə biləydim axı, zəlalətim var.

Gözlərim tor görür, çaşıb əlhəmim,
Dərdim tüğyan edir, yoxdur məlhəmim.
Ölüm yatağına düşüb həmdəmim,
İndi o dünyaya “səyahətim” var.

Zəmanə əlindən, dövran əlindən,
O insan cildli şeytan əlindən,
Oğuldan, qohumdan, nankor əlindən,
O şahi – mərdana şikayətim var.

Dərmanın hardadır indi, Cəbrayıl?
ürəyin dardadır indi, Cəbrayıl!
üz tut, o Xudanın dərgahına sən,
Əlacın ordadır indi, Cəbrayıl.

23.02.1996.
Hacı Cəbrayıl Xıdırov.

ELIK28

Şərhlər:

  1. Miss_KaPRizZ of_cAdI dedi ki:

    Oğuldan, qohumdan, nankor əlindən
    O şahi – mərdana şikayətim var.

    Ela yerivar cox beyendim

  2. important life dedi ki:

    tewekkurler

  3. Aelita dedi ki:

    Super seirdi tesekkurler

  4. ANGEL16 dedi ki:

    qeşeng şeirdi çox sağ ol

  5. CooL_Man dedi ki:

    xebere gore teshk

  6. mR_bAkiNec dedi ki:

    Etaga normal :'(

  7. _Sadece_B.G_ dedi ki:

    hmmmm yaxwi yazilib ama heyata gozeldi wikayet yox wukur elemek lazimdi TWKRLERRRRRRR

  8. Aelita dedi ki:

    Cox qeseng seirdi. Goyde Allah yerde " O " du mennen otru. Allah hec kesi sevdiyinnen ayirmasin. Amin

  9. ELIK28 dedi ki:

    Beyendiynize sevindim

  10. yAgmurlar dedi ki:

    Zəmanə əlindən, dövran əlindən,
    O insan cildli şeytan əlindən,
    Oğuldan, qohumdan, nankor əlindən,
    O şahi – mərdana şikayətim var