Mən həmişə mən idim
çox fərqliydik… Sən olan mən və mən olmağı heç vaxt bacarmayan sən! Hər zaman mükəmməllikdən olduqca uzaq olan qızcığaz kimi. Məktəb illərində heç vaxt sevimli olmayan məqsədi yalnız oxuyub universitetə daxil olmaq istəyən mən və hər kəsin sevimlisi olub, həmişə diqqət mərkəzində olmağı sevən sən! Hansımız daha çox sevilirdik deyə dəfələrlə bir-birimizlə mubahisələr aparardıq. Həmişə sözsüz ki, sən seçilərdin. Mehribançılığın, şirinliyin, hər kəsə can deyib can eşitməyinlə. Mən isə ətrafımda, həyatımda çatışmayanlarla, yaşadığım çətinliklərlə heç vaxt özümə insanları yaxın buraxa bilməməyimlə daha da uzaqlaşdırırdım…
Həmişə düşünürdüm, çalışırdım ətrafımda çoxlu dostlarım olsun, eynən sənin kimi… Amma bacarmırdım… Mən mən idim həmişə…
İllər keçdi, şagirdlik bitdi tələbəlik başladı… Düşündüm ki, artıq sənin kimi olacam, şagirdlərlə və yoldaşlarımla saxladığım məsafəni tələbə yoldaşlarımla yaşamayacam heç vaxt. Amma içimdəki mənəm mənəlik yenə də qoymadı… Orda da yenə hər kəsdən uzaq…
Zamanla bu qədər çətinliklərlə yaşadım… Vaxt oldu hər yerdə tək oldum… Güvənə biləcəyim tək qardaşım və bacım oldu… Amma onlar belə mənə bəs etdi…
İndi düşünürəm də nə yaxşı ki, ətrafıma bəzi insanları heç buraxmadım…Yaxşı ki, bir əlimdəki 5 barmağımın sayı qədər güvəndiyim az insanlar var. Amma sevinirəm ki, 5 insan olsa belə, o beşlik çoxlarının həyatında olan yüzlüyə dəyər.
Zamanla qızlardan uzaq durmağı, qız tayfasına əsla güvənilməz deyə düşünənlərin nə üçün belə dediyinin şahidi oldum… Qızdan rəfiqə olmaz! Rəfiqə ana, bacıdır! Oğlanlar isə… Oğlanlar mğnğ qızlardan çox təmiz gəlir… Bilmirəm bəlkə də çox oğlan tanışım yoxdur, çox murdar üzlü oğlanlar görmədiyimdən irəli gəlir… Amma həyatda mən qızlarda gördüyümü heç kəsdə görmədim…
Sən isə hər zaman ətrafına topladığın rəfiqələrin, oğlan dostlarınla danışdın, güldün… Hansımız daha çox qazandıq, hansımız daha çox itirdik bilmirəm… Amma hər halımla özümü bu gün də xoşbəxt sayan mən, yoxsa yaxşılıq belə necə olur bilməyən sən…
P.S: Mövzudakı mən və sən, daxilimdə olan və mənimlə yaşayan mən və səndir.
İçinizdəki “Sən” güclüdür yoxsa “Mən”?
Yenilənib:
Oxudum maraqli idi
Tipa zordu etaga :'(
Oxumadim!
sualina vavab vermekde chetinlik chekirem: Men )
Xebere gore
Mence icimizdeki sen oz menliyimizi bildirir.
Menali kelmelerdir.
Gozel dusunceniz var.
xebercun
maraqliydi
Mennn :/
oxdum twkrler icimdeki men gucludur
oxudum, cox maraqli xeberdir ela alinib
tebii ki icimizdeki men daha gucludu.mence