Yaxşı oğlanın bacısı
“Yaxşı oğlan”ın necə olduğunu hamımız bilirik. Amma təəssüf ki, bizim “yaxşı qız” anlayışımız ya yoxdur, ya da yaxşı inkişaf etməyibdir.
Daha doğrusu, qızın yaxşı olmağı onun öz adı ilə bağlı deyil. Qız özü durduğu yerdə yaxşı ola bilməz. O ancaq yaxşı oğlanın bacısı ola bilər.
Amma dünya dəyişdikcə “yaxşı oğlan” özü də müasir texnologiyalara uyğun dəyişdiyi kimi, yaxşı oğlanın bacısının parametrləri də periodik olaraq dəyişir. Bu xəbərdə çalışıb günümüzdə “yaxşı oğlanın bacısı”nın dəqiq təsvirini verək.
Camaatımızın dilində “yaxşı oğlanın bacısı” prototipi çox zəngin və çeşidli formalarda sistematik olaraq şaxələnmişdir. Həmin bol assortimentli fikirlər arasında ən çox rast gəlinənləri isə aşağıdakılardır.
Qızın “yaxşı oğlanın bacısı” olduğunu ilk baxışdan anladacaq şey onun qaşlarıdır. “Yaxşı oğlanın bacısı” qaşını almır, üzündəki digər lazımsız tükləri aradabir “perekis”lə saraldır və ərə gedənə qədər bu tükləri göz bəbəyi kimi qoruyur. Qaşlarını, bığını, saqqalını ərə gedənə qədər göz bəbəyi kimi qoruyan “yaxşı oğlanın bacısı” ərə gedən günü qaşlarını dibindən qırxdırıb, gözündən iki metr aralıda tatu qaş düzəltdirməlidir.
“Yaxşı oğlanın bacısı” saçını saraltmalı, sinəsi balacadırsa, büstqalterinə pambıq doldurmalı, on santimetrlik dırnaq saxlamalı, dodaqlarının kənarlarına qara karandaşla haşiyə çəkməli, gözlərinin kənarına “quş” qoymalıdır.
“Yaxşı oğlanın bacısı” altıncı sinifdən çıxıb evdə oturmalıdır. Yaxşı oğlanın bacısı hıqqına-hıqqına adını yazmalı, ömründə “Yuxuyozmalar” kitabından başqa kitab üzü açmamalıdır. Yaxşı oğlanın bacısı internetə girməməli, “çat”, “sayt” kimi sözlərin nə ehtiva etdiyini bilməməlidir.
İşdi, “yaxşı oğlanın bacısı” yaxşı oğlanın gözündən yayınıb, bir-iki sayta-zada giribsə, bir-iki müasir yazardan nəsə oxuyubsa, belə olan halda Əli Əkbərə ürəkdən nifrət etməli, Seymur Baycanı adam yerinə qoymamalı, Günel Mövludu əxlaqsız hesab eləməlidir.
“Yaxşı oğlanın bacısı”nın telefonunun ekranında Ismayıl YK-nın, Mahsun Kırmızıgülün, Polad Ələmdarın şəkli olmalıdır. Yaxşı oğlanın bacısının telefonunun yaddaş kartı, mesajları, gəlib-gedən zənglər hər axşam təftişdən keçməlidir.
“Yaxşı oğlanın bacısı”nın sevimli verilişləri “Toy olsun” və “Onun yarısı” evləndirmə şoularıdır. Burada gördükləri yaxşı oğlanlara elçi düşməli, analarından icazə alıb, qardaşından gizlədərək efirə zəng eləməli və səhəri gün oğlana özünü göstərmək üçün geyinib-kecinib studiyaya getməlidir.
“Yaxşı oğlanın bacısı” küçədə ona baxan, söz atan, saat soruşan oğlanın cavabını “ay o***ş, sənin anan-bacın yoxdur?!” tipli daşdankeçən arqumentlərlə verməli və oğlanı qardaşına döydürməlidir.
“Yaxşı oğlanın bacısı”nın qardaşından gizli görüşə çıxdığı bütün oğlanlara ilk sualı “məni alassan?” olmalıdır.
“Yaxşı oğlanın bacısı” şəhərə, marketə, aptekə, bir sözlə heç yerə tək getməməlidir. Onun yanında mütləq sumkasından brelok asıb, saçını saraltmış, can-ciyər bir rəfiqəsi olmalıdır. Əslində, “yaxşı oğlanın bacısı”nın ən yaxın rəfiqəsi anası olmalıdır. Amma imkan düşsə, bir rəfiqəsi də olmalıdır ki, onunla hər yerə bir gedib, eyni ətirlərdən vursun, eyni büstqalterlərdən taxsınlar.
“Yaxşı oğlanın bacısı” qonşusunun qardaşı nəvəsi, bibisinin kirvəsinin kəndçisi janrında bir oğlanla nişanlanmalı, amma nişanlısı ilə gəzməyə çıxmamalıdır. Amma fürsət tapanda, allahın da gözündən uzaq yerlərdə bədənindən hansısa bir yerini və ya cütünü qonum-qonşudan əsirgəməməlidir.
“Yaxşı oğlanın bacısı” ata-anası, qardaşı ilə bir otaqda olanda, televizorda öpüşmə səhnəsi gedirsə, qızarıb otağı tez tərk etməli, gecələr hamı yuxuya gedəndən sonra pornoya baxmalıdır. Amma bunu zövq almaq üçün deyil, maariflənmək üçün eləməlidir.
“Yaxşı oğlanın bacısı” bu yazını oxumaz.
Bu yazılardan sonra əminəm ki, çoxunuzun fikirlərində yeni ideyalar yarandı… 🙂
Sualımız isə çox sadə və gözləniləndir.. : ***Sizcə “yaxşı oğlanın bacısı” necə olmalıdır?
Yenilənib:
Ay suuper yazidiyee :)) vallahi billahi heyatin icinden deyirsizee HALALDI!
Aelita,
Nə danışdığını bilsən gözəl olar əslində…
tesekkurrrrrrrrrrrrrrrrrrrr
yaxsi oglanin bacisi hemise yaxsi olmur. ama pis oglanin yaxsi bacisi olaq biler
xebere gore tewekkurler. qiz qardawina gore ozune gore,oz terbiyesine gore yawamalidir,
Sən xəbərə diqqətlə oxusan biləcəksən ki,bu xeberde mən qızlara dəstək olmuşam…
Fikrinə görə sağol
maraqlidi cox sagol
vay beee
Menim sozumde yanliwliq hiss elemedim sen ise dedin yanliwliq var tam etrafli anlatmadin..
Qaldi bu real heyatda olan bir weydir… Here ozune gore ozunu tanitdirmalidir ne yazig ki,qizlar`da bele abu hava az az rast gelenir…:/ Oglanlarin neyini muqayise edirsen ? Qiz ayri oglan ayri cin ayri weytan ayri..
Bunu aciq bawa salim sene… Hansisa `qizin` qardawi bulvarda qiznan gezirse hemin `qiz` qardawina deye bilmez niye gezirsen ? Amma qardawda o haqq var..Bunu qardaw gorende daha pis tesir edir..Unutma Buraz Azerbaycandi iller kecsede bu sohbet kecmeyecek..
Beyendiyinize gore sevindim..Fikirleriniz onemli idi Tewekkurler
Hele bele bir xebere rast gelmemiwdim 0_o
demeye soz tapmiram… ela…
oxudum realdi hamisi bele fikirleshenler choxdu.. xeberchun chox sagol
Yaxwi oqlanin bacisi ona layiq olmalidir.xebere gore twk
Realliq coxdu
"yaxşı oğlanın bacısı" fikri yoxdu, yalniz kim olursa olsun adam insan olmalidi. baci qardasa gore yox ozune gore yawamalidi. Amma yazdiqlarin Azerbaycain reallaiqidi. Yaxsi ki qaqasim teze fikirlidi menle esl dostdu. Yeri gelse sevgilimi de onla muzakire ede bilerem. TWKR lerrrr