Ünvansız


Salam. Sözüm sənədir, ay hava. Bəlkə, bu gün başıma gəlməyin bir işə yarasın?! Deyirəm, elə mənim kimi havadan-sudan danışa-danışa havada qalmağa meylimiz artıb. Sözü də havaya atırıq. Götürən götürür. Sözümüzə əli çatmayanlarsa deyir ki, dedikləriniz iylənib, çoooox havadadır. Sıralarımızda azadlığını göydə görüb, havaya uçmaq istəyənləri də tapıldı. Havayıdır elə bil. Nəsə bu günlərdə də hamımızın ağlı bir qarış havadadır.

Salam. Sözüm sizədir, Bakı vitrinləri. Sizdəki manikenlərlə aramızdakı fərqi düşündüm. Tapmadım. İtirdiyimiz nəyi tapmışıq ki. Baxırıq bir-birimizin paltarına – sizdəkilərə baxdığımız kimi. Bir-birimizi paltarsız görəndə də daha təəccüblənmirik – sizdəkiləri paltarsız gördüyümüz kimi. Endirimlərin cib oxşayır, bizim “endirimlərimiz” isə göz. Siz qiymət endirəndə, biz hər fəsilə uyğun “ideologiya”, “-izm”lər endiririk virtual döyüşlərimizdə. Hər “ağamız”a uyğun bayrağımızı endiririk akrobatik hərəkətlərlə – hər şeyə “baş üstə” deyərək. Yox bir, qulaqdibi, qurşaqaltı, əlüstü. Enənləri nə badə qaldıraq haaaaa… İstəsək belə, alınmayacaq. Gözlərimizə enən pərdə çətin ki qalxa. Sənə min rəhmət, Ay Rəsulzadə. Görsəydin, qaldırdıqlarını necə endiriblər. Görə bilməzsən… Unutmuşdum, – unutmuşdum ki, daha şəklin yoxdur divarlarda – onu da endiriblər.


Ünvansız


Bəlkə, sənə yazım bu məktubu, ay zərf. Həəə, elə sənə! Bizi nələrlə doldurdularsa, səni də onlarla doldurduq. Görəsən, sən yazsaydın, kimə ünvanlanardı ünvansız məktubların? Anaların əllərini, yarımçıq arzuları, boş küçələri, necə, yazmaq istəyərdənmi 4 fəsildə? Yazmaq istəyərdinmi ALLAHa məktubunda anasının qırışlarını dəniz dalğalarına oxşadan 6 yaşlı oğlanı? Bəs, gülə həsrət şəhid məzarı üçün yer tapılardımı sətirlərində? Yaxşı, birdən itsəydin, nə edərdin? ünvana çatmayanda, necə, ünvansızmı olardın mənim bu məktubım kimi? Ya da itirdiyim pərimin itmiş ilhamı kimi…

mR_bAkiNec

Şərhlər:

  1. Yasaksin_kalbime dedi ki:
    maraqliydi,tewekkurler.
  2. MeN_SeN dedi ki:

    tesekkurrrrrrrrr

  3. Ninaska dedi ki:

    super xeberdi tshk

  4. CooL_Man dedi ki:

    maraqlidir cox sag ol

  5. important life dedi ki:

    Sözun düzü oxumadim sebrim catmadi.ramazandida yalan daniwmayaq.ama menali xebere oxsuyur tewekur

  6. MURAD_X dedi ki:

    beyendim, ellerine saglik..twk

  7. Sweet_Love dedi ki:

    Cox beyendim dostik ellerine sagliq

  8. nurlana77 dedi ki:

    beledaa normaldi :\\\\\\\\\\\\\\\\

  9. gizem dedi ki:

    MARAQLIDI TWKK OZUDEE COOOOXXX twk

  10. yAgmurlar dedi ki:

    Hemiweki kimi super…

  11. UNDERCOVER dedi ki:

    maraqli xebere gore twk

  12. DaRk_AnGeL dedi ki:

    Bele yazilar xowuma gelir ellerine sagliq

  13. ANGEL16 dedi ki:

    maraqlidi tewekkürler

  14. Aelita dedi ki:

    hmmm.maraqliydi… Oxudum amma yarimciq hovselem catmadi 🙁

  15. _Sadece_B.G_ dedi ki:

    cox maraqli yazidi twklerrr ama men yazsaydim unvani olardi

  16. Nezaretci dedi ki:

    sagol eladi………….

  17. Gunes dedi ki:

    sozsuz eladi

    sozsuz eladi

  18. Miss_KaPRizZ of_cAdI dedi ki:

    hemiseki kimi elaa.. cox maraqli yazidi.. Maraqli sual yarandi mende Görəsən,men yazsaydım, kimə ünvanlanardı ünvansız məktublarım ya ne yazardim unvansiz mektublarimda? Sahibi olardimi ki yazdiqlarimin.. arzularimin xeyallarimin isteklerimin puc oldugu gunlerden yazardim yeqinki.. itirdiklerimden, caresizliyimden, pesman olduqlarimdan bezen sebebini bele bilmediyim ne ucun axdigini bilmediyim goz yaslarimdan yazardim..