Göyün yeddinci qatında ilahi quş

Bu göyün yeddinci qatındakı ilahi quş barəsindədir. Allahın Rəsulu (s.a.a) bu barədə belə buyurur: Hər şeydən uca olan qadir Allah göyün yeddinci qatında zümrüddən sütun yaratmışdır. Onun qübbəsi “ağ mirvari”dəndir. Həmin zümrüd sütun başında xoruza bənzər quş var. Quşun min beş yüz lələyi qiymətli daş-qaşlarla bəzənmişdir. Hər bir lələyin üzərində yaşıl hərflərlə “Bismillahir-Rəhmanir-Rəhim və Allahdan başqa Məbud yoxdur, Həzrət Muhəmməd Allahın (c.c) Peyğəmbəridir” sözləri təsvir edilmişdir. Həyatda yaşayan hər bir adam hər dəfə bu kəlmələri dilinə gətirəndə quş qanadlarını gərir və Allah-təala həmin adamlara öz mərhəmətini göndərir. Hər gün beş namaz vaxtı ilahi quş qanadlarını bir-birinə çırpır, hər namaz qılınarkən minlərlə səs-səda göyə yüksəlir. Bu səs-sədanın təsirindən Cənnətdəki bütün ağaclar hərəkətə gəlir, ağacların budaqları bir-birinə dəyir. Cənnət ilahi quşun səsinə qərq olur. Allah-təala ara-bir ilahi quşdan soruşur: Səndə nə baş verir ki, belə səs çıxarırsan? Quş bir qayda olaraq Ona belə cavab verir: İlahi, Sənin mömin qulların Sənə ibadət edirlər, Sənin mərhəmətinə ümid bağlayır, Sənə yalvarışlarla müraciət edirlər.
Allah-təala buyurur: Mənim qullarım gündə beş dəfə mərhəmət və səxavətimdən istifadə etməyə layiqdirlər və Mən onları Cəhənnəm əzabından azad etmişəm, gələcək həyatlarında rahatlığını yaradıb Cənnətə göndərəcəyəm.
İnşallah bu mövzunun namaz qılmayan və namaz qılmağa hazırlaşan insanlara köməyi dəyər.

Pî§KøpÂT

Şərhlər:

  1. Miss_KaPRizZ of_cAdI dedi ki:

    İnşallah bu mövzunun namaz qılmayan və namaz qılmağa hazırlaşan insanlara köməyi dəyər.. InsAllah
    Allah Razi olsun.. ellerive saglik

  2. UNDERCOVER dedi ki:

    4ox saol Allah razio olsun

  3. Pî§KøpÂT dedi ki:

    reylere gore yene twk

  4. nurlana77 dedi ki:

    Allah razi olsun

  5. CooL_Man dedi ki:

    Allah razi olsun… maraqlidir

  6. Pestimist... dedi ki:

    Allah razi olsun. men size namazi eli yanda ve mohurle qilmagi meslehet gorurem. sebebini oyrenmek isteyenler mene dostluq atsin sohbet edim. Amma men bu sayta gec gec gelirem ona gorede dostlugunuzu gec qebul etsem incimeyin. tekar tekrar gonderin)))))))))))))))
    Allah Muhammed ya Ali

  7. Nezaretci dedi ki:

    Allah Razi olsun cox beyendim

  8. important life dedi ki:

    Nece gözel yazidir. Cox sagol.cox maragla oxudum

  9. Pî§KøpÂT dedi ki:

    reylere gore twk

  10. DaRk_AnGeL dedi ki:

    ALLAH razi olsun gozelxeberdi ALLAH TEALA hamiya qismet elesin NAMAZ qilmagi

  11. _Sadece_B.G_ dedi ki:

    aaaaayyyy men de namazi qilib saxliyiram. twkrlerrr

  12. yAgmurlar dedi ki:

    Allah razi olsun,,maraqli xeberdi.

  13. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…

  14. Aelita dedi ki:

    o qusu gormek isteyerdim…
    Men de namaz qilacam

  15. Ninaska dedi ki:

    Allah Razi Olsun