Ofisiant işləyən Azərbaycan çempionu

“Yalandan dedim ki, zədələnmişəm”

“Babam tanınmış güləşçi olub. Bəlkə adını da eşidərsiniz, Şahismayıl Əliyev. Nəinki rayonda, Azərbaycanda belə öz çəkisində kürəyini yerə vuran olmayıb. Dəfələrlə SSRİ çempionu olub. Mən də istəyirdim onun yolunu gedim. Amma görürsüz də…”

Amma əslində onun, yəni babasının yolu ilə gedib. çox gec, 14 yaşında idmana gəlsə də. Amma bir il keçməmiş özünü təsdiqləyə bilib. Azərbaycan çempionu olub. Türkiyənin Kayseri şəhərində keçirilən Avropa çempionatına hazırlaşdığı bir vaxtda…
Yox, nə zədə, nə filan. üç yüz manat pul tapa bilməyib.
Hə, bax belə.
…Biz onunla Xaçmazdakı kafelərin birində tanış olduq. Bir əlində çirkli dəsmal, bir əlində də sini ora-bura qaçan bu uşağı bizə göstərən dostlar dedilər ki, bax, səhərdən stolların üstünü təmizləyən, yemək paylayan bu cavan oğlan Azərbaycan çempionudur. Sərbəst güləş üzrə Azərbaycan çempionu.

…Danışmaq istəmir. Küsülü imiş kimi sözü az qala kəlbətinlə çıxardırıq ağzından. Onu başa düşmək olar. Dostumuza bildirdiyi iraddan da hər şey aydındır: “Nəyə lazım idi, deyirdin mən kiməm. İşimi işləyirəm. Hər şey qurtarıb gedib”.

21 yaşlı bu uşaq, hələ uzun ömrün astanasında olan bu gənc indidən onun üçün hər şeyin bitdiyini düşünür…

Bayaqdan haqqında danışdığımız bu uşağın adı Rüfətdi. 1991-ci ildə Xaçmazda anadan olub. Babası tanınmış güləşçi, SSRİ çempionu Şahismayıl Əliyevin övladlarından heç kim onun yoluyla getməyib. Elə Rüfətin də əvvəl-əvvəl güləşə marağı olmayıb. Amma bir gün babasının giley-güzarını eşidəndə fikirləşib ki, gec də olsa, gedib güləşə yazılacaq.

– Mənim onda 14 yaşım vardı. Bu yaşda nadir hallarda güləşlə məşğul olmağa başlayırlar. Babamın xətrinə Xaçmazdakı “Gənclər klub”na yazıldım. Əslində elə belə, məktəbdən sonra özüm üçün məşğul olmaq istəyirdim. İlk müəllimim də Həbib Müslümov olub. Beləcə 14 yaşımda ilk fəndləri öyrənməyə başladım. Yavaş-yavaş texnikamı artırdım. Həbib müəllim usta adam idi. Mənim hərəkətlərim nə isə xoşuna gəlmişdi. Bir gün dedi ki, səndən yaxşı güləşçi çıxacaq. Güləşi atma. İşinə məsuliyyətlə yanaş. Bir qədər bu sözlər mənə həvəs verdi. İlk dəfə rayon çempionatına qatıldım. İkinci yeri tutdum. Məndə qəribə qisas hissi yarandı ki, məğlub olduğum güləşçi ilə yenə üz-üzə gəlib ondan əvəz çıxım. Başladım məşqlərin sayını artırmağa. İdman zalından demək olar ki, çıxmırdım. Növbəti çempionatda yenə finalda həmin güləşçi ilə qarşılaşdım. Bu dəfə ondan fərqli xal hesabı ilə yox, təmiz qalib gəldim. Məhz bu qələbədən sonra özümə söz verdim ki, babamın yolunu davam etdirib güləşlə məşğul olacağam.

Rüfət belə də edir. Artıq müəllimi Həbib də ona güvənməyə başlayır. Bir gün Rüfətə məlum olur ki, o, Azərbaycan çempionatına yollanacaq. Həbib müəllim də onun üzərində xüsusi işləyir. Rüfət elə ilk görüşdəcə təmiz qələbə qazanır. 42 kiloqram çəki dərəcəsində rəqiblərini bir-bir sıradan çıxaran qəhrəmanımız finalda da təmiz qələbə çalaraq 16 yaşında Azərbaycan çempionu olur.

Bütün Xaçmaz həmyerlilərinin bu qələbəsinə sevinir. Hamı Şahismayıl kişini təbrikə axışır. Nəvəsinin daha böyük uğurlar qazanacağına inanan Şahismayıl kişinin də uçmağa qanadı olmur.

Bir gün Həbib müəllim Rüfətə deyir ki, Bakıdan zəng ediblər, Avropa çempionatına gedirsən.

– çempionat Türkiyədə, Kayseri şəhərində keçirilirdi. Elə həvəsli idim ki! Dost-tanış, qohum-əqrəba – hamı sevinirdi. çempionata iki gün qalmış, artıq Bakıya getməyə hazırlaşırdım, xəbər gəldi ki, 300 manat pul verməliyəm. Mən Həbib müəllimə dedim ki, biz kasıb adamlarıq. O qədər pulumuz yoxdu axı… Həbib müəllim də bildirdi ki, Bakıdan belə deyiblər. Mən son ana qədər fikirləşdim ki, yəqin Bakıda mənə kömək edərlər. Amma…

Amma Bakıya gedən Rüfət ordan Kayseriyə yox, Xaçmaza qayıdır. çox pərt olur.

– 300 manatı niyə istəyirdilər ki?

– Bilmirəm. Dedilər ki, bu qədər pul verməlisən.

– Qohum-əqrəbadan tapmaq olmazdı?

– Niyə olmurdu ki? Olardı. Babam razı olmadı. Mən isə dost-tanışa yalandan dedim ki, Bakıda məşqdə zədələndim…

Rüfət qərara gəlir ki, əsgərliyə getsin, sonra geri qayıdanda başqa işlə məşğul olsun. Bir sözlə “əlvida güləş”.

Qəhrəmanımız Sərhəd Qoşunlarında xidmət edir. Özü də elə xidmət edir ki, komandanlıq həqiqi hərbi xidmətdən sonra onun çavuş kimi qalıb işləməsini istəyir.

– Mən Sərhəd Qoşunlarının keçirdiyi bütün yarışlarda ancaq birinci yeri tuturdum. Təkcə güləşdə yox. Qaçışda, ağırlıq qaldırmada da. Ordudan evimizə məktub yazdılar ki, uşağınızın qalıb xidmət etməsini istəyirik. Nəsə, valideynlərim razı olmadı. Əsgərlikdən qayıtdım, indi də belə. Görürsünüz də, səhərdən axşamacan burda girələnirəm. Günü 6 manata.

Rüfət bunu deyib qarşıdakı stoldakı sifarişi qəbul etməyə gedir. Bir qədər də var-gəl etdikdən sonra yenə yanımıza qayıdır. Elə ağzımızı açıb sualımızı verməmiş ürəyimizi oxuyubmuş kimi özü dillənir:

– Müəllim, bu işdən bezmişəm. Gündəlik çörək pulu üçün işləyirəm. Güləşmək istəyirəm. Bunu kimə demək olar?
Maraqlı sualdır: Görəsən bu suala kim cavab verə bilər?

oxudum cox pis oldum.. sizlerle paylasmaq istedim.. Bu qedermi acizik, heyatimiz bu qedermi asilidi kagizdan.. Pula cox meyl eleme geldi gederdi deyirik.. geldi geder dediyimiz kagiz parcasi heyatimizi hell edir. Duzdu pulnan ne segini ne xosbetliyi nede hormeti almaq olur ama pul belkede tek xeyalini arzunu elinden alir..

Miss_KaPRizZ of_cAdI

Şərhlər:

  1. Firdevs dedi ki:

    Her kesin ozune mexsus bir kecmiwi vardir…

  2. Yasaksin_kalbime dedi ki:

    cox tesirlendi.indiki zamanda cox weyi pul hell edir.ne yazikki..tewekkurler.

  3. Miss_KaPRizZ of_cAdI dedi ki:

    mR_bAkiNec beli mende ele o bir yerde oxudum yazini=))).. duzdu basliq eleydi.. onun heyatini pul hell edib hec olmasa heyatindan danisanda pul onde olmasin ona gore deyisdim basligi.. pis oldum paylasmaq istedim..



    Reyler ucun de her kese tewekkurler

  4. Sweet_Love dedi ki:

    Cox tesirli xeber idi girl_cray tanidiqim biri vardi o da pula gore idmandan qalmiwdi .

    Duzdu pulnan ne sevgini, ne xosbextliyi , nede hormeti almaq olmur ama pul belkede tek xeyalini arzunu elinden alir.. ( bu fikirle raziyam )

    Moskva universteti xeyalimi elimden aldi 🙁 tak wto herwey puldu

  5. mR_bAkiNec dedi ki:

    Miss_KaPRizZ of_cAdI,
    Gozel duwunmusen etaga :/

  6. Gunes dedi ki:

    xeber superdi ellerine sagliq

  7. gizem dedi ki:

    xebere gore twk

  8. UNDERCOVER dedi ki:

    axot olmadi oxumaga maragli xebere oxwayir.eziyyetegore 4ox saol

  9. DaRk_AnGeL dedi ki:
    Tewekkurler xebere gore maraqli idi
  10. yAgmurlar dedi ki:

    hamsini oxudum heqiqeten tesirlidi..

  11. Nezaretci dedi ki:

    maraqliydi cox sagol eziyete gore tewekkurler

  12. mR_bAkiNec dedi ki:

    Kafedə 6 manata ofisiant işləyən Azərbaycan çempionu Bawligi bele idi 4 gun bundan qabag atmiwdim wekilleriynen bir yede :/
    Sagol yenede ellerine saglik..! Oxuyan zaman cox tesir elemiwdi..ELlerinize saglik

  13. polo dedi ki:

    bele bir wey bizde uzaq qohumun da bawina gelib.. atam daniwirdiki barcelonani heyeti Aazervbaycana gelende bir uwaqi beyenib aparmaq isteyibmiw onlardanda bele biir meblegde pul isteyibler men hec bawa duwmuremki bu bizim geleceyimizdi niye mafal vermirler her weyden pul qoparmat isteyirler…..sonrada deyirler siz bizim geleceyimizsiz .. hec mafal varki …hemdeki indiki dovurde kimin pulu var onunun uwaqi oxuyacaq kimin ki pulu azdi onu hec saymayacaqlar tak wto pulun var adamsan yoxdu demeli hec yoxsan

  14. R S L dedi ki:

    Tesirlidi heqiqeten …..
    Xebere gore twk

  15. sabinocka dedi ki:

    oxudum cox pis oldum.. sizlerle paylasmaq istedim.. Bu qedermi acizik, heyatimiz bu qedermi asilidi kagizdan.. Pula cox meyl eleme geldi gederdi deyirik.. geldi geder dediyimiz kagiz parcasi heyatimizi hell edir. Duzdu pulnan ne segini ne xosbetliyi nede hormeti almaq olur ama pul belkede tek xeyalini arzunu elinden alir..

    senle razilawiram el cirki dediyimiz wey Butun heatimizi mehv edir…Umidlerimizi qirir…..

    tewekkur…..Tesirlidir…..

  16. Lucky Girl dedi ki:

    Dehwet..ama halaldi o uwaga…ele insanlara cox boyuk hormet edirem.oz zehmeti ile nese etmeye caliwir…Pul sohbetine geldikde ise hec de teeccublenmedim..bura axi Azerbaycandir..

  17. CooL_Man dedi ki:

    xebere gore teshekkurler! Superdi!!

  18. MeN_SeN dedi ki:

    thankssssssssssss