Sadəcə düşün

Sevimli həyat: sən başlayınca səmaya parlaq, yeni bir ulduz doğulur, doğrumu??
Sevimli ölüm… Sən gəlincə, o ulduzu da səmadan qopardıp yerə salrmısan. İnsanlar səni yalnız “həyatları acı çəkincə gözləyər, həyatları rahat olunca düşünməz, həyatları məna tapınca özlərmiş” eləmi?

Sevgili ölüm. Həqiqətən nə üçün geridə qalanlar, yalnız gözlənilməyən bir qonaq kimi insanlara gəlib, onları həyat qabıqlarından sıyırdığında və qazandıqları hər şeyi əllərindən götürdüyündə səni xatırlayarlar? Nə üçün, heç istəmədikləri halda həmişə sənin üzünü görərlər. Sən özünü xatırladınca diksinər və həyatı daha mənalı, daha gözəl yaşamanın sirləri üzərində cümlələr qurarlar?
niyə bu cümlələrini də “həyatın az sonra oyanılacaq bir yuxu kimi olduğunu unudub, səni xatırladacaq hər şeylə birlikdə yenidən tozlu rəflərə qoyarlar?”
Sevimli ölüm niyə, “ən tez və ən çox gələn olmağına baxmayaraq, ən tez və ən çox unudulansan? “

Sevimli ölüm… Yaxşı ki, bu qədər qaranlıq qapıların ardında görə bildiyimiz, sənin kimi kimsənin inkar edə bilmədiyi bir gerçək var. Bilirəm: sanki sənin gələcəyindən kimsə xəbərdar deyilmiş kimi davranıb, bu dünyadan gedənlərdən ötəri səni məsul tuturuq. Amma yenə də iki günü yaşanmış bu üç günlük yalan dünyada, sənin narın bir sevimli kimi bir gün mütləq gələcəyin günü heç amma heç unutmayanlarda var Biz onlara, “insanlıq səmasının sönməyən ulduzları” deyirik. Onlar səninlə qarşılaşdıqları gün, aparacağın yerə xəcalətli getməmək üçün həyatlarını sənin gözlərinə baxa baxa keçirib gedəcəkləri yerə hazırlıq edənlərdir. Onlar “ölümlə həyatın birlikdə yaşadıqları ürəklərin sahibləri”, Onlar, ölmədən əvvəl ölənlər.
Düşünün ki, “bir anlıq bir yuxudur həyat az sonra oyanacağımız”.

Sevimli zaman… İnsan, həyatın titrədiyi ölüm mövsümlərində, ayrılmağı heç düşünmədiyi dostlarını öz əlləriylə bir-bir ölüm tarlalarına basdırdığı halda, içindəki səsi çoxaldaraq sıranın özündə olduğunu nə üçün xatırlaya bilməz? Niyə ölüm özü gəlmədən, kimsə sıranın özündə olduğunu düşünə bilməz. Və niyə insan ölüm gəlincə də “kaş ki” deyə başlayan peşmanlıq duyğularının hamısıyla üzləşər?
”Ölümün gözlərinə həyatdaykən baxsanız, O da sizə mənalı olan sonsuz bir
həyatla baxar.”


Sevimli həyat, həqiqətən sən ölümü sevərsənmi?
Qazandığın hər şeyi əlindən alıb, səni belə sənsiz buraxan Ölümü. Bu gecə və gündüz kimi bir-birinizi dayanmadan qovduğunuz, kaş ki olmasaydı dediyin əkiz qardaşını?? Yəqin “sən ölümü sevməzsən. Səni yaşayanlar onu sənə ya sevdirər, ya da tənqid etdirər!”

Sevimli Mən, “kaşkilərin və bir dahaki səfərlərin” etibarlı olmayacağı o gündə, kabuslarından gerçəyə cənnətlə oyanmış və bir-birindən utanmayan insanlardan olmamız üçün çox işliyik… çünki: “Dostlarımıza Ölüm unutduqlarımızı xatırlatmaq üçün gəlir. Ölüm bizə dostlarımızı unutduqlarını xatırlatmaq üçün gəlir. Amma ölüm, hər vaxt və hər yerdə hamımıza etdiklərimizin qarşılığını götürəcəyimiz o yerə aparmaq üçün gəlir’…
Qorxutmadan gəlib, qorxutmayacaq yerə aparmağın diləyi ilə…

Nezaretci

Şərhlər:

  1. yAgmurlar dedi ki:

    Hamsini oxudum maraqli ve duwundurucu meqaledi,,tewekkurler…

  2. Aelita dedi ki:

    men hemise dusunurem

  3. Sweet_Love dedi ki:

    Xebere gore tewekkurler

  4. sabinocka dedi ki:

    Sevimli həyat, həqiqətən sən ölümü sevərsənmi?
    Qazandığın hər şeyi əlindən alıb, səni belə sənsiz buraxan Ölümü. Bu gecə və gündüz kimi bir-birinizi dayanmadan qovduğunuz, kaş ki olmasaydı dediyin əkiz qardaşını?? Yəqin "sən ölümü sevməzsən. Səni yaşayanlar onu sənə ya sevdirər, ya da tənqid etdirər!"

    Severem olumu…….Meni qorxutmur…Olum deyil yawamaqdir cetin///…..
    tewekkur………..

  5. _Sadece_B.G_ dedi ki:

    hmmmm duwundum de oxudum da TWKRlerrrr

  6. Nezaretci dedi ki:

    ANGEL16,
    Love Girl,
    LadyGirl,
    DaRk_AnGeL,
    nurlana77,


    cox sagol reylerinize gore

    _Sia_, cox sagol

  7. _Sia_ dedi ki:

    Derin menali sozlerdir.

    Gozel dusunceniz ve nitqiniz var.

  8. nurlana77 dedi ki:

    Sevimli ölüm niyə, "ən tez və ən çox gələn olmağına baxmayaraq, ən tez və ən çox unudulansan? “ bu menimcun cetin sualdi cry kecmiwim yadima duwdu :(( xebercun cox sagol twk applause clapping

  9. DaRk_AnGeL dedi ki:
    Oxuyanda sadece duwundum….Cox sagol superdi
  10. Love Girl dedi ki:

    Maraqla axira kimi oxudum

  11. ANGEL16 dedi ki:

    maraqlidi hamisin oxudum.tewekkürler

  12. yAgmurlar dedi ki:

    Nezaretci,
    deymez

  13. Nezaretci dedi ki:

    Sitat: yAgmurlar
    yAgmurlar

    oxudugun ve beyendiyin ucun cox sagol