Oruc tutanlar bu xəbəri oxusun

Küləkli yağışlı havalardan sonra yayın ən isti günlərində oruc tutulacağı və sahurdan 16-17 saat sonra iftar ediləcəyini nəzərə alaraq Müqəddəs ayda savab qazanmaq istərkən xəstələnməməyiniz üçün sizə dəyərli məsləhətləri təqdim edirik…

Gün boyu olan aclığınızı, susuzluğunuzu əvəz edə bilmək və mədənizi artıq yükləməmək üçün iftar süfrəsində yediyiniz yeməklərə və qəbul olunan suyun miqdarına diqqət yetirmək lazımdır.
Bu Ramzaa boyunca yemək yeyə bildiyimiz zaman 7-8 saat cəkəcək. Bu müddət ərzində qida qəbulunu 3-4 dəfəyə ayırmaq lazımdır.
Əks halda qəbzlik, bağırsaqlarda aşırı qaz, ani təzyiq yüksəlməsi kimi çətinliklərlə rastlaşa bilərsiniz.

Necə bəslənməli?
Bədəninizin tarazlığını pozmamaq üçün iftara xurma ve zeytunla başladıqdan sonra 1-2 stəkan su içilməlidir. Su, bütün bədənin itirdiyi suyu əvəz etmək və doyumluq hissini artırmaq üçündür. Ramazan boyunca 2 ana yemək (iftar və sahur), iftardan sonra da, mütləq 2 ara yemək (yüngül qida, meyvə və s.) hazırlanmalıdır.

Başlanğıcda sulu yemək ən uyğun qidadır.
Sup içildikdən 10-15 dəqiqə sonra az yağlı ət yeməyi, tərəvəz yeməyi və ya salatla 3 – 4 qaşıq düyü ,makaron yeyə bilərsiniz.

Az, amma qısa aralar verməklə 3-4 dəfə yeyin
Sahura qalxmayan zaman immunitet zəifləyir və axşam güclü qida qəbulu piylənmə yarada bilər.Bu səbəbdən sahura qalxmaq yüngül ama tox tutan sağlam qidalar yemək, gün içərisində mürgüləmə, yersiz əsəbilik, baş ağrısı, halsızlıq kimi halları azaldacaq.

Su qəbuluna diqqət
Yetişgin bir insan gün ərzində ən azı 1.5 – 2 litr (10-12 stekan) su içməlidir. Qazlı sular isə mədə rahatsızlığına və qida qəbulunu artıracağına görə məsləhət görülmür.
İftar zamanı yeməklə birlikdə çay və qəhvə içmək yeməklərdən alınan vitamini öldürəcəyindən, yalnız iftardan 1 – 2 saat sonra içməniz məsləhətdir.
Mədə və immunitet sistemini rahatlatması üçün meyvə,meyvə çayları,şəkərsiz təbii içəcəklər (meyvə dilimləri ilə evdə hazırlaya bilırsiniz) və ayran da içə bilərsiniz.

Yağlı yeməklərdən uzaq durun
Yeməklərdə heyvan mənşəli yağlardan, aşırı duzdan, hər növ qızartmadan qaçmaq lazımdır.
Ət yeməklərində mümkün qədər sulu yağlardan və ağ ətdən istifadə etmək məsləhətdir.

İftardan sonra hərəkət etməyi, mümkün qədər təmiz havada gəzməyi unutmayın…
ALLAH orucunuzu qəbul Eləsin!

Sweet_Love

Şərhlər:

  1. Aelita dedi ki:

    tutmuram ama gelen il tutacam

  2. Not to love you dedi ki:

    Allah razi olsun Allah haminin orucunu qebul etsin

  3. sabinocka dedi ki:

    Allah ttutdugumuz oruclari qebul etsin!amin!

  4. nurlana77 dedi ki:

    mene lazim idi cox sagol 🙂

  5. Agresiv_qiz dedi ki:

    allah razi olsun tesekkurler amma malesef men bunlari elemirem

  6. Nezaretci dedi ki:

    Allah Razi olsun cox sagol

  7. Slatkaya dedi ki:

    Allah sebr ve dozum versin

  8. CooL_Man dedi ki:

    cox sag ol eladi… Allah razi olsun!

  9. DaRk_AnGeL dedi ki:
    Cox sagol deyerli melumata gore
  10. _Sadece_B.G_ dedi ki:

    hmm twkrlerr lazimli xeberdi en esasi arabir yemek lazimdi

  11. important life dedi ki:

    mende bele edirem.tewekur

  12. _Sia_ dedi ki:

    ALLAH Haminin Ramazan Ayinda oruc ve dualarini Qebul Etsin !…

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…

  13. Mi Lady dedi ki:

    Allah haminin orucunu qebul etsin,Amin

  14. yAgmurlar dedi ki:

    bunlara emel edirem bi dene iftarda cola cox icmeyi tergitsem goodgood
    maraqli xeberdi cox sagol

  15. Ninaska dedi ki:

    xeberchun chox sagol .. Allah oruc tutanlarin orucun qebul etsin.. Amin