Bir ay aclıq və susuzluq çəkənlər

Oruc insanın iradəsini gücləndirir. Belə ki, bir insan ay ərzində ona halal olan sudan, yeməkdən, şəhvətdən çəkinirsə, deməli, il ərzində ona haram olan maldan, ona haram olan baxışdan, sözdən, haram şəhvətdən çəkinməyi bacarar.

Oruc duyğuları və insani emosiyaları inkişaf etdirər. Bir ay aclıq və susuzluq çəkən oruclu dərd nədir anlayar. O, aclıq və korluq çəkənlərin duyğularını bölüşmə hisslərinin inkişafını əldə edər. İmam Həsən Əsgəri (ə) orucun vacib olmasının səbəbini bəyan edərkən buyurub: Varlı aclıq dərdini dadsın və yoxsula kömək etsin.

Orucun bir xüsusiyyəti də var ki, insanı mələk təki edər. Belə ki, mələk yeməkdən və şəhvətdən uzaqdır. Amma, mələkdən fərqli olaraq, oruclu buna iradəvi nail olar.

Oruclu qəlbində Allahdan qeyri hər şeydən pəhrizi öyrənər. İslam Peyğəmbəri (s) buyurub: «Hər kim Ramazan ayının orucunu Allaha xatir tutar, bütün günahları bağışlanar».

Yaşadığımız dönəm isti yay mövsümü ilə bağlıdır. Bunun özü də bir İlahi bərəkətdir. İmam Cəfər Sadiq (ə) buyurub: “Ən üstün cihad isti havada oruc tutmaqdır».

Günümüz üçün aktual olan bir mübarək hədisə də toxunaq. Allahın Peyğəmbəri (s) buyurub: “Hər bir oruc tutan yemək yeyən şəxslərin arasına daxil olanda, onun bədən əzaları Allaha təsbih söylər, mələklər ona salam göndərər və dua edərlər. Belə ki, duaları onun günahlarının bağışlanması istəyi ilə olar». Belə bir məqamı var oruclunun Allah dərgahında. Uca Allahdan duamız budur ki, bizləri Ona xatir oruc tutanlardan qərar versin, bizləri həqiqi ibadət edənlərdən, bu günü dünəndən yaxşı olanlardan qərar versin! Amin!

Pî§KøpÂT

Şərhlər:

  1. Miss_KaPRizZ of_cAdI dedi ki:

    Allah her kesin tutdugu Orucu, Qildigi Namazi Qebul etsin..
    ORUC DER KI; NIYETIM SIZI AC BIRAKMAK DEGIL, EMELIM SIZE ACLIGI ANLATMAK..!!

  2. nurlana77 dedi ki:

    chox sagol…..

  3. Sweet_Love dedi ki:

    Allah razi olsun

  4. MURAD_X dedi ki:

    ALLAH BUTUN ORUC TUTANLARIN ORUCUNU QEBUL ELESIN..

  5. Prencess dedi ki:

    Allah butun oruclari qebul elesin! Amin!

  6. important life dedi ki:

    Allah razi olsun

  7. CooL_Man dedi ki:

    Allah haminin orucunu qebul etsin!
    Xebere gore teshekkurler!
    hi

  8. gizem dedi ki:

    ALLAH ORUC TUTANLARIN ORUCUNU QEBUL ETSIN AMINN

  9. _Sia_ dedi ki:

    ALLAH butun muselmanlarin Ramazan Ayinda Dua ve Oruclarini Qebul Etsin !…
    Allahın Peyğəmbəri (s) buyurub: "Hər bir oruc tutan yemək yeyən şəxslərin arasına daxil olanda, onun bədən əzaları Allaha təsbih söylər, mələklər ona salam göndərər və dua edərlər. Belə ki, duaları onun günahlarının bağışlanması istəyi ilə olar»

    Ilahi menden sonra gelen ve sozlerimi neql eden, sunnetlerimi xalqa catdiran, insanlara oyreden, onlari yada salan xeleflerime sen rehmet et.

    MEHEMMED PEYGEMBER (S.E.S)

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…

  10. DaRk_AnGeL dedi ki:

    Gozel xeberdi ALLAH razi olsun ve bizim gunahlarimizi bagiwlasin.

  11. Aelita dedi ki:

    Allah butun oruclarinizi qebul elesin.Amin!

  12. _Sadece_B.G_ dedi ki:

    xebere gore twkrlerrr Allah tutulan oruclari qebul elesin.Amin

  13. Nezaretci dedi ki:

    maraqli meqaledei cox sagol

  14. Gunes dedi ki:

    ALLAH RAZI OLSUN!

  15. yAgmurlar dedi ki:

    Uca Allahdan duamız budur ki, bizləri Ona xatir oruc tutanlardan qərar versin, bizləri həqiqi ibadət edənlərdən, bu günü dünəndən yaxşı olanlardan qərar versin! Amin!
    ALLAH Razi olsun…

  16. mR_bAkiNec dedi ki:

    Oruc tutmayandada yemirem onsuzda menimcun bez problem :/
    Xeber cox maraxli etaga :/
    ellerine sagLik :'(

  17. UNDERCOVER dedi ki:

    4ox saol Allah razi olsun