Ramazan boyunca edilən səhvlər

Ramazana uyğun gəlməyən və Ramazan boyunca ən çox edilən ortaq səhvlərdən bəzilərinin “bütün gün yatmaq, həddindən artıq televizor seyr etmək və Orucu siqaretlə açmaq olduğu” bildirildi.

Dubay İslami İşləri və Xeyriyyə Fəaliyyətləri müəssisəsi tərəfindən internet saytında nəşr olunan xüsusi Ramazan yazısında dünyada bir çox müsəlmanın evində müqəddəs ay boyunca görülən 14 ortaq davranış diqqətə alındı.

Həddindən artıq bəzənmiş və israfa qaçılmış iftar süfrələri ilə qadınların bu hazırlıqlar üçün xərclədiyi zaman siyahının ən başında sayıldı. Orta səviyyəli ailələrin belə iftar süfrələrini bahalı və müxtəlif yeməklərlə bəzəməyə çalışdığı və evdar qadınların bütün günlərini ibadət və mənəvi işlərlə keçirmək yerinə mətbəxdə yemək hazırlamaqla keçirdiyi ifadə edildi.

Qadınların tez-tez etdiyi səhvlər arasında dua və ibadətlərə kifayət qədər zaman ayırmama və həddindən artıq ətir və makiyaj edərək kişilərin də olduğu məscidlərə getmələri qeyd edildi.

Səlahiyyətlilər, Müsəlman ailələrin televiziya qarşısında xüsusilə məşhur Ramazan proqramları və serialları izləyərək bütün axşamlarını keçirdiklərini və Orucdan qazandıqları savabı az qala itirdiklərini söylədi.

Siqaret ilə orucun açılmasına hiddətlə qarşı çıxan müəssisə səlahiyyətliləri bunun çox böyük bir səhv olduğunu ifadə etdi və Ramazanın bu pis xasiyyəti buraxmaq üçün fürsət olaraq qiymətləndirilməsini istədi.

Bəzi İslam alimlərinin sağlamlığa zərərli olduğundan ötəri siqaret çəkmənin tamamilə qadağan olduğunu söylədiyi və keçən il ictimai yerlərdə başqalarına da zərər verdiyi üçün siqaret çəkməyi qadağan etdiyi xatırladıldı.

Siyahıdakı digər səhvlər arasında oruclu ikən Müsəlmanların yemə və içmədən uzaq dayanıb qeybət, dedi-qodu, böhtan və pis söz söyləmək kimi xasiyyətlərdən imtina etməməsi sayıldı.

Xüsusilə Ramazanın son 10 gününün yaxşı qiymətləndirilməsini xatırladan səlahiyyətlilər, Müsəlmanların vaxtlarını xeyirli işlərlə keçirmə yerinə alış-verişə çıxdığını və gərəksiz xərcləmələr etdiyini qeyd etdi.

yAgmurlar

Şərhlər:

  1. important life dedi ki:

    Tewekkurler melumata göre. Bilmeyimiz yaxsi oldu

  2. yAgmurlar dedi ki:

    CooL_Man,
    Not to love you,
    deymez dosiler

  3. Not to love you dedi ki:

    Cox sag ol maraqlidi

  4. CooL_Man dedi ki:

    maraqlidir dostum, ellerin derd gormesin 🙂

  5. yAgmurlar dedi ki:

    reylere gore tewekkurler canlarim

  6. MURAD_X dedi ki:

    melumata gore ve xebere goretwk

  7. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…

  8. Aelita dedi ki:

    belke gelen il tutdum.onda calisacam elemiyim bele sehfler

  9. nurlana77 dedi ki:

    hmm twkrlerr

  10. gizem dedi ki:

    bilirdim yenede twkk

  11. Yasaksin_kalbime dedi ki:

    tewekkurler.

  12. DaRk_AnGeL dedi ki:
    ALLAH razi olsun bilmediklerimi oyrendim
  13. Aelita dedi ki:

    Qadınların tez-tez etdiyi səhvlər arasında dua və ibadətlərə kifayət qədər zaman ayırmama və həddindən artıq ətir və makiyaj edərək kişilərin də olduğu məscidlərə getmələri qeyd edildi.

    hmm…bu diqqetimi celb eledi… qeribedi

  14. Pestimist... dedi ki:

    oxumadim cunki hamisini bilirem. amma yenede tesekkurler

  15. _Sadece_B.G_ dedi ki:

    hmm twkrlerr ancaq yatmagi bilirdim ki sehvdi. qalanlarini bilmirdim

  16. Nezaretci dedi ki:

    cox sagol tewekkurler

  17. Gunes dedi ki:

    gozel melumatdi tesekurler

  18. mR_bAkiNec dedi ki:

    Bilirem etaga sagol xebere gore :/