Sevda Yahyayeva (Bioqrafiya)

Sevda Yahyayeva (Bioqrafiya)
Yahyayeva Sevda Eldar qızı 1985-ci il dekabrın 28-də hərbçi ailəsində Rusiya Federasiyası Amur vilayətinin Konstantinov rayonunda anadan olmuşdur.Orta təhsilini Azərbaycan Respublikası Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə almışdır.Orta təhsil aldığı zaman 1995-ci ildə Qobu 1 saylı musiqi məktəbinin fortopiano bölməsinə daxil olmuşdur.
Ali təhsil almaq üçün Milli konservatoriyanın solo və xanəndəlik (Muğam) fakultəsinə daxil olmuş və hal-hazırda təhsilini davam etdirir.
1998-ci ildə ilk dəfə efirə Azərbaycan Televiziyasinda yayımlanan İSTEDAD SORAĞI verilişində çıxış edib.
2002-ci ildə Lalə qızlar ansamblına daxıl olmuş və ilk müəlliməsi Azərbaycanın xalq artisti Ceyran Haşımova olmuşdur. 2005-ci ildə Azad Azərbaycan telekanalında yayımlanan YENİ ULDUZ müsabiqəsinə qatılmış və müsabiqəni 3-cü yerdə uğurla başa vurmuşdu.2007-ci ildə İlk bəstəkar mahnısı sözləri Leyli və musiqisi Pərviz Mahmudova məxsus olan ’’ O ZAMAN ‘’ adlı mahnısıyla gündəmə gəlmişdir.
2008-ci ildə müğənni karyerasının ilk ’’ O ZAMAN ‘’adlı albomu işıq üzü görüb.Bu illər ərzində albomunda yer alan ‘’ O ZAMAN ’’ və ’’ SƏNSİZ ‘’ adlı mahnılarına klip çəkdirmişdir.
2010-cu il yanvarın 22-də Gənc tamaşaçılar teatrında xalq artisti Teymur Göyçayevin bədii rəhbərliyi altında Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrı ilə birlikdə ” Eşqimdə tapmışam Səadətim ” adlı solo konsertini vermişdir.
Azərbaycanı ölkə hududlarında layiqincə təmsil edən müğənni Rusiya Federasiyasının Kislovodsk şəhərində keçirilən ” XXI əsrin Kumiri “ adlı festivalda Grand Pri-yə layiq görülmüşdür.
2011-ci ildə ” Eşqimdə tapmışam səadətimi ’’ adlı solo konsertinin diski (CD/DVD) və ikinci “DİNLƏ” adlı albomu işıq üzü görüb.
2011-ci ildə “Tut əlimdən” və “Tiq Tıq Xanım” mahnılarına və bundan əlavə Türkiyənin İstanbul şəhərində “Gecdir daha” – adlı mahnısına klip çəkdirmişdir
2011-ci ildə Yuxu adlı solo konsert proqramını həyata keçirmişdir
2012-ci il Fevral ayının 18-də Heydər Əliyev adına sarayda “Tut Əlimdən” adlı solo konsertini keçirmişdir
2012-ci il Aprel ayının 26-da “Eşqimdə tapmışam səadətimi” adlı solo konsert proqramına görə İlin Konserti nominasiyası üzrə Grand mükafatına layiq görülmüşdür.
2012-ci il İyun ayının 10-da Rafetel Roman ilə birlikdə konsert keçirmişdir.
Yenilənib:
Sevda Yahyayeva hem gozel Xanim, hem de gozel ifacidir.
Butun musiqilerini dinleyirem.En cox da Dinle, Bir addim, O zaman, Tut elimden.
Genc Xanim olmagina baxmayaraq cox istedadlidir ve ifasi cox gozeldir.
Reylerinize ve beyendiyinize gore sizlerin haminiza tesekkurlerimi bildirirem…
superdiii _Sia_ellerin derd gormesin)
Reylerinize ve beyendiyinize gore sizlerin haminiza tesekkurlerimi bildirirem…
xoshum gelmir quru qizdi shirinliyi yoxdu suni herektler edir
xeberchun tshk
thanks amma bu mugenniye qulaq asmiram 🙂
pis deyil teshekkurler
Her zaman öz uzerinde caliwan mugennidi.tewekkurler
menlik deyil..
maraqli idi oxudum etaga :/
Thanks`
Xowum gelmir bundan yene de tewekkurler……….
hmm o qederde xowum gelmir bu qizdann
Xebere gore tewekkur
mahnilarindan xowum gelir.xebere göre sag ol
ele cox maraqlanmiram bunnan
hmm xowum gelir bu qizdan ama sesinde nese catmir elebil. mahnilari da yaxsidir.TWKRlerrrrr
tewekkurler………..