Tək qalmağı istəmək

Şeytan Gözəl Rəftarlardan Uzaqlaşıb Tək Qalan İnsanı Nəyə Yönəldir?

Şeytanın əsl məqsədi bu insanları – Allahı tənzih edirik – inkara, üsyana və qəflətə salmaqdır. Qısa müddətli olsa belə Allahın açıq-aşkar varlığını, qədəri, ölümün, hesab gününün və axirətin yaxınlığını unutdurmaq, insanı qəflətə salmaq və bunun nəticəsində də qədərə üsyana, təvəkkülsüzlüyə, Quran əxlaqına uyğun olmayan düşüncə və üsluba çəkməkdir. Şeytan hər çətinlikdə bu cür təsir edə biləcəyini düşündüyü bu insanları, əvvəl axır bir gün tam olaraq inkara salmağı ümid edir.

Ancaq şeytan insanlara bu məqsədini açıq-aşkar göstərmir. Bunun əvəzinə bəzən qanuni, məqbul, hətta faydalı olacağına inandırdığı səbəblər irəli sürür. Lakin şeytanın planı şübhəsiz ki, bu xeyirli düşüncələrə də mane olub, insanı öz yoluna çəkməkdir. Bu zaman insan,
“Bir az tək qalım, düşünüm.”,
“İndi yaxşı düşünə bilmirəm. Bir az istirahət etsəm ağıllı hərəkət edərəm.”,
“İndi özümü itirdiyimi başqaları görməsin. Bir az özümə gəlim sonra yanlarına qayıdaram”,
“Tək qalıb yaşadığım hadisələri bir az nəzərdən keçirib analiz edim. Öz səhvlərimi tapıb doğru qərar verim” kimi hiyləgər səbəblərlə təkliyə yönəlir.
Möminlər şeytanın bu “günahsızmış kimi görünən, ancaq rəhmani olmayan” təlqinlərinə qarşı çox diqqətli olmalıdır. Allah insanın əxlaqını sınamaq üçün çətinliklər yarada bilər. Bu çətinliklərlə qarşılaşan insan “tək qalma istəyi”nin, “doğru yol olmayacağını” dərhal anlamalıdır. çətinlik qarşısında göstərməli olduğu Quran əxlaqı nədirsə, onu hər kəsin yanında, açıq şəkildə yaşamağa çalışmalıdır. Səhvlərini düşünəcək, daha yaxşı olmağa cəhd göstərəcək, niyyətini təzələyəcəksə bunu mömin qardaşlarının yanında da edə bilər. Gözəl söz söyləyəcək, könül alacaq, bir səhvini düzəldəcəksə, bunu heç çəkinmədən insanların arasında da etməlidir. üzərində mənəvi bir çətinlik varsa, tez Allaha sığınmalı; Allahın verdiyi gözəl nemətləri düşünüb şükr etməlidir. çətinliyin şeytandan olduğunu bilib, Allah rızası üçün şeytanın istədiyinin tam əksinə, Quran əxlaqının tələb etdiyi kimi şən, sağlam, fəal, söhbətcil olmalıdır. Onun bu gözəl əxlaqı şeytanın tələsini pozacaq, ürəyinə də imani rahatlıq və fərahlıq verəcək. İnsanları çətinlikdən qurtaracaq tək yol “Rəbbimizə sığınıb, Quran əxlaqına uyğun rəftar göstərmək”dir. Quranda bu həqiqət insanlara belə bildirilmişdir:
“Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni (minbərdə) ayaq üstə olduğun halda tərk etdilər. De: “Allah yanında qazanacağınız savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ən yaxşı ruzi verəndir”.” (Cümə Surəsi, 10)

“Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.” (Rad Surəsi, 28)……………

ELIK28

Şərhlər:

  1. ANGEL16 dedi ki:

    Allah razi olsun gözel xeberdi

  2. Bordersoflove dedi ki:

    chox sagolun… Allah razi olsun

  3. important life dedi ki:

    Tewekkur. Tenhaliq insani öldurur

  4. nurlana77 dedi ki:

    “Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.”
    twk

  5. SEBERT dedi ki:

    ALLAH razi olsun dosi

  6. ELIK28 dedi ki:

    ALLAH HAMINIZDAN RAI OLSUN DOSILERIM!

  7. Yeni urek dedi ki:

    “Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.” (Rad Surəsi, 28)……………SUPERDİR ALLAH RAZİ OLSUN

  8. _Sadece_B.G_ dedi ki:

    aaaa menim de xowum gelir tek qalmaqdan bu haqda hec ewitmemiwdim twkrlerrrr

  9. Nezaretci dedi ki:

    tewekkur………………

  10. CooL_Man dedi ki:

    Allah razi olsun

  11. Ninaska dedi ki:

    Allah Razi Olsun ..

  12. Miss_KaPRizZ of_cAdI dedi ki:

    Allah razi olsun bilmirdim hec..

  13. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…

  14. DaRk_AnGeL dedi ki:

    Bezen mende de olur tek qalmaq ALLAH bizi weytandan qorusun Cox sagol xebere gore

  15. sabinocka dedi ki:

    Qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.

    duzdu..allah razi olsun..tewekkur

  16. Aelita dedi ki:

    qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır

    cooooox dogrudur. Allah hamini seytandan qorusun

  17. yAgmurlar dedi ki:

    Allah Razi olsun,,gozel xeberdi

  18. Not to love you dedi ki:

    Deyerli xeberdi Allah razi olsun

  19. Yasaksin_kalbime dedi ki:

    ALLAH razi olsun.