Əsl insan haqqında hekayə
O, qoca, ahıl, yeriyəndə əl-ayağı titrəyən, danışanda əziyyət çəkən qadındır.
İndi xəstəxanadadır Lu Hyaoin.
Onun yatdığı palataya insan axını səngimir.
Gələnlərin hamısı da: “Onun yanına gedirəm”, – deyir. Xəstəxana əməkdaşları da artıq “O”nun kim olduğunu soruşmurlar, çünki gələnlərin haraya getdiklərini bilirlər.
Lunun 34 övladı, 97 nəvəsi, 19 nəticəsi var.
Palatanın qapısı açılanda, övladları və nəvələri içəri girəndə Lunun gözləri gülür.
Nəticələrini ona yaxınlaşdıranda isə Lu kövrəlir.
“Dünyanın ən varlı, ən bəxtəvər, ən xoşbəxt insanıyam mən”, – deyir Lu.
Xəstəxanada olan Lunun dediyinə görə, 34 övlad böyütmək asan olmayıb onun üçün.
“Səma mənə rəhm etdi, övladlarımın hamısı ali savad aldı, oxudu. Məni də unutmurlar, sağ olsunlar”, – Lu titrək səslə söyləyir və yenə kövrəlir.
Milli.Az “Asia Times”a istinadən bildirir ki, Lu 34 övlad anasıdır. Lakin bu övladların sadəcə, 4-nün doğma anasıdır.
Həyatını zibil yığaraq təkrar emal məntəqələrinə təhvil verməklə keçirən Lu gənc yaşlarından məhəllədəkilərin “ən gözəl insan” dediyi qadın olub.
O, küçələrə atılmış, kimsəsiz, yiyəsiz uşaqları övladlığa götürüb, doğma balası kimi böyüdüb, qayğılarına qalıb, gecələr səhərədək yatmayıb.
88 yaşlı Lunun gözləri indi tor görür, əlləri titrəyir.
Amma çjenzyan vilayətindəki Szinhua şəhərində yaşayan və həyatı boyu başqalarına həyat vermiş Lunun yanında indi həmişə adam var.
Lunun əri Li Sin 17 il əvvəl dünyasını dəyişib. Lu və ərinin 4 övladı vardı.
“Günlərin birində küçədə atılmış uşağı gördüm. ürəyim sıxıldı, gözlərim doldu. Körpəni qucağıma alıb ağlaya-ağlaya evə gəldim. Li Sin həyətdə oturmuşdu, yığdığımız zibilləri çeşidləyirdi.
O, başını qaldırıb mənə baxdı. Heç nə demədi, gülümsədi. Sonra ayağa durub yaxınlaşdı, məni qucaqladı və qucağımdakı uşağın alnından öpüb dedi: “Heç nə demə, sus, Lu… Bilirəm, bu uşağı küçədən tapdın. Halından görünür. Övladımız ailəmizə xoş gəldi”. Özümü saxlaya bilməyib hönkürdüm. Li Sin məni bağrına basıb susurdu. Körpə də susmuşdu, sakitcə Li Sinə baxırdı”, – xəstəxana palatasında kəskin böyrək çatışmazlığı diaqnozu ilə müalicə olunan Lu ilk övladlığını xatırlayır.
Onun küçənin kənarındakı zibil qabında görüb qucağına aldığı və evə gətirdiyi çjao Sin indi atası Li Sinin soyadı ilə yaşayır. çjao Sin böyüdü, məktəbi əla qiymətlərlə başa vurdu, Pekinə yollanıb mühəndislik oxudu, sonra təhsilini ABŞ-da davam etdirdi.
çjao Sin indi Honkonqun ən zəngin iş adamlarından biridir və hər gün, bəli, məhz hər gün səhər saatlarında anasına zəng vurur və hər dəfə də söhbətinə “Səni sevirəm, ana!” sözləri ilə başlayır.
çjaodan sonra Lu və Linin ailəsində 29 uşaq oldu. Onların sonuncusu Lu 82 yaşında olanda ailəyə “təşrif” gətirmişdi.
Lunun dediyinə görə, Mini avtobus dayanacağında tapmışdı.
“Qoca idim və sabaha sağ çıxacağımı bilmirdim. Amma çılpaq, soyuqdan donmuş körpəni orada, avtobus dayanacağının yanındakı zibil yeşiyində qoyub gələ bilməzdim”, – Lu deyir və simasında xəfif razılıq hissi peyda olur.
Onun sözlərinə görə, indi ailəsi balaca, 7 yaşlı çjan Qilinin qayğısına qalır.
Lunun ilk övladlığı, 1972-ci ildə evə gətirdiyi çjao Sinlə bahəm, bütün övladları həyatda mövqe tutan, hörmətli insanlardır.
Onlar anaları ilə fəxr edir, mərhum ataları Li Sini də “dünyanın ən müdrik kişisi” sayırlar.
Lunun doğma qızı, 49 yaşlı çjan Saisin bacı və qardaşlarının “ağbirçəyi” sayılır.
“Onlardan çox razıyam. Hər sözümə qulaq asır, məsləhətlərimi dinləyirlər. Aralarında hansı peşə sahibi yoxdur ki?! Hərbi pilot, menecer, bankir, rəssam, direktor, jurnalist, neyrocərrah, idmançı…” – çjan Saisin söyləyir.
Lunun nəvələrindən biri indi London Olimpiadasında, çin yığmasının heyətindədir.
Bu böyük ailənin həyata yolu isə kiçik həyətdə, zibillərin çeşidlənib yığıldığı kisələrin toplandığı evdə başlanıb.
Şəhər küçələrində zibil yığan ata ilə ana və onların qəlbləri 34 övladın həyatda yer tutmaları, tanınmaları və özlərini tanıtmalarının təməli olub.
“Mekadakı dostlarım soruşanda ki, anam kimdir – deyirəm zibilyığan. Gülürlər, inanmırlar. Amma onlara anamla atamın şəkillərini göstərirəm. Mən atamla, anamla fəxr edirəm. çünki anamla atamın ürəkləri mənim tikdiyim evlərdən də böyükdür”, – “Myao Development” tikinti korporasiyasının prezidenti Hun Myao Sin deyir.
Yenilənib:
Lunun 34 övladı, 97 nəvəsi, 19 nəticəsi var.
vauuuuuuu
maraqli xeberdi,sagol etaga))
cox sagol maraqli xeberdi
etaga yeee ozdee
super cox sagol
Halaldi o qadina. Hec kes 30uwagi övladliga göturub zibil yigmaqla böyude bilmez
Cox sag ol maraqlidi
hallall olsun……….ne deyim..sozlerim tukenib…
tewekkur…….
<<<Çjao Sin indi Honkonqun ən zəngin iş adamlarından biridir və hər gün, bəli, məhz hər gün səhər saatlarında anasına zəng vurur və hər dəfə də söhbətinə "Səni sevirəm, ana!" sözləri ilə başlayır.>>>>HALALDI BELE ANAYA.ALLAH WEFA VERSIN ONA.
xəbərə görə çox sağ ol… maraqlıdır…
men bu qadinda insan sevgisine heyran qaldim halaldi
Nezaretci,
muellif ozu bawa duwecek
coxunu ewitmiwdim sagol etaga :\\
ela xeberdi chox sagol ..
uzundu sora oxuyaram
Etaga sao`Lun :/
tesekkur etaga)))))))))))))))))))))))