Kimlər aldandı?
Kimlər aldandı ?
Bu dünyada kimlər aldandı..?
– Cəhənnəmi hesaba qatmayan
dindar aldandı..!
( Zümər, 47 )
Söylə mənə kimlər aldandı..?
– Cənnətdəki yerini hazır bilən hər
kəs aldandı..!
( Nisa, 123 )
Söylə, başqa kimlər aldandı..?
– Ölüm yoxmuş kimi yaşayan dünyapərəst aldandı..!
( Nisa, 78 )
Daha kimlər aldandı..?
– Əməlinə güvənən abid (çox
ibadət edən) aldandı..!
Başqa kimlər aldandı..?
– Saleh əməl işləyirəm sanan
riyakar (ikiüzlü) aldandı..!
İzah et Hakim! Sonra kim aldandı..?
– Aləmə nəsihət verib özünü
unudan aldandı..!
( Bəqərə, 44 )
Başqa varmı..? Daha kim aldandı..?
– Rəbbini buraxıb, nəfsinə qulluq
edən aldandı..!
( Furqan, 43-44 )
Hələ bir izah et Sevimli Dost! Başqa
kimlər aldandı..?
– ALLAHın Rəhmətinə güvənib
özünü təhlükəyə salan fasiq
(günahkar) aldandı..!
( Əraf, 98 )
Hələ davam et, başqa kimlər
aldandı..?
– Getdiyi yolun əyriliyindən şübhə
etməyən qafil aldandı..!
( Kəhf, 104 )
De mənə! Daha kimlər aldandı..?
– Özünü xidmətdə bilib, ibadətə
tükünü belə tərpətməyənlər aldandı..!
( Nisa, 95 )
Söylə.. Söylə, ta ki hər kəs duysun
səni..! Hələ, hələ kimlər aldandı..?
– Namazı olmayan aldandı..!
( Müddəsir, 39-43 )
Kim özünü yandırdı, kimlər
aldandı..?
– “..Mən bundan sonra xilas ola
bilmərəm..” deyən me’yus
(ümidsiz) aldandı..!
( Zümər, 53-54 )
Ey Gözəl Xeyirxah! İzah et kim
aldandı..?
– “..ALLAH diləməsəydi günahkar
olmazdım..” deyən, qədəri yalan
sayan aldandı..!
( Zümər, 56-57 )
Ey Bəndə! De mənə daha kimlər
aldandı..?
– Kiçik günahlara göz yumanlar
aldandı..!
İzah et..! İzah et..! Daha kimlər
aldandı..?
– “..İbadət etməməyimə baxmayee,
ürəyim təmizdi..” deyən, saleh
əməlsiz aldandı..!
( Əsr, 1-3 )
Başqa kim..? Daha kim aldandı..?
– “..Quran oxumaq, Namaz qılmaq, Oruc tutmaq dövrü keçdi artıq, Bu
dövrdə hər şey puldur..!” deyən,
zəngin aldandı!
( Təkasur )
Hələ bəhs et..!!! Başqa kim aldandı?
– Yadlardan örtünməyən qadınlar
aldandı,
– Şəhvətinə uyan cahillər
aldandı,
– Faiz yeyən iblislər
aldandı,
– Vaxtını boş-boş keçirən qafillər
aldandı,
– Axirətini unudanlar aldandı, – “..Hələ gəncəm..” deyənlər
aldandı,
– Fani olduğunu unudanlar
aldandı,
– Başqalarının hicab geyinib günah
işlədiyini görən, özünün hicab
geyinməsədə xeyir üstə olduğunu sananlar
aldandı..!
– Başqasının namaz qılıb günah
işlədiyini görən, Özünün namaz
qılmasada xeyir üstə olduğunu sananlar
aldandı..!
– Axirətdə, hərənin özünə
cavabdeh olduğunu unudanlar
aldandı..!
– Zamanın durmadığını, unudanlar
aldandı..!
– Əcəlin vaxtsız gəldiyini unudanlar
aldandı..!
– Quranı bir kərədə olsun oxumayanlar
aldandı..!
– Haqqa göz yumanlar
aldandı..!
Daha Kimlər aldandı..?
– Bunu oxuyub, nəticə
çıxarmayanlar
aldandı..!
Yenilənib:
cox sagol
Aldana aldana gedirik.
Cox sag ol biz insanlar hemiwe aldaniriq
İzah et..! İzah et..! Daha kimlər
aldandı..?
– "..İbadət etməməyimə baxmayee,
ürəyim təmizdi..” deyən, saleh
əməlsiz aldandı..!
aldaniriq bunlari etmekle..allah caninisag elesin tewekkur…
Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…
ALLAH Razi olsun !…
Söylə.. Söylə, ta ki hər kəs duysun
səni..! Hələ, hələ kimlər aldandı..?
– Namazı olmayan aldandı..!
( Müddəsir, 39-43 )……………..ALLAH RAZI OLSUN DOSTUM.SUPERDIR
Başqalarının hicab geyinib günah
işlədiyini görən, özünün hicab
geyinməsədə xeyir üstə olduğunu sananlar
aldandı..!
bu mene catmadi ozunnen yazmisan? nece yeni hicablilar istediyi gunahi eliye bilerler biz de yaxsi ola-ola aldaniriq? ne bilim duz cixmir axi
cox sag olun
_Sadece_B.G_,
ozumnen yazmamiwam,,hicablilarin gunah elediyini sananlar ozunun ise xeyir uster oldugunu sananlar,,,bildin??
super super super
tshk
DaRk_AnGeL,
Inwallah
reylere gore her birinize tewekkur edirem dosiler..
Söylə mənə kimlər aldandı..?
– Cənnətdəki yerini hazır bilən hər
kəs aldandı..!
( Nisa, 123 )
LadyGirl,
sagol can