Göz yaşımız niyə qurudu?
Uca ALLAH Qurani Kərimdə “Qullarım az gülüb, çox ağlasın” deyə xəbər verdiyi halda göz yaşımız niyə qurudu. Ağlamağı nə üçün unutduq?
Peyğəmbər tərbiyəsiylə yetişən səhabələr çox duyğulu insanlarıydı.
Bir gün Peyğəmbərimiz (s.ə.s) səhablərini yanına çağırıb, cənnət və cəhənnəmi gördüyünü onlara danışdıqdan sonra “Mənim bildiyimi siz bilsəydiniz, az gülər çox ağlayardınız!” deyə buyurmuşdu. Bu duyğulu insanlar bu sözü eşitdikdən sonra başlarını aşağı salıb hönkürə-hönkürə ağlamışdılar. Onsuzda Peyğəmbərimiz (s.ə.s) danışanda onların qəlbləri titrəyər, gözləri yaşla dolardı.
Axirətin iki həqiqəti cənnət və cəhənnəm… Bəli cənnət kimi cəhənnəmdə həqiqətdir. Cəhənnəmə getməyəcəyimizə dair əlimizdə heç bir sənədimiz yoxdur. Ancaq “ALLAH qorxusuyla ağlayan gözü cəhənnəmin yandırmayacağına” dair Həzrəti Peyğəmbərin (s.ə.s) müjdəsi vardır.
Cəhənnəmi təsvir edən ayətləri eşitdiyimizdə düşünüb göz yaşı tökməliyik. Bizi onun şərrindən qoruması üçün Uca Rəbbimizə yalvarıb- yaxarmalıyıq.
Bir gün “Gülürsünüz, heç ağlamırsınız” ayəsi nazil olduğu zaman bütün səhabələr ağlamağa başladılar. Peyğəmbərimiz (s.ə.s) onların hönkürərək ağladıqlarını eşitdiyində yanlarına gəldi. Nə üçün ağladıqlarını öyrəndikdə o da ağlamağa başladı… ALLAH Rəsulunun göz yaşlarını görən səhabələr, ona baxaraq yenidən ağlamağa başladılar… Daha sonra Peyğəmbərimiz (s.ə.s) bu duyğulu insanları bu sözləriylə təsəlli etdi.
“ALLAH qorxusuyla ağlayan kimsə cəhənnəmə girməz… İsrarla günah işləyən kimsədə cənnətə girməz..”
Qurani Kərimi düşünərək oxumalıyıq. Bir gün Peyğəmbərimiz (səs), gözəl və yanıqlı səsi olan Abdullah İbni Məsuda xitabən: “Mənə bir az Qur’an oxu!” deyə buyurmuşdu. Abdullah bu təklifə çox təəccüblənərək. “Ey ALLAHın Rəsulu!.. Qur’ani Kərim sənə nazil olduğu halda onu sənə mənmi oxuyum? deyə heyrətlə soruşdu. Sevgili Peyğəmbərimiz (s.ə.s), ALLAHın kəlamını bir başqasının ağzından dinləməyi çox sevdiyini söylədikdə oxumağa başladı. Abdullah başını qaldırıb Peyğəmbərimizə (s.ə.s) baxdıqda, mübarək yanaqlarından iri damcıların süzüldüyünü gördü.

Nə xoşbəxtdir ALLAH qorxusundan ağlayan göz..
Yenilənib:
ALLAH Gunahlarimizi bagiülasin,Amin.Gozel xeberdir,twk
“ALLAH qorxusuyla ağlayan kimsə cəhənnəmə girməz… İsrarla günah işləyən kimsədə cənnətə girməz..”
Oxudum..cox maraqlidir…Elin qolun var olsun..tewekkur……dogurdanda dunya deyiwib….ehh ehhhh bu dunya…..
Super! Ela xeberdi cox sag ol!
beyendiyinize sevindim… dordan da gozel xeberdi
Supeeeeer Allah razi olsun Allah her kesin gunahlarini bagiwlasin
Nə xoşbəxtdir ALLAH qorxusundan ağlayan göz..
oxudum cox gozel xeberdi,,Allah razi olsun
heqiqeten de Allah qorxusuyla aglamaq yeqin bawqa wey olar.TWKRlerrr deyerli xeberdi
sag ol Gozel xeberdi
Ilahi menden sonra gelen ve sozlerimi neql eden, sunnetlerimi xalqa catdiran, insanlara oyreden, onlari yada salan xeleflerime sen rehmet et.
MEHEMMED PEYGEMBER (S.E.S)
Deyerli yazidir.
ALLAH Razi olsun !…
ALLAH BUTUN GUNAHLARIMIZI BAGISLASIN AMIN
COX GOZEL XEBER IDI TWK
Allah Razi olsun