Qayıdarsan

Belə dönmə, ismi dönük deyilsən;
Gileyin var: yağdırıb get, yağıb get.
Qayıdarsan: yol göyərər, yol donar,
Keçdiyimiz yola bir də baxıb get!

İnnən belə dəmin dəmdə, qəmin kəm…
İnnən belə toy-büsatlar səninki.
Göz yaşların gərək olmaz yəqin ki…
Gözlərini gözlərimə sıxıb get.

Aldatmaq da aldanılmaq deyilmi?
Zəhər satmaq zəhər almaq deyilmi?
Yaxşı quyu tərs badalaq deyilmi? –
Elə birdi: yıxılıb get, yıxıb get…

Tufan dəli, il tağında gül zərif,
Tez töküldü ömrümüzün gün zəri.
Barı ayır yadda qalan günləri,
Yaddaşının bir ucuna yığıb get.

Qopdu bir səs, qopdu bir tağ qalamdan,
Göyərçinlər perikdi dağ qalamdan,
Eşqim qalan bu üçbucaq qalamdan
Əlində cam, dilində şam çıxıb get…

Prencess

Şərhlər:

  1. Mi Lady dedi ki:

    Tufan dəli, il tağında gül zərif,
    Tez töküldü ömrümüzün gün zəri.
    Barı ayır yadda qalan günləri,
    Yaddaşının bir ucuna yığıb get.[b]GET GET GET

  2. _Sadece_B.G_ dedi ki:

    Prencess,

    ozun yazmamisansa da eziyyetine deyer weirdi

  3. Nezaretci dedi ki:

    yaxwidi tewekkur

  4. Ninaska dedi ki:

    yaxshi idi tshkk

  5. _Sia_ dedi ki:

    Derin menali sozlerdir.

    Gozel nitqiniz ve dusunceniz var.

    Derin menali sozlerdir.

    Gozel nitqiniz ve dusunceniz var.

  6. nurlana77 dedi ki:
    Aldatmaq da aldanılmaq deyilmi?
    Zəhər satmaq zəhər almaq deyilmi?
    Yaxşı quyu tərs badalaq deyilmi? –
    Elə birdi: yıxılıb get, yıxıb get…


    Cox sagol qewengdi

  7. Prencess dedi ki:

    _Sadece_B.G_, ozum yazmamisam

  8. DaRk_AnGeL dedi ki:
    Cox sagol qeweng weirdi
  9. _Sadece_B.G_ dedi ki:

    Aldatmaq da aldanılmaq deyilmi?
    Zəhər satmaq zəhər almaq deyilmi?

    cox beyendim twkrler ozun yazmisan?

  10. Not to love you dedi ki:

    Eladi cox sag ol canim

  11. Prencess dedi ki:

    lap yaxsi askim

  12. Aelita dedi ki:

    Keçdiyimiz yola bir də baxıb get!
    Gözlərini gözlərimə sıxıb get.
    Elə birdi: yıxılıb get, yıxıb get…
    Yaddaşının bir ucuna yığıb get.
    Əlində cam, dilində şam çıxıb get…

    en cox bunlari beyendim twk

  13. Prencess dedi ki:

    beyendiyinize sevindim :))

  14. yAgmurlar dedi ki:

    Aldatmaq da aldanılmaq deyilmi?
    Zəhər satmaq zəhər almaq deyilmi?
    Yaxşı quyu tərs badalaq deyilmi? –
    Elə birdi: yıxılıb get, yıxıb get…

  15. CooL_Man dedi ki:

    SUPER! Teshekkurler!

  16. sabinocka dedi ki:

    ♥• Tufan dəli, il tağında gül zərif,
    Tez töküldü ömrümüzün gün zəri.
    Barı ayır yadda qalan günləri,
    Yaddaşının bir ucuna yığıb get.
    ♥•


    tewekkur,,,,,,,
    ♥•

  17. Prencess dedi ki:

    twk _Sadece_B.G_