İslamda Qadın mövqeyi (4-cü hissə)

Ailəni ədalətlə idarə etmək: Kişi öhdəsinə götürdüyü böyük məsuliyyətin bir qarşılığı olaraq ailə rəsiliyi məqamına sahibdir. çünki o, fiziki cəhətdən daha qüvvətlidir və ailəni idarə etmək üçün daha güclüdür. Qadın eynilə gül kimidir: gül yandırıcı günəşə, küləyəvə qasırğaya dözə bilmədiyi kimi, qadın da ağır və usandırıcı məsuliyyətlərə dözə bilməz.

Bu bir həqiqətdir ki, dövlətlərdə, millətlərdə, iş yerlərində, ailələrdə əmin-amanlığın, sakitçiliyin olması üçün son sözü bir nəfərin söyləməsi lazımdır. Hər ağızdan bir səs çıxanda əmin-amanlıq, sakitçilik olmaz. Allahu Təala (c.c.): “Kişilər qadınların üzərinə hakimdirlər, qadınların idarəçisi və qoruyucusudurlar. O səbəblə ki, Allah (c.c.) onlardan kimisini bəzi xüsuslarda kimisindən üstün qılmışdır. Bir də kişilər öz mallarından xərcləməklə infaq etməkdədirlər.” (Nisa surəsi: 34-cü ayə)

“Qadınların da vəzifələrinə uyğun bəlli haqları vardır. Ancaq kişilər qadınlara nisbətən ailə rəsiliyindən ibarət olan bir dərəcə üstünlüyə sahibdirlər. Allah Əzizdir, Hakimdir.” (Bəqərə surəsi: 228-ci ayə)

Xanımı ilə gözəl rəftar etmək, onu himayə etmək və onunla qaynaşmaq. Kişi qadına son dərəcə şəfqətli və yaxşı münasibət göstərərək ailənin sakitçiliyini və rahatlığını təmin etməlidir. Evə gəldikdə gülər üzlə salam verib şirin dillə hal-əhval tutmalıdır. Cənabı Haqq belə buyurur:

“Onlarla, yəni xanımlarınızla yaxşı yola gedin. Onlardan xoşlanmadınızsa, ola bilər ki bir şey xoşunuza gəlməz, amma Allahu Təala ondan bir çox xeyir təqdir edər.” (Nisa surəsi: 19-cu ayə)

Əbu Hüreyrə (r.a.)-dən rəvayətə görə, Hz Peyğəmbər (s.a.v.) Əfəndimiz:

“Möminlərin iman baxımından ən mükəmməli, əxlaqı ən gözəl olanıdır və sizin ən xeyirliniz də xanımlarına qarşı əxlaq baxımından xeyirli olanınızdır.” Tirmizi, Rada: 11, No: 1162, 3/457; Əbu Davud, Sünət: 16, No: 4682- buyurdu.

Hz Əli (r.a.)-dən rəvayətə görə Hz Peyğəmbər (s.a.v.) Əfəndimiz:

“Sizin ən xeyirliniz xanımına qarşı ən xeyirli olanınızdır. Mən də xanımıma qarşı sizin ən xeyirli olanınızam. Qadınlara ancaq kərim olanlar ikram, pis olanlar da xəyanət edər.” Aclüni, Kəşful Hafa: No: 1234; 1/386 – buyurdu.

Əbu Hüreyrə (r.a.)-dan rəvayətə görə Rəsulullah (s.a.v.) Əfəndimiz belə buyurdu:

“Bir mömin kişi bir mömin qadına nifrət etməsin! çünki onun bir xasiyyətini bəyənməsə, bir başqa xasiyyətini bəyənər.” Müslim, Rada: 61, No: 1469

Bəzi yerlərdə kişinin qadınında qarşı nəzakətli davranışı zəiflik, qadına tabeçilik olaraq dəyərləndirildiyi üçün yaxşı davranışlar həmişə qadınlardan gözlənmiş; sərtlik, kobudluq və özbaşına buyuruq olma kişilərin təbii haqqı kimi sayılmışdır. Halbuki İslamiyyət kişilərin qadınlarına qarşı anlayışlı, nəvazişli olmalarını, kobud və sərt davranışdan qaçmağını istəmişdir!

Həmçinin Allahu Təala Qurani Kərimdə də: “Kişilərin qadınlar üzərində haqları olduğu kimi, qadınların da kişilər üzərində haqları vardır” buyurmuşdur.Rəsulullah (s.a.v.) kişiləri, qadınların haqq və hüquqlarını gözləməyə dəvət etmiş və bu mövzuda: “Qadınların haqlarını yerinə yetirməkdə Allahdan qorxun! çünki siz onları Allahın bir əmanəti olaraq aldınız.” deyə buyurmuşdur.Başqa hədisi şəriflərində də: “Sizin ən xeyirliniz, əhlinə (qadınına və övladlarına) ən xeyirli olanınızdır. Məndə əhlinə qarşı ən xeyirli olanınızam” deyə buyurur.

Peyğəmbərimiz (s.a.v.), kişilərə, qadınlara qarşı daim yaxşı davranmaqlarını tövsiyə edərək: “Möminlərin iman baxımından ən yetkini və ən xeyirlisi, xanımına qarşı ən xeyirli olanıdır.” buyurmuşdur. Vida Həccindəki məşhur xütbəsində Peyğəmbərimiz (s.a.v.): “Ey insanlar! Qadınlar haqqında Allahdan qorxun! Sizin qadınlarınız üzrərində haqqınız vardır.” Burumuşdur.Bu mövzuda bir çox hədislərdə bu günümüzə qədər gəlmişdir: “Xanımlarınızı incitməyin. Onlar, Allahu Təalanın sizə əmanətidir. Onlara qarşı yumuşaq olun, yaxşılıq edin!” [Müslim], “Xanımının pis xasiyyətinə qatlaşan kişi, bəlalara səbr edən Hz. Əyyub kimi mükafata qovuşar. Ərinin pis xasiyyətinə səbr edən qadın da Hz. Asiyə kimi savaba qovuşar” [İmam Qəzəli], “Xanımı ilə yaxşı keçinib zarafatlaşanı Allahu Təala sevər, ruzilərini artırar.”, “Ən üstün mömin, xanımına, ən yaxşı, ən lütfkar davranan gözəl əxlaqlı müsəlmandır.” [Tirmizi],
“Ən yaxşı müsəlman, xanımına ən yaxşı davranandır”. “İçinizdə xanımına ən yaxşı davranınız mənəm.” [Nəsai],”Xanımına gülər üzlə baxan kişinin dəftərinə, bir kölə azad etmiş savabı yazılar.”
“Qadınlara ancaq alicənab və şərəf sahibi kişi dəyər verər. Onları ancaq pis və alçaq kişi xor görər.” ,“ Qızlarınızı qızıl və gümüş ilə bəzəyin! Libasları gözəl olsun. Etibar qazanmaqları üçün ən gözəl hədiyyələrlə ehsan edin! [Hakim], “ Kim qız uşağını gözəl tərbiyə edib, Allahu Təalanın verdiyi nemətlərlə bolluq içində yedirər, geydirərsə, o qız uşağı onun üçün bərəkət olar, Cəhənnəmdən qurtulub asanlıqla Cənnətə girməyinə bir fürsət olar.” [Təbərani], “İki qız övladıyla gözəl rəftar edən mütləq cənnətə girər.” [İbn Macə],
,“üç qızına, ehtiyacdan qurtulana qədər yaxşı baxan, yedirib, içirdən Cənnəti qazanar.” [Əbu Davud], “üç qız və ya bacısına baxanı, sıxıntılarına qatlananı Allahu Təala Cənnətdə qılar.”
Başqa bir hədisdə: “ Onlara yediyinizdən yedirin, geyindiyinizdən geyindirin, onları döyməyin, onlara çirkin deməyin, pis söz söyləməyin!” buyurulmuşdur.Qadınlarla yaxşı davranmaq Qurani Kərimin əmridir: “Qadınlarınızla yaxşı keçinin; əgər onlardan xoşunuz gəlməsə belə!..Ola bilər ki, bir şey sizin xoşunuza gəlməz, Allah ondan bir çox xeyir təqdir etmiş olar.”
Hz. Peyğəmbərimiz (s.a.v.): “Qadınlar haqqında biri-birinizə xeyir tövsiyə edin!” buyurmuşdur.Qadınlar qarşı daim xoş olmaq gərəkdir. Həmçinin bir hədisdə: “ Mömin bir kişi, mömin qadına qəzəblənməsin! Əgər onun bir xasiyyətindən xoşu gəlməsə, başqa bir xasiyyətindən məmnun ola bilər.” buyurulur.Bir insanın hər işi və hər xasiyyəti xoşa gəlməyə bilər. Fəqət yaxşı niyyətli insan, öz xanımında xoşa gələcək xasiyyətlər tapa bilər.Onunla özünü məmnun və məsud edə bilər. Bunun üçün eyib axtarmaq yox, gözəllik axtarmağa tələsmək vacibdir. Mərifət iltifata tabedir.İltifatsız mərifət isə zaydır.
. İslamiyyətin ilk şəhidi qadındır. İlk müsəlman qadındır.O zaman xristianlar bir qadın İncilə toxuna bilməzmi məsələsini müzakirə edirdilər. Qurani Kərimdə Nisa (Qadınlar), Mühtəhinə (imtahan edilən qadın), Mücadələ (mücadələ edən qadın), Məryəm (Hz. İsanın anası )… kimi surə adları vardır.

_Sia_

Şərhlər:

  1. Yasaksin_kalbime dedi ki:

    ALLAH razi olsun.

  2. _Sia_ dedi ki:

    Peyğəmbərimiz (s.a.v.), kişilərə, qadınlara qarşı daim yaxşı davranmaqlarını tövsiyə edərək: “Möminlərin iman baxımından ən yetkini və ən xeyirlisi, xanımına qarşı ən xeyirli olanıdır.” buyurmuşdur.

  3. Bordersoflove dedi ki:

    Allah razi olsun….

  4. important life dedi ki:

    Allah razi olsun.tewekkur

  5. yAgmurlar dedi ki:

    Allah razi olsun

  6. Aelita dedi ki:

    Gorun qadinlar nece qiymetlidirler ki onlar haqqinda yazmaqla qurtarmir

  7. CooL_Man dedi ki:

    Allah razi olsun!

  8. UNDERCOVER dedi ki:

    4ox saol Allah razi olsun

  9. Ninaska dedi ki:

    Allah Razi Olsun

  10. Nezaretci dedi ki:

    tewekkur Allah Razi olsun

  11. sabinocka dedi ki:

    allah razi lsun..tewekkur

  12. _Sadece_B.G_ dedi ki:

    twkrlerrr deyerli yazidir hem de ramazanda…….

  13. _Sia_ dedi ki:

    Coxsagolun dostlar, xeberlerimi deyerlendirmeyinize gore sizlere, haminiza tesekkurlerimi bildirirem…

    Sizleri her zaman bele deyerli yazilarla sevindireceyem…..

    Reylerinize ve beyendiyinize gore sizlerin haminiza tesekkurlerimi bildirirem…

  14. DaRk_AnGeL dedi ki:

    Cox sagol xebere gore axra kimi oxudum ALLAH RAZI OLSUN senden

  15. _Sia_ dedi ki:

    “Qadınların da vəzifələrinə uyğun bəlli haqları vardır. Ancaq kişilər qadınlara nisbətən ailə rəsiliyindən ibarət olan bir dərəcə üstünlüyə sahibdirlər. Allah Əzizdir, Hakimdir.” (Bəqərə surəsi: 228-ci ayə)

    Reylerinize ve beyendiyinize gore sizlerin haminiza tesekkurlerimi bildirirem…