Ramazana aid deyilmiş gözəl sözlər

*Ramazanda on gün itikaf etmək (son 10 günü ibadətlə məşğul olmaq), iki həcc və iki ümrə kimidir.(Hz Hüseyn)

*Bir qadın Rəsulullah (s.ə.v)-a gələrək: Mən həcc etmək üçün hazırlıq etmişdim mənə (bi mane) ərz oldu nə edim?Əfəndimiz:Ramazanda ümrə et, çünki o ayda ümrə eynilə həcc kimidir” buyurdu (Əbu Davud, Həcc 79, Tirmizi, Həcc 95)

*Ramazanda orucunu tutub da Şəvvaldanda altı gün tutan kimsə bütün il oruc tutmuş kimidir.(R Salihin, 1259)

*Ramazan ayı girdiyi zaman cənnətin qapıları açılar,cəhənnəmin qapıları bağlanar və şeytanlar da zəncirə vurular.

*Cənnətdəki gözəl köşklər, sözü xoş, salamı çox, yemək yedirən, oruca davam edən və gecə namazı qılan kəslərə verilər.(İbni Nəsr)

*Allah yolunda bir gün oruc tutanın üzünü, Allahu təala yetmiş il atəşdən uzaqlaşdırar.(Müslim)

*Oruc tutan, namaz qılan kimsə,mükafatını qiyamətdə ağlı qədər alar.(Hatib)

*Beş vaxt namaz, bir cümə namazı digər cümə namazına, bir Ramazan digər Ramazana həmişə kəffarədir.Böyük günah edilmədikcə aralarındakı günahları bağışladarlar.
(Müslim, Təharət 14, (223); Tirmizi, Salat 160, (214)

*Təmizlik imanın yarısı, oruc da səbrin yarısıdır.(Müslim)

*Cənnətdə Rəyyan deyilən bir qapı vardır.Oradan yalnız oruclular girər oruclular girdiyində artıq bağlanar, kimsə ordan girə bilməz.”(Tirmizi”nin rəvayətində bu çox var: “Ora daxil olan şəxs əbədi olaraq susamaz (Tirmizi, Savm 5)

*Kim Allah Təala yolunda bir gün oruc tutsa, Allah onunla atəş arasına, eni səma ilə ərz arasını tutan bir xəndək edər.(Tirmizi, Cihad 3, (1624)

*Bir kimsə həcc və ümrə etsə də eyni il içində ölsə cənnətə girər.Kim Ramazan orucunu tutsa sonra ölsə cənnətə girər(Ravi: Hz Əbu Səid)

*Ard arda üç gün oruc tuta bilənin, Ramazan orucunu tutması lazımdır.(Əbu Nuaym)

*Allahu təalanın, gözlərin görmədiyi, qulaqların eşitmədiyi və heç kimin xəyalına belə gəlməyən nemət dolu süfrəsinə, ancaq oruclular oturar.(Təbərani)

DaRk_AnGeL

Şərhlər:

  1. CooL_Man dedi ki:

    Allah razi olsun!

  2. _Sia_ dedi ki:

    ALLAH Haminin Ramazan ayinda oruc ve dualarini Qebul Etsin !…

    Nurlu kelmelerdir.

    ALLAH Razi olsun !…

  3. Slatkaya dedi ki:

    Allah razi olsun

  4. UNDERCOVER dedi ki:

    Allah razi olsun.4ox saol

  5. Aelita dedi ki:

    Ard arda üç gün oruc tuta bilənin, Ramazan orucunu tutması lazımdır.(Əbu Nuaym)

  6. _Sadece_B.G_ dedi ki:

    Təmizlik imanın yarısı, oruc da səbrin yarısıdır.(Müslim)

    twkrlerr hami maraqli idi.Allah razi olsun

  7. Not to love you dedi ki:

    Allah razi olsun

  8. gizem dedi ki:

    ALLAH RAZI OLSUN

  9. DaRk_AnGeL dedi ki:

    ALLAH her birimizi bu gozel ayda bagiwlasin ve inwaALLAH RAMAZAN ayi qurtaranda hamimiz gunahlardan temizlenmiw olariq…..AMIN

  10. sabinocka dedi ki:

    allah razi olsun..Gozel kelamlardir..tewekur