Bu vitaminlər qocalmağa qoymur

İnsan orqanizminin immuniteti, gəncliyi və gözəlliyi üçün vitamin və minerallar vacibliyi haqqında çoxlu məlumat var. Ancaq bunlar arasında 10-u var ki, gənc qalmaq üçün daha önəmlidir
Amerikalı və rusiyalı mütəxəssislərin hazırladığı sağlamlıq üçün faydalı olan vitaminlər qrupunu oxuculara təqdim edirik.

1.Beta karotin – antioksidantdır. Orqanizmdə A vitamininə çevrilir. Görmə qabiliyyəti, immun sistemi, eləcə də dərinin elastikliyi üçün vacibdir. Həmçinin beta karotinin xərçəngin müxtəlif formalarının da qarşısını ala bilir. O daha çox kartof, yerkökü, təzə ərik, yaşıl bibərdə var.

2. Kalsium – sümükləri, dişləri möhkəmləndirir. Osteoporoz (insan skletinin funksiyasının pozulması-red.) xəstəliyinin qarşısını alır. Ən yaxşı mənbəyi – süd, kəsmik, pendir, ümumiyyətlə süd məhsulları.

3. Fol turşusu – qadınlara hamiləliyi daha yaxşı keçirməyə kömək edir. Bu həm də dölün normal inkişafı üçün vacibdir. 45 yaşdan sonra ürək-damar sistemi və əsəb xəstəliklərindən qoruyur. Tünd yaşıl tərəvəzlərdə, sitrus meyvələrinin tərkibində boldur.

4. Dəmir – anemiyadan qoruyur, gümrahlıq verir, yorğunlulqa mübarizəyə kömək edir. Daha çox mal-qara ciyərində, ürəkdə, yaşıl almada olur.

5. Kalium – ürəyin normal fəaliyyəti, normal təzyiq üçün faydalıdır. Duzun neqativ təsirini neytrallaşdırır. Ərik qurusu, üzüm, pomidor, tomat şirəsi, bananda bol kalium var.

6. Vitamin B15 – güclü antikoksidantdır və orqanizmi toksinlərdən təmizləyicidir. Fiziki fəallığı artırır, maddələr mübadiləsini yaxşılaşdırır. O, həmçinin orqanizmdəki hüceyrələrin yenilənməsi prosesini sürətləndirir və onların bədxassəli kütlələrə çevrilməsinə mane olur.

7. Vitamin C – Onu həyatımızdakı 1 nömrəli vitamin adlandırmaq olar. O orqanizmin bütün funksiyaları üçün labüddür, maddələr mübadiləsini yaxşılaşdırmaqdan mövsümü infeksialara kimi. Bu vitamin daha çox kələm, sitruslar, çaytikanı, bibər, qara və qırmızı quşüzümü.

8. Vitamin D – bu kalsium ilə birlikdə sümüklərimizi və dişlərimizi, eləcədə 2-ci tip diabetdən qoruyur. Əsasən günəş şüasının təsiri ilə yaranır. Ancaq qidalarında tərkibində – əsasən dəniz məhsulları, balıq yağı, ciyərdə var.

9. Vitamin E – piy və yağlarda var. Qan damarlarının divarlarını möhkəmləndirir və yaşlanma prosesini yavaşladır.

10. Vitamin B10 – Bizi ozonun, ultrabənövşəyi şüaların ziyalı təsirindən qoruyur. Bizim orqanizmizə xarici mühitin neqativ təsirindən müdafiə olunmağa kömək edir.

DaRk_AnGeL

Şərhlər:

  1. Ninaska dedi ki:

    LadyGirl,
    duz dirsen..
    xeberchun tshkkk

  2. CooL_Man dedi ki:

    maraqlidir cox sag ol

  3. Yeni urek dedi ki:

    xebere gore tewekkurler Allah razi olsun

  4. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    Bele maraqli xeberi yerlesdirmekle gozel dusunmusunuz.

    Xebere gore tesekkurler.

  5. Aelita dedi ki:

    Kimdi ozune fikir veren. Xebere gore thanks

  6. important life dedi ki:

    Tewekkur xebere göre. Bunlari bilirdim

  7. sabinocka dedi ki:

    xeber ucun tewekkur
    melumatim var idi

  8. SADE_VIP dedi ki:

    eshi yani ki ne verirler goturun yeyin az da olsa bedene xeyiri var amma istisna da olmaqla tebii ki

  9. SEBERT dedi ki:

    tesekkurler dogrudu

  10. _Sadece_B.G_ dedi ki:

    twkrlerr men bunlari bilirdim biologiyadan gucluyem :))))))

  11. DaRk_AnGeL dedi ki:

    Tewekkurler reylerinize gore bilmeyenlerde oyrendi…..

  12. UNDERCOVER dedi ki:

    4ox saol maragliydi.neneme deyerem))