Həyat – getdiyin dolambaclı bir yolmuş məgər

Həyat – getdiyin dolambaclı bir yolmuş məgər…

Səndən soruşulmadan bəxş edilən ən böyük hədiyyə…

Halbuki əlindən gələnin ən yaxşısını etsəndə də az olar bəzən.

Həyatdan gözlədiklərinin tarazlığını tapmaq üçün isə çox səy lazım olar…

Bəzi xəyal qırıqlıqları illər sonra belə xatırlanar..

Bəzi sızılar da qalar incidən. Xatırladığında içini titrədən.

“Kaş ki”lər də varmış, “yaxşı ki”lər də. Təcrübə deyilən şey fərdiymiş; eşitdiklərin öyrənməyə kifayət etməz…

Xatirələrdən ibarət olar sonra…

Bəzi gülümsəmələr səhifə aralarında qalar, bəzi incikliklərsə ürəkdə… Dərinlərdə…

İtirdiklərin olar yeri heç dolmayacaq boşluqlar buraxan. Məsələn hər vaxt gülər üzüylə xatırladığın atan çıxar qarşına… Birdən… Köhnə tozlu fotoşəkil albomlarında barmaqlarını gəzdirərsən bir daha heç görə bilməyəcəyin albom yarpaqlarının arasındakı üzündə.

Keçmişinlə üzləşib səhvlərindən dərs çıxararsan, bir daha eyni səhvləri təkrarlamayacağını bilərək, özündən daha əmin, möhkəm basarkən yerə.

Bəzən… İçin cız edər keçmiş günləri düşündüyündə. Bəzən də gülümsəmələr yayılar üzünə, durduq yerə xatırladığın gülməli anlar ürəyini yumşaldar.

Boşa keçirdiyin zamanlara kədərlənərsən sonra. Hər saniyənin qiymətini daha da bilərək.

Yeni sözlər verərsən hər yeni günlə…

Sonra… Sonra… Verdiyin sözləri pozarsan, hər yeni günlə… Bir tərəfin “İnsanam mən,” deyə özünü ovudarkən digər tərəfin zəif hesab edər səni…
Özünü belə tam tanımadığının fərqinə vararsan bunları düşünüb aynada öz gözlərinin içinə baxarkən.

Başqa başqa qorxular sarar ətrafını zamanla. Qorxmadıqlarından qorxmağın lazım olduğunu öyrədər həyat sənə. Ən güvəndiyin budaq əlində qırılar bəzən. Ya da ümid etmədiyin yerdən bir kömək əli uzanar nağıllardakı kimi.

Ən yaxınındakı incidər səni bir sözüylə, mimikasıyla..

Layiq olmadığın davranışlar görərsən ətrafdan. Haqqında danışılanlara şahid olarsan bəzən, anidən.

Özünü izah etmək məcburiyyətində qalmağın qüruruna toxunar bəzən. Məni bilən bilər deyərsən amma, bilməzlər sən demə. Bunu da öyrənərsən.

Hər kəsi olduğu kimi qəbul etməkdən bəhs edənlər olar,həm də səni ən çox rədd edən, olduğun kimi qəbul etməyənlər..

İzdihamlar içində tənha hiss etdiyin zamanlar olar. Bütün enerjinin torpağa çəkildiyini hiss etdiyində hara qaçacağını çaşdığın anlar… Halbuki qaçıb gedə bilməzsən bəzən. Zərurətlər bağlayar ayaqlarını. “Bu da mənim üçün,” “Bununla da üzləşməliyəm” deyərsən..

Və birdən ani yaşamanın lazım olduğunun fərqinə vararsan keçmişin təsirindən, gələcək qayğısından sıyrılmağa çalışaraq. Kiçik körpələrindən öyrənərsən bunu… Bir az əvvəl ağlayan körpənin səni gördüyündə işıqlanan üzünün fərqinə vardığında… Qoxusunu doya doya içinə çəkdiyində:
“Bəlkə də həyatın mənası budur” deyərsən…

Ninaska

Şərhlər:

  1. _Sia_ dedi ki:

    Derin menali sozlerdir.

    Gozel nitqiniz ve dusunceniz var.

  2. CooL_Man dedi ki:

    xebere gore teshekkurler! eladir!

  3. yAgmurlar dedi ki:

    cox gozel yazidi ellerine sagliq

  4. Ninaska dedi ki:

    LadyGirl,
    _Sia_,
    CooL_Man,
    yAgmurlar,
    dmz beyendivize sevindim bayaca

  5. Aelita dedi ki:

    Heyat…. nemme heyatdi da

  6. important life dedi ki:

    Tewekkurler. Cox gözel xeberdi

  7. Bordersoflove dedi ki:

    Mence Heyat bir tamashadi, rejissor Allah, aktyorlar ise biz insanlariq…yaxshi chalishsaq bash rol alariq……………………………..

    teshekkurler yaziya gore….

  8. sabinocka dedi ki:

    İtirdiklərin olar yeri heç dolmayacaq boşluqlar buraxan. Məsələn hər vaxt gülər üzüylə xatırladığın atan çıxar qarşına… Birdən… Köhnə tozlu fotoşəkil albomlarında barmaqlarını gəzdirərsən bir daha heç görə bilməyəcəyin albom yarpaqlarının arasındakı üzündə.


    tewekkur…..Cox gozeldir……..

  9. _Sadece_B.G_ dedi ki:

    Hər kəsi olduğu kimi qəbul etməkdən bəhs edənlər olar,həm də səni ən çox rədd edən, olduğun kimi qəbul etməyənlər..

    qalanlari da dogrudur twklerrr

  10. DaRk_AnGeL dedi ki:
    Cox sagol xebere gore
  11. SEBERT dedi ki:

    gozel yazidi twk