Yatmağın 12 sirri

Edilən araşdırmalara görə yaz aylarında yuxu müddəti iki saat qısalır. İsti gecələrdə yata bilməyənlər üçün tövsiyələr…

1. YUXU SAATLARINA VƏ MüDDƏTİNƏ DİQQƏT YETİRİN: Bioritminizə uyğun saatlarda yatıb qalxmağınız, keyfiyyətli bir yuxunun ilk şərtidir. Bu səbəblə yuxunuz gəəndə yatmağa və oyanmaq lazım olan saatda da qalxmağa diqqət edin.

2. OTAQ İSTİLİYİNİZİ NİZAMLAYIN: Keyfiyyətli bir yuxu üçün otaq 18 – 22 dərəcə arasında olmalıdır. çox səs-küy salmayan bir kondisioner, otağınızı sərinlədərək daha rahat yatmağınızı təmin edə bilər. Şüşə açılmadığı üçün səs-küy, ağcaqanad və nəm riski də azalar.

3. YATAĞINIZ VƏ YASTIĞINIZ RAHAT OLSUN: Yatağınızın yaz – qış mövsümü istiqamətləri varsa, mövsümə uyğun tərəfini istifadə edin. Yataq dəstlərinizin tər tuta bilən, yəni pambıq olmasına da diqqət yetirin. Köhnəlmiş bir yataqda yatmaq da yuxunun keyfiyyətini mənfi istiqamətdə təsir edər. Buna görə yatağınızın ortası çuxurlaşmış və telləri çıxmışsa, yeniləməyə laqeyd yanaşmayın.

4. YATAQ OTAĞINI OTURMA OTAĞI KİMİ İSTİFADƏ ETMƏYİN: Gecə oyanmağınıza gətirib çıxaracağı üçün yataq otağınızda televiziya izləməyin və kompüter istifadə etməyin. Yatmadan əvvəl zehininizi istirahət etdirən bir kitab oxumaq, yuxuya getmənizi asanlaşdırar.

5. OTAĞINIZI HAVALANDIRIN: Otağınızı yatmamışdan əvvəl havalandırın. Havalandırılmış otaqda yuxuya getmək daha asandır.

6. BOL-BOL SU İçİN: Yuxusuz gecələrə son vermək üçün gün içində üç litrə yaxın su için. Bu istehlakın çoxunu yatmamışdan 1 – 2 saat əvvəlinə qədər edin. Beləliklə gecə su istəyiniz daha az olacaq və tualetə getmək ehtiyacınız azalacaq.

7. AXŞAM YüNGüL YEMƏKLƏR YEYİN: Axşam saatlarında yeməyinizi həddindən artıq miqdarda yemək mədənizi narahat edərək, keyfiyyətli yuxuya mane olar. Bu səbəblə yüngül menyularıi seçin. Yatmamışdan 1-2 saat əvvəl yemək yeməyə son verin.

8. İLIQ DUŞ ALIN: Yatmaçışdan əvvəl ilıq bir duş qəbul edin. İlıq su boşalmağı təmin edib bədən istiliyini salar. Bunun nəticəsində də yuxuya rahat girmənizi təmin edər.

9. SPİRT OLMAZ: Spirt yuxu keyfiyyətini pozar. Buna görə spirt istehlakında həddindən artığa qaçmayın və yatmadan iki saat əvvəl içməyə son verin.

10. AĞIR MƏŞQ ETMƏYİN: Gəzmək və ya üzmə kimi idmanlar bədəninizin boşalmasına, bu səbəbdən yaxşı bir yuxuya zəmin hazırlayar. Bunun əksinə xüsusilə ağır məşq kimi sinir sistemini xəbərdar edənlər isə yuxu keyfiyyətini pozar. Bu səbəblə ağır məşqlərə yatmamışdan ən az üç saat əvvəl son verin.

11. SİQARET çƏKMƏYİN: Siqaret də yuxu keyfiyyətini pozan əhəmiyyətli faktorlardandır.

12. KİLO ALMAYIN: Kök insanlarda daha çox görülən yuxuda tənəffüsün dayanması sindromundan şikayətlənirsinizsə, çəkinizə nəzarət edin.

Gunes

Şərhlər:

  1. _Sadece_B.G_ dedi ki:

    hamisini bilirdim ve bele eliyirem xebere gore twk

  2. sabinocka dedi ki:

    emeye gore tewekkur……….

  3. Yasaksin_kalbime dedi ki:

    vallah ele etmirem.ne vaxt yuxum gelir onda da yatiram.tewekkurler.

  4. gizem dedi ki:

    XEBERE GORE TWK

  5. Aelita dedi ki:

    coxsun eleyirem.tesekkurler. Les kimi yatiram. no problem

  6. _Sia_ dedi ki:

    Maraqli xeberdir.

    Xebere gore tesekkurler…

  7. DaRk_AnGeL dedi ki:

    Cox sagol ALLAH RAZI OLSUN maraqli xeberdi bezilerinibilirdim

  8. important life dedi ki:

    Tewekur,bunlari bilirem

  9. CooL_Man dedi ki:

    maraqlidir… teshekukurler

  10. Ninaska dedi ki:

    xeberchun tshkk ..
    twk