Daxili dünyamızla söhbət

Müvəffəqiyyətə gedən ilk və ən əhəmiyyətli yol özümüz özümüzlə apardığımız daxili ünsiyətdir.Müvəffəqiyyətə nail olmaq istəyən hər bir şəxs hər şeydən əvvəl daxili ünsiyyətini doğru bir istiqamətdə istifadə etməlidir.Daxilimizdə apardığımız söhbətin 70-80%i beynimizə təsir göstərir.Daxili dünyamizla apardığımız söhbət bizi müvvəfəqiyyətə apardığı kimi,əksinə uğurdan uzaqlaşdıra da bilər.Daxili ünsiyyəti bu qədər əhəmiyyətli edən başlıca xüsusiyyət,beynimizin işləmə mexanizmidir.
İnsan beyni,hamımızın tanıdığı adi bir kompüterin beyni kimidir.Beyniniz sizin xoşlanacağınız,məntiqli hər şeyi etmək gücünə sahibdir.Ancaq əsas məsələ,onu necə istifadə edəcəyinizi bilməkdir.Yəni ona doğru əmrləri verməyinizdir.Onunla doğru ünsiyyət qurmağı bacarmalısınız.Beyniniz ən çox söylədiyiniz şeyə inanır.Beyninizə özünüz haqqında nə söyləsəniz onu yerinə yetirmək üçün işə başlayacaq.İnsan beyni bu şəkildə proqramlanır.Uşaqlıq illərində beynimizi anamız, atamız,yoldaşlarımız,qonşularımız proqramlaşdırır.Hüquqşunas olmaq istəyən bir
Uşağın həkim olması həmin şəxsin beyninin kənar şəxslərin əmrinə tabe olması və kənar şəxslər tərəfindən proqramlaşdırılması ilə əlaqdardır.
Valideynlər kiçik ikən uşaqlarına “sən bunu eliyə bilməzsən”,”sən bu imtahanı verə bilməyəcəksən”,”boş yerə əziyyət çəkirik sən universitetə daxil ola bilməyəcəksən”,”bu düşüncəylə sən əsla adam olmazsan” sözlərini deməklə uşaqların beynini mənfi olaraq proqramlaşdırmış olurlar və onları məqsədsiz, hədəfsiz hər şeydən əvvəl uğursuz hala gətirmiş olurlar.

Gəlin bir şagirdin öz beyniylə etmiş olduğu söhbətə diqqət yetirək;
“İmtaha gününə çox az vaxt qalmışdı.Ancaq şagirdin imtahana hazırlaşmağa heç həvəsi yox idi. çünki özünə hər dəfə “bu imtahandan qiymət ala biməyəcəm”,”riyaziyyat fənnin mən başa düşə bilmirəm”,ən zəhləm gedən dərs riyaziyyatdı” deyirdi. Və hətta “köçürsəm bu imtahandan qiymət alaram”, “bu imtahanda da köçürəcəyəm” şəklindəki bir daxili ünsiyyətlə şagird imtahana girir. Riyaziyyat imtahanıyla əlaqədar etmiş olduğu mənfi proqramlaşdırma nəticəsində hətta bildiyi ən sadə sualları cavablandıra bilməmişdir.çünki beyninə “riyaziyyat imtahanını bacara bilmərəm” əmrini yükləmişdi.Ancaq bunun tam əksinə olan bir proqramlaşdırma etsəydi;riyaziyyat dərsini sevəcəkdi, bunu bacaracaqdı və öz daxili imkanlarını sıfıra endirməyəcəkdi.
Bizim hər atdığımız addım,etdiyimiz hər bir hərəkət,söylədiyimiz hər söz, ətrafımızdan götürdüyümüz,ya da özümüzə qarşı etdiyimiz ünsiyyətin nəticəsindəki proqramlaşdırmanın məhsuludur.
Belə bir sual ağılınıza gələ bilər;”iç ünsiyyət beynimizə-beynimizdə bədənimizə necə təsir edə bilər ?” buna cavab verməzdən əvvəl aşağıdakı paraqrafı oxumanızı istəyirəm.
“Tərəvəz marketinə meyvə almağa gedirsiniz.Alma, portağal kimi meyvələri aldıqdan sonra, orada yeşiklərin üstündə olan sarı-sarı,sulu limonları görürsünüz.Limonları əlinizlə yoxladıqdan sonra bir neçə limon alıb evə gedirsiniz.Evə girən kimi,dərhal limonlardan bir dənəsini götürərək iki yerə bölürsünüz.Limon o qədər suludur ki, içindəki şirə əlinizə bulaşır.Dilimlərdən birini götürərək ağızınıza gətirirsiniz və onu ağızınızın içinə sıxaraq, o turş dadı dadırsınız.”
Bu paraqrafı oxuduqdan sonra mən əminəm ki,bu ünsiyyəti qəbul edən beyin hərəkətə keçərək ağızınızda limon yediyiniz zaman yaranan bir vəziyyəti yaratmğa başlamışdır.Bu vəziyyət ünsiyyətin bədənimizə təsir etdiyininə bir sübutdur.
BEYNƏ GÖNDƏRİLƏN MESAJLARIN SƏVİYYƏLƏRİ;
1-EDƏ BİLMƏRƏM: Ən zərərli daxili ünsiyyətdir. Özünüz haqqında pis ya da mənfi bir şey söyləyib bunu qəbul etdiyiniz səviyyədir.bu səviyyəni müəyyən etmək çox asandır.Bu səviyyəni bu sözlərdən müəyyənləşdirə bilərsiniz; “eliyə bilmərəm”, “kaşkı bacarsaydım”, kimi sözlərlə etmiş olduğumuz ünsiyyət bizim qorxumuza,narahatlığımıza və tərəddüdmüzə səbəb olur.Beynimiz bizim söylədiyimizlə maraqlanmır,onu icrə edir.
2-……….ETMƏYƏ EHTİYACIM VAR, . …………ETMƏLİYƏM SƏVİYYƏSİ: Bu sözlər beynimizi aldadır.”eləməliyəm”, “. …….ama deyiləm”. Bu sözlərlə edilən ünsiyyət zərərimizədir. çünki bu ünsiyyətlə problemi qəbul etmiş oluruq.”dərslerimdə daha müvəffəqiyyətli olmağa ehtiyacım var” dediyiniz zaman siz əslində beyninizə bu proqramı göndərmiş olarsınız;” dərslərimdə daha müvəffəqiyyətli olmağa ehtiyacım var. …….ama deyiləm”
3-MƏN ……İM SƏVİYYƏSİ: Bu istifadə edə biləcəyimiz ən müsbət təsirli ünsiyyətdir.Ən az istifadə etdiyimiz amma ən çox istifadə etməyimiz lazım olan sözlərdir.Bu səviyyəylə gerçək olmasını istədiyiniz istiqamətə doğru irəliləyərsiniz.Necə olmaq istədiyinizi şüur altına göndərərsiniz və bunu çatdırmış olursunuz;”mən bu olmaq istəyirəm və məni bu et.” Proqramını göndərmiş olursunuz.Başlıca cümlə strukturları belədir; “mənim işlərim yaxşı gedir”,”mən hər çətinlikdə müvəffəqiyyətli oluram”, . ..v.b.

Aelita

Şərhlər:

  1. yAgmurlar dedi ki:

    maraqli xeberdi ellerine sagliq

  2. Not to love you dedi ki:

    Qeweng ve maraqli xeberdi cox sag ol

  3. Ninaska dedi ki:

    yaxshi xeberdi ordan burdan oxudumm :))
    tshkk

  4. elya_vecsiz dedi ki:

    maraqli xeberdi,ellerine saglik

  5. _Sia_ dedi ki:

    Maraqli melumatdir…

    Bele maraqli xeberi yerlesdirmekle gozel dusunmusunuz.

    Xebere gore tesekkurler…

  6. important life dedi ki:

    maraglidi.dimeli öz özumuze ne deyirikse demeli o da olur.beynimiz ona yuklenir vaau,thanx

  7. DaRk_AnGeL dedi ki:
    Maraqli xeberdi arada mende de olur bele hadiseler
  8. Aelita dedi ki:

    beyendiyinize sevindim 🙂

  9. sabinocka dedi ki:

    beyendim..gozeldir………….tewekkur.,

  10. _Sadece_B.G_ dedi ki:

    hmmm mencede niyyetin hara menzilin oraaa

  11. nurlana77 dedi ki:
    xəbərçün təşəkkürlər