Ailə qurmağa hazırsınızmı? (Test)

1. Ərin onun ən sevdiyi yeməyini hazırlamağını xahiş etdi, onun hazırlanma qaydasını isə ancaq onun anası bilir. Belə halda, sən nə edəcəksən?
a) Anasının yanına gedib yeməyin hazırlanma qaydasını öyrənərəm;
b) Onun mütləq xoşuna gələcək bir yemək hazırlayaram;
c) Deyərəmki onu gələn həftə hazırlayaram.

2. Sənin ən yaxın rəfiqənin ad günüdür. O, səni yoldaşınla birgə ad gününə dəvət edir. Ad gününə bir neçə gün əvvəl siz sözləşmişdiniz ki, rəfiqənin dəvətini mütləq qəbul edəcəksiniz. Lakin elə alındı ki, ərin təcili ezmaiyyətə getməli oldu. Sənin qərarın:
a) Həmin gün mütləq rəfiqəmgilə gedib onun ad gününü təbrik edərəm;
b) Bir səbəb tapıb ad gününə getmərəm;
c) Onun işinə gedib ad gününü təbrik edərəm.

3. Sən qərara almısan ki, sabah mütləq təmizlik işləri görəcəksən: Pəncərələri siləcək, paltar yuyacaq, xalçaları təmizləyəcəksən…Axşam ərin işdən gələrək sabah sizin onun valideynlərinin bağ evinə gedəcəyinizi xəbər verir. Belə vəziyyətdə sən nə edərsən?
a) Evin təmizliyi hər şeydən vacibdir.
b) Əlbəttə ki, bağ evinə gedərəm, evin işləri bir qədər gözləsə də olar.
c) Hər ikimiz sabahkı günü necə keçirəcəyimiz barədə düşünərik.

4. Ərinin işdən gələn zaman burnuna yüngülcə çırtma vuraraq salamlaşması sənin xoşuna gəlmir. Onu bu adətdən tərgitmək üçün nə edərsən?
a) Güclü bir dava-dalaş salaram, məncə bu işə yarayar.
b) Günlərin bir günü onun burnuna var-gücümlə bir çırtma vuraram, bəlkə onda o, bunun nə qədər xoşagəlməz olduğunu başa düşər.
c) Ona mülayim şəkildə bu cür salamlaşmanın xoşuma gəlmədiyini başa salaram.

5. Sən rəfiqənin resepti ilə dadlı bir tort hazırlamısan. İşdən gələndə isə, onun ərin tərəfindən yeyilib qurtardığını aşkar edirsən. Sənin reaksiyan:
a) Elə hərəkət edərəm ki, elə bil heçnə baş verməyib.
b) Mütləq öz narazılığımı bildirərəm və bundan sonra uzun müddət susaram.
c) Başqa bir tort hazırlayaram.

6. İşində çətinliklər yaranıb, səndə buna görə çox narahatlıq keçirirsən. Evə gələrək sən:
a) Dərhal ərimlə öz problemlərimi bölüşərəm.
b) Problemlərimi evdən kənarda saxlayaram, onları ərimə yük etməyə dəyməz.
c) Problemlərim haqda sonra danışaram.

7. Baldızın sizə qonaq gəlməlidir. Sənin isə onunla dostluq əlaqələrin onunla baş tutmayıb. Bu halda nə edəcəksən?
a) Onunla görüşməmək üçün harasa gedərəm.
b) Özümü elə göstərərəm ki, guya onunla bacı münasibətindəyəm.
c) Özümü olduğum kimi apararam.

8. Sənin gələcək həyatından asılı olacaq mühüm bir məsələnin həllində təşəbbüs göstərməyi xoşlayırsanmı?
a) Bəli.
b) Xeyr.
c) Cavab verməkdə çətinlik çəkirəm.

9. Sənin ərinə aldığın əlvan rəngli köynək onun xoşuna gəlmədi. Onun fikrincə, köynək çox nəzərə çarpandır və yəqinki o, bunu heç vaxt geyinməyəcək. Belə bir vəziyyətdə sən nə edərsən?
a) Əvvəlcə ondan hansı köynəklərdən xoşlandığını öyrənərək başqa birini alaram.
b) Bu köynəyin mənim çox xoşuma gəldiyini və onun bu köynəyi mütləq geyinməsi istəyimi bildirərəm.
c) Bir daha ona heç bir şey almayacağımı bildirərəm, çünki onu heç cür qane etmək olmur.

Testin cavabları:
1) a-3, b-2, c-1;
2) a-1, b-3, c-2;
3) a-3. b-1, c-2;
4) a-1, b-2, c-3;
5) a-3, b-1, c-2;
6) a-1, b-3, c-2;
7) a-1, b-2, c-3;
8) a-3, b-2, c-1;
9) a-3, b-2, c-1.

0-dan 9 xala qədər:
Sənin ərə getməyin yaxşı xəbərdir. Ancaq sənin toyunun bu yaxınlarda olmayacağı xəbəri ondan da yaxşıdır. İncimə sadəcə olaraq, sən bu toyla bağlı hazırlıqlarla o qədər məşğulsanki, səni başqa bir şeylə yayındırmaq belə mümkün deyil. Bir-iki günlük belə bu işdən uzaqlaşıb, öz nişanlınla bir yerdə olmağın çox yaxşı olardı. İnan ki, o sənin üçün çox darıxıb. Şəhər kənarı gəzintiyə gedin. Təbiət qoynunda toy həyəcanından və qohumların təzyiqindən bir qədər istirahət edin.

10-dan 15 xala qədər:
Sən həqiqətəndə ailə həyatına başlamağa hazırsan. çox ehtimal ki, sən bu qərarı qəbul etməzdən əvvəl çox götür-qoy etmisən. Həyatda baş verən heç bir hadisə səni pis vəziyyətdə qoymayacaq. Sən hər bir müasir qadına lazım olan ən qiymətli keyfiyyətlərdən birinə – müdrikliyə maliksən. Sən səbirlə həyat yoldaşının fikrini dinləyə və nə etmək lazım olduğunu bilirsən. Hər hansı bir mühüm qərar qəbul etməzdən əvvəl sən hər şeyi ölçüb-biçir sonra isə müəyyən bir nəticəyə gəlirsən.

19 xal və daha artıq:
Sən ailə həyatı adlı ucsuz-bucaqsız okeanda səyahət etməyə hazırsan. Rəfiqələrindən fərqli olaraq, sən bu səfərə uzun mddət hazırlaşmısan. Ona görə də, səyahət üçün gələcəkdə sənə lazım olacaq hər bir şeyi götürmüsən. Sən gələcək həyat yoldaşın üçün ideal qadınsan. Ancaq sən ərinlə elə münasibət qurmalısan ki, gələcəkdə onun xətrinə hər dəfə maraqlarını qurban verməyəsən. Əks təqdirdə, sən onu ərköyün edə bilərsən.

Optimist...

Şərhlər:

  1. gizem dedi ki:

    MENLIK DEYIL TWK

  2. BAKINKA ANGEL dedi ki:

    19 ooo twk elaydi,

  3. Naiba dedi ki:

    19 xal və daha artıq:
    Sən ailə həyatı adlı ucsuz-bucaqsız okeanda səyahət etməyə hazırsan. Rəfiqələrindən fərqli olaraq, sən bu səfərə uzun mddət hazırlaşmısan. Ona görə də, səyahət üçün gələcəkdə sənə lazım olacaq hər bir şeyi götürmüsən. Sən gələcək həyat yoldaşın üçün ideal qadınsan. Ancaq sən ərinlə elə münasibət qurmalısan ki, gələcəkdə onun xətrinə hər dəfə maraqlarını qurban verməyəsən. Əks təqdirdə, sən onu ərköyün edə bilərsən.

    super

  4. yAgmurlar dedi ki:

    hele tezdi menlik deyil))
    tewekkurler

  5. DaRk_AnGeL dedi ki:

    Hele tezdi vaxti gelende tewekkurler xebere gore

  6. Yeni urek dedi ki:

    MENLIK DEYIL girl_impossible

  7. nurlana77 dedi ki:

    mene lazim deyil amma yenede tewekkurler komp

  8. sabinocka dedi ki:

    men hazir deyilem

  9. SADE_VIP dedi ki:

    indi ne ecebe hamida 20 alindi))) maraqli temadi amma qizlar ucundu yenede teshekkurler..

  10. Ninaska dedi ki:

    18 xal etdi 😀

  11. _Sia_ dedi ki:

    Maraqli testdir.

    Bele maraqli xeberi yerlesdirmekle gozel dusunmusunuz.

    Xebere gore tesekkurler…

  12. important life dedi ki:

    22 oldu.cox tewekkur.maragliydi

  13. Pestimist... dedi ki:

    xanimlar buyurun

  14. CooL_Man dedi ki:

    ancaq qizlar uchundur… 🙂 yene de tesehekkurler!

  15. Lucky Girl dedi ki:

    20 alindi ama men hele duwunmurem ve hazir deyilem…

  16. _Sadece_B.G_ dedi ki:

    20 xalll ayydaa ama hele vaxt var oxuyacagam cox beyendim twkrlerrr

  17. Firdevs dedi ki:

    10-dan 15 xala qədər:
    Sən həqiqətəndə ailə həyatına başlamağa hazırsan. Çox ehtimal ki, sən bu qərarı qəbul etməzdən əvvəl çox götür-qoy etmisən. Həyatda baş verən heç bir hadisə səni pis vəziyyətdə qoymayacaq. Sən hər bir müasir qadına lazım olan ən qiymətli keyfiyyətlərdən birinə – müdrikliyə maliksən. Sən səbirlə həyat yoldaşının fikrini dinləyə və nə etmək lazım olduğunu bilirsən. Hər hansı bir mühüm qərar qəbul etməzdən əvvəl sən hər şeyi ölçüb-biçir sonra isə müəyyən bir nəticəyə gəlirsən.

    Eledi ki var 🙂