Eşqin ömrü nə qədərdir?


Eşq bəziləri üçün sehrli bir söz, bəziləri üçün həsrət, bəziləri üçün aldatma, bəziləri üçün aldadılma, bəziləri üçün xatirə, bəziləri üçün nifrət, bəziləri üçün xəyal, bəziləri üçün Allah sevgisi, bəziləri üçün heç yaşanılmamış, bəziləri üçün isə həyatın özüdür.

Sizcə nədir eşq?
İtalyanın Pavia universitetində edilən bir araşdırma eşqi başladan kimyəvi maddənin bir il içində azalıb, normala döndüyünü ortaya çıxarmışdır. Başlanğıcda beynin ifraz etdiyi həddindən artıq həyəcanlanma, ürpərmə və əllərdə tərləmə kimi təsirlər zamanla itirmiş.
Əslində, eşqinizin neçə il davam etdiyini soruşan adam sizə eşqin bir gün bitəcəyini izah etməyə çalışır. Hətta bununla əlaqədar bir çox kitab var. Ən məşhurlarından biri Frederic Barbierin “Eşqin Ömrü 3 İldir”.
Mediada da tez-tez eşqin ömrü ilə əlaqədar xəbərlər çıxır. Məsələn bunlardan biri; “çox güclü eşq yaşayan cütlər də belə ilk il tutqunun, ikinci il şəfqətin bitdiyini, üçüncü il isə can sıxıntısının başladığı, sonrasında isə vərdişlərin cütləri əsir aldığı” ifadə edilir.

Niyə eşqə bir ömür biçilməyə çalışılır? Ya da mediadakı paparazzi xəbərlərindəki məşhurların yoldaş dəyişdirmələrinin eşqlə nə əlaqəsi var. Heç cür doymayan ac gözlü şəhvətlə eşqi qarışdırmamaq lazımdır. Hərçənd eşq haqqında çox xəbər hazırlanması, cəmiyyətimizin çoxunun bu cür xəbərləri izləyərək bu xəbərlərin mükafat almasını təmin edir. Bu cür xəbərlər hazırlandıqca xüsusilə də gənc dostlarımız bu xəbərlərdən təsirlənir. Təəssüf ki oxuyaraq özünü inkişaf etdirmənin əhəmiyyətini yeni gələn nəsilimizə izah edə bilmədiyimiz üçün bu xəbərlərə inanan və o şəkildə yaşamağa çalışan bir çox insan görürük ətrafımızda.
Eşqin ömrü 3 ildə bitmək məcburiyyətindədirmi?
Kim mənim eşqimə zaman biçə bilər ki?
Mənim bədənimdəki kimyəvi maddələr İtaliyadakı universitetin araşdırmasına görə işləmir.
Mən bu xəbərləri qəbul etmirəm.

Eşqin ömrü nə qədərdir?


Eşqlə başqa şeyləri qarışdıraraq dəyərlərimizi bu qədər asan xərclətməyək. Əgər həyatınızda bir dəfə aşiq oldunuzsa eşqin hərkəsə fərqli duyğular yaşatdığını bilirsiniz.
Eşq özü kimi gözəl sözlər söyləməkdir,sevgiliylə maraqlanmaqdır, eşq hər gün bezmədən səni sevirəm deyə bilməkdir, illər keçsə də hər toxunuşunda ilk toxunduğun kimi eletrik ala bilməkdir, eşq səbrdir, eşq imtina etməməkdir,eşq toxunmaqdır. Eşq çətin olandır, mübarizə aparmağı tələb edər. Eşq 365 günün hər səhəri sevgilini günə öpərək oyandırmaqdır. Eşq sürprizlərlə doludur yaşadıqca rənglənər. Eşq şərtsiz bağlılıq istər, o səbəblə qısqancdır. Eşq iki adamın bir olması, birlikdə yaşlanmasıdır. Eşq tək bir hədəfi olan ən uca xoşbəxtlikdir ki sizə hədiyyə olaraq meyvə verər. Hər gün birlikdə yetişdirdiyiniz meyvənin böyüdüyünü görə bilmək həyatınıza tərif edilə bilməz bir məna qatar.

Eşqin müddəti şərabın köhnəlməsi kimidir. Zaman keçdikcə dəyəri və dadı artar. Önünüzə gələn şərabla, özünüzün köhnəlddiyiniz şərabın dadı necə fərqlidirsə hər kəsin eşqdən aldığı dad da fərqlidir. Amma bu dadı izah edə bilməzsiniz, insandan insana dəyişər, paylaşılmaz. Paylaşılsa sehri itər, eşq olmaz!

Jalik ..

Şərhlər:

  1. Ninaska dedi ki:

    mencede eshkin omru olmur :)))
    tshk xeberchun ;))

  2. Aelita dedi ki:

    ehh esqden danismiyin en yarali yerimdi

  3. CooL_Man dedi ki:

    maraqlidir teshekkurler!

  4. _Sia_ dedi ki:

    Sevgi ne demekdir bunu deyende,
    Dusundum bir anliq sanki qelbimde.
    Sevgi ele atesdir ki, insanda olur,
    Sevgisinde qazanmayan, bir gul tek solur.
    Yaranirsan sen her arzuda her dilekde,
    Qelblere yol olan xos sozlu negmelerde.
    Calis sen bu hissi qelbinde yasat,
    Sevirem sozunu qelbinde yasat !…

    muellif : Sia

    Deyerli yazidir.

    Xebere gore tesekkurler…

  5. gizem dedi ki:

    HMM MARAQLI YAZIDI TWK

  6. sabinocka dedi ki:

    oxumadim oxuyacam…tewekkur indiden………

  7. Lucky Girl dedi ki:

    ewqin omru 3 ildir….raziyam sonrasi sevgi deyil..oyrewmek ya mecburiyyet ne bilim herede bawqa cur..ama 100% sevgi olmur..indi kimlerse deyecek yoox men 10 ildi sevirem..yoox o sevgi deyil..azda olsa insan psixologiyasindan bawiniz cixirsa sevginin omrunun qisa oldugunu bilersiz..twk xeber ucun…maraqli idi..ama men bilirdim bunlari yenede emin oldum… girl_in_love

  8. important life dedi ki:

    Eslinde ewq yoxdu. Ewq dediyimiz önce xowlanmaq sonra da baglanmaqdi.bu qeder

  9. DaRk_AnGeL dedi ki:
    Cox sagol xebere gore
  10. almaz dedi ki:

    sevgi var.amma heyif ki,sonra kecib gedir.cox gozel hisslerdi music

  11. nurlana77 dedi ki:
    xəbərçün təşəkkürlər