Şəhərlər 10-cu hissə
Stokholm — İsveç Krallığının paytaxtı. Melaren gölünün şərq sahilində yerləşir. Əhalisi 800 000-ə yaxındır. 6.519 km² ərazisi olan metropoliya ərazisində isə əhalinin sayı 2 milyon nəfərdir. 2009-cu ilin statistikasına görə İsveç əhalisinin 22 faizi Stokholm metropoliyasında yaşayır. Kralın iqamətgahı, Beynəlxalq Arlanda aeroportu, Hökumət binası və riksdaq bu şəhərdə yerləşir. 2008-ci ildə 1.1 milyon turistin ziyarət etdiyi Stokholm Skandinaviyada 2-ci ən çox turist qəbul edən şəhər olmuşdur (1-ci yerdə Kopenhagen). Bəzən Stokholmu “Şimalın Venesiyası” adlandırırlar.
Tarixi
Bu şəhər haqqında ilk məlumat Aqnafit haqqında saqada rast gəlinir. Burada ilk yaşayış məntəqəsi 1187-ci ildə tikilmişdir. Stokholm haqqında ilk yazılı məlumata 1252-ci ildə rast gəlinir. İlk vaxtlar İsveçi xarici hücumlardan qorumaq üçün hərbi obyekt vəzifəsini yerinə yetirən Stokholm sonradan Baltik dənizi ölkələri ilə ticarətin nəticəsində sürətlə böyüməyə başladı. Həmin vaxtlar Stokholm Hamburq, Riqa, Qdansk və başqa şəhərlərlə sıx ticarət əlaqələri saxlayırdı. 1296-cı ildən şəhər şurası fəaliyyət göstərməyə başladı. Şuranın 24 üzvü var idi və bunların yarısı şəhərin almandilli əhalisi içindən seçilirdi. Şura 1478-ci ilə qədər mövcud olub. 15-ci əsrin sonlarından etibarən Danimarka bu şəhərə davamlı hücumlar etməyə başlayır. 1520-ci ildə Danimarka kralı II Kristian şəhərə daxil olur. O şəhərə daxil olduqdan sonra orada böyük qırğınlar törədir. Bu faciə İsveçin Kalmar Birliyindən çıxmasının əsas motivi olmuşdur. 1523-cü ildə paytaxtı Stokholm olan İsveç krallığı yaranır. Həmin vaxt şəhərin əhalisi 5.000-7.000 nəfər arasında idi və əhalisinin sayına görə İsveçdə ən böyük şəhər olmasına baxmayaraq, bu göstəricisinə görə Avropanın əksər böyük şəhərlərindən geri qalırdı. Təxminən 1600-cü ildə Stokholmun əhalisi 10.000 nəfərə çatır. Həmin dövrdə şəhərin əhalisinin böyük hissəsi almanlar və finlərdən ibarət idi.

Yenilənib:
mmm sayende malumatim oldu bu sheher hakta tshk ;))
qeweng weherdi ama menim olkem avstraliyadi en azinnan hec kim olmur twkrlerrr melumatlandirdin
qesey seherdi. getmek isterdim
Beyendyinize sevindim
Stokholm..maraqli yerdi…simali Avropa olkeleri maraqli yerlere oxwuyur…Isvecde qutb gunduzleri muwahie olunur sehv etmiremse..1 nece ay hec gece olmur..maraqlidi getmek isteyerdim…
Deyerli yazidir.
Bele maraqli xeberi yerlesdirmekle gozel dusunmusunuz.
Xebere gore tesekkurler…
HMM QEW WEHERDII TWK
xowuma geldi twk
aydaaa mende orda olmaq isterdimeey offf :((((((( xeebrcun
qewey weherdi cox sagol dosi