Sabah olacaq, ya yox?

Təsəvvür edin, həyatınız lal su kimi, əqrəbi donmuş saat kimi bir yerdə durur. Eşitməkdən bezdiyiniz ənənəvi problemlər, yaxınlarınızla tez-tez etdiyiniz mübahisələr sizi hətta evdən baş götürüb uzağa, təmamilə yad dünyalara qaçmağa vadar edir. Sanki həyatınızda nəyisə çatmır? Siz hər gecə kömək haqqında dua edirsiniz, Allahdan qoruyucu-mələk göndərməyi xahiş edirsiniz.

Dünya sizə ağrı və əzablar çəkdirərək arxasını çevirəndə, Tanrı göz yaşlarınızı silmək, qaranlıq həyatınızı aydınlatmaq üçün Mələk yollayır… Bəs o Mələk haradadır, kimdir?

Bir az düşünün, bəlkə o elə sizin yanınızdadır. Siz ona toxuna bilirisiz, onun varlığı sizi qıcıqlandırır, çaşıb qalırsınız, necə belə insan anidən, hiss etmədən sizin həyatınıza girməyi bacarırdı, düşünürsüz, bir müddət sonra isə hətta əvvəlcə sizə şit görününən zarafatlarına belə gülürsüz. Bəli, məhz gülürsüz!!! Bu o deməkdir ki, həyatınıza sevinc girdi. O sizi xoşbəxt edir, ürəyinizi daha da sürətli döyünməyə vadar edir. O sizin boz-darıxdırıcı günlərinizi əlvan rəngə boyadı, ən əsası isə, sizə sevməyi öyrətdi! O sizin üçün bacara bildiyi hər şeyi etdi. Bəs bu çoxdan gözlənilən xoşbəxtliyin arxasında qorxunc həqiqət gizlənirsə, o zaman necə? Siz bu yükü daşımağa qadirsiz, taleyinizlə barışıb, ona tabe olmağı bacararsınız? Lakin bir şeyi əminliklə bilirsiz, O hər zaman sizin yanınızda olacaq, nə olursa olsun…

Bu, həyatında bir sıra itkilərlə üzləşmiş Neyna Kapurun həyat hekayəsidir Lakin o xoşbəxtdir, çünki həyat yolunda daima israrla axtardığı, dilədiyi Mələklə rastlaşdı. Həm də, onun həyatını bütünlükdə dəyişdirmiş Mələklə!

Bu sevgi hekayəsi qətiyyətlə göstərir ki, dərində olduğunu zənn etdiyimiz şeylər əslində səthdə yerləşir, lakin əksəriyyətimiz bunu anlaya və hiss edə bilmirik. Sual:Sevgini qurban vermək üçün, onu başqasının uğrunda məhv etmək üçün, malik ola biləcəyin xoşbəxtliyi bilərəkdən özündən məhrum edib, başqasına hədiyyə etməyi kim bacarar?

Cavabmüqəddəs olmaq lazımdır. Bu mənzərə özündə nə qədər xeyirxahlığı əks etirir, elə deyilmi? Axı tezliklə bu dünyanı tərk edəcəyini bilən hər insanın işi deyil, son dəqiqələrindən istifadə etməyərək sevgisindən imtina etsin. Ancaq o (Aman Mathur) sevdiyi qızın başqasıyla xoşbəxt olması üçün hər şeyi etdi. Onda bir damcı da eqoizmin yoxdur, ilk növbədə yalnız öz doğmaları haqqında düşünən və özünü yalnız son növbəyə saxlayan, təmiz, səmimi insandırAman.

üç ürəyin (Neyna, Rohit, Aman) hekayəsi, o ürəklərdən biri o qədər xeyirxahdır ki, hətta ölən zaman hər birinin qəlbində sevgisinin bir hissəciyini qoyub gedir.

Filmdə hər şey var: Bir az yumor, bir az gözyaşı və çoxlu sevgi… Film, insanlara müəyyən dərs – həyatın anlamını, müəyyən mənada bu gününü son günün kimi yaşamalı olduğuna dair mesajlar verir, məsələ sabahın olub-olmaması deyildir, məsələ həyatın var olduğunu həqiqətən də anlayıb, onunla doğru rəftar etməyi bacarmaqdır. Həyat – barmaqların arasından süzülüb gedən qum dənələri kimidir. Sən yumruğunu bükə və ya əksinə əlini təmamilə aça bilərsən, qərar səndədir, unutma…

“Sabah olacaq ya yox” filmindən sitatlar:

kostenloses Girokonto @ turbo-artikel.de

“Bütün ömrüm boyu mən sevgidən kənar qaçmışam, indi isə ömrün məndən kənar qaçdığı bir vaxtda sevgi çıxdı qarşıma…”


“Dünyanın hər hansısa bir nöqtəsində səni bütün qəlbi ilə sevən bir nəfər var.”

“Kaş ki, səni necə sevdiyimi deyə biləydim… Gözlərimi yumuram və səni görmək istəyirəm. çox insanlar sevir, lakin mənim kimi kimsə sevə bilməz, çünki onların “SƏN”i yoxdur…”

“Allah, bizim göz yaşlarımızı silmək üçün həmişə Mələk yollayır… Mələk gələcək və bizim göz yaşlarımızı siləcək, bizə çoxlu-çoxlu xoşbəxtlik verəcək və bütün kədərlərimizi və ağrılarımızı çooox uzağa aparacaq!”


“Bu gün yaşa, indi sev, həyatın hər anına sevin!”

“İnsan-bayramdır. Nə vaxt ki bayram keçir, yalnız xatirələr qalır…”

“Həyat qısadır! Qaydaları poz. Tez bağışla. Yüksəksəslə gül. Yavaş-yavaş öp. Rəqs et, sanki heç kim görmür. Mahnı oxu, sanki heç kim eşitmir. Axı həyat bir dəfə verilir insana.”

“çox ağllı bir nəfər mənə demişdi ki, sevgidə ilk addım da dostluqdur, elə son addım da.”

“Mən gedəndə o məndən soruşdu: “Sabah səni görə biləcəyəmmi?” Növbəti gün o “məni yenidən görə biləcəkmi” deyə soruşdu . Birisi gün isə o soruşdu: “Həmişə məni görə bilərmi?”

“Bağlı qəlblər səmalarda mövcud olur. Yer kürəsində bağlı qəlblə qarşılaşmaq çox daha çətin olur.”

“Sevgi – güzəşt deyil. Əgər kimsə səni sevəcəksə, o zaman səni olduğun kimi sevməlidir. Əgər səni dəyişdirməyə çalışsa – bu sevgi yox, saziş demək olacaq.”


“- Əgər Allah varsa, onda niyə insanları bu qədər əzab çəkməyə məcbur edir?

– Biz xoşbəxt olan zaman Allahı unuduruq və yalnız bədbəxt olan zaman Onu yada salırıq…”

“Hər bir qadın həyat yoldaşında həm də yaxşı dost tapmağı arzulayır. Mən isə yaxşı dostda həyat yoldaşımı tapdım…”

“Bir gün sənin həyatında elə bir insan meydana çıxacaq ki, sən onun üçün bu həyatla vidalaşmağa belə hazır olacaqsan…”

“Mən həmişə öz gözlərində olan sevgini onun gözlərində də görməyi arzu edirdim. Və bu gün, nəhayət ki, mən onu gördüm. Amma o sevgi mənim üçün deyildi…”


Mən səni sevirəm, sevirəm, sevirəm, mən səni çox sevirəm! Gözlərimi yumuram səni görürəm, gözlərimi açıram səni görürəm! Əgər sən yanımda deyilsənsə, onda mən hər yerdə səni hiss edirəm, hər an, hər vaxt, hər dəqiqə, mənim gözlərim səni axtarır… Bunu sevgi, dəlilik və ya ürəyimin döyüntüləri adlandır, mənim üçün bütün bunlar eyni anlamı verir. Mən səni unuda bilmirəm, mən səni unutmaq da istəmirəm! Sən mənimsən, mən səni bütün ömrüm boyu sevəcəm, səni ölənədək sevəcəm, hətta ondan sonra da…”


“Dinlə məni, yaşa, xoşbəxt ol, gülümsə.. Kim bilir, sabah olacaq ya yox?”

Bəli əziz uselər, doğma olan insanları itirmək necə də qorxuludur! Onun əlini tutursan, onunla söhbət edirsən, lakin hansısa bir vaxtdan sonra o, sənin qəlbində yalnız xatirələrdə yaşayır. Bizlər doğmalarımıza qarşı daha diqqətli olmalıyıq. Allahın bizə bəxş etdiyi həyatı qiymətləndirməyi öyrənməliyik və sevdiyimiz insanlarla keçirilmiş hər ana görə sevinməyi, şükr etməyi bacarmalıyıq. Axı kim bilir, KAL HO NAA HO?..

ZoRRo_BaKu

Şərhlər:

  1. _Sadece_B.G_ dedi ki:

    bu deyesen kinodu he? heqiqeten de sabah olacaq ya yoxxx?????? twkrlerrrr

  2. mR_bAkiNec dedi ki:

    Baxmiwam :'(
    Saol qaqa yeri var neyi var :/
    nem ewwiy :'(

  3. 90_EJ_062 dedi ki:

    yazacaydim ki zehlem gedir hind nikolarinnan amma baxdim buna cox xoshumgeldi

    important life kinoya olan butun maragimi qacirdinee

  4. =ReiNKaRNaSiYa= dedi ki:

    super super super super )))….mutleq baxacam )

  5. sabinocka dedi ki:


    "Allah, bizim göz yaşlarımızı silmək üçün həmişə Mələk yollayır… Mələk gələcək və bizim göz yaşlarımızı siləcək, bizə çoxlu-çoxlu xoşbəxtlik verəcək və bütün kədərlərimizi və ağrılarımızı çooox uzağa aparacaq!"



    maraqlidir

    mence izlemeye deyer

  6. Pestimist... dedi ki:

    Xebere gore tesekkurler

  7. ZoRRo_BaKu dedi ki:

    Sitat: mata..)))
    Наступит завтра или нет?


    olar olar :DD

    chox saol baci xbr mencun redaketfiyincun

    Saolun..!!))

  8. Aelita dedi ki:

    Hmm cox gozel xeberdi. Zehmetiniz qiymetlendirilir. Tesekkurler…..

  9. mata..))) dedi ki:

    hay da cox sagolun ZoRRo_BaKu ,,,bu menim en cox sevdiyim hind filmidir,,inanin,,defelerle baxsamda doymaq olmur ,,,,, ,Наступит завтра или нет?

  10. Ninaska dedi ki:

    ordan burdan oxudum tshk

  11. Firdevs dedi ki:

    Coox sevdiyim aktyorlardan en birinciside WAHRUKDu..Tebii ki bu filminede baxmiwam..Twkler

  12. CooL_Man dedi ki:

    cox sag olun……..

  13. important life dedi ki:

    Bu kinoya baxmiwam.oglan xeste olur. Qizi dostu sevir,qizsa bu oglani,yani shahruku.shahrukhda qiza dostunu sevdirir. Qizla dostu evlenir,shahrukh ölur,qizla dostununda bir qizi olur. :)))

  14. Lucky Girl dedi ki:

    "Bir gün sənin həyatında elə bir insan meydana çıxacaq ki, sən onun üçün bu həyatla vidalaşmağa belə hazır olacaqsan…"

    :(( bu cumleni coox beyendim…buna deyecek insan ucun …………ama ele insan heleki tanimiram… twkcik..maraqli idi….