Yenə bezdim desəm

Bezmisənmi dedilər? Bezmişəm dedim. Naşükürsən dedilər…

Doğrudur, bezmişəm…

Vəfasız övladlardan bezmişəm.

Qocalar evində hər gün pəncərə önündə övlad yolu gözləyən valideynləri görməkdən bezmişəm.

Valideyn adını daşımağa layiq olmayan insanlardan bezmişəm.

Uşaqlar evində ana deyib ağlayan uşaqların səsini eşitməkdən bezmişəm.

Bütün ifaları əzbər bilib, namazın sözlərini belə dərk etməyənlərdən bezmişəm.

AZAN sədası gələrkən əvəzində musiqi dinləyən “insanlar”dan bezmişəm.

Namaza 15 dəqiqə vaxt ayıra bilməyən, lakin internetdə gününü keçirənlərdən bezmişəm.

Müsəlmanam deyib kelmeyi-şəhadətini belə bilməyən məxluqlardan bezmişəm.

Başqasının bacısına, qızına sataşan “oğullardan” bezmişəm.

Yay gəldimi dəbdi deyib geyimini bilməyən “xanımlardan” bezmişəm.

Oxuyub, əziyyəti heç olan şəxsləri görməkdən — diplomlu fəhlələrdən bezmişəm.

Azərbaycanda yeni dostlarla tanışlıq zamanı ilk sualın “haralısan” olmağından bezmişəm.

İnsanların qınağından bezmişəm.

Yalandan, şərdən, böhtandan bezmişəm.

Dost deyən kürəyin ağrımasından bezmişəm.

Hər dəfə “necəsən” sualına yalan cavab verməkdən bezmişəm.

Bəzənsə sadəcə özümdən bezirəm. Bir anlıq çaşqınlıqla niyə bunu mən yaşadım? dediyim üçün. Qəbullana bilmədiyim üçün…

çoxmu naşükürəm? dedim. Susdu…

Mən ki sadəcə bezməkdən bezmişəm

Miss_KaPRizZ of_cAdI

Şərhlər:

  1. CooL_Man dedi ki:

    Usyan etmek olmaz… Sene verilen heyati yashamaga mecbursan…
    Xeber ise sadece SUPER!

  2. Aelita dedi ki:

    Çoxmu naşükürəm? dedim. Susdu…
    Mən ki sadəcə bezməkdən bezmişəm

    duzdu bunlarin hamisi var. dogurdan da insan uje bezib bunlardan

  3. DaRk_AnGeL dedi ki:

    Cox sagol xebere gore her weyin bawi SEBRDIR.

  4. gizem dedi ki:

    XEBERE SOZ OLA BILMEZ TWKKKK NAMAZA 15 DEQ VAXT AYIRA BILMEYEN
    LAKIN INTERNETDE GUNUNU KECIRENLER SUPERR HAMISIII

  5. _Sia_ dedi ki:

    Mən ki sadəcə bezməkdən bezmişəm…

    Heqiqeten de beledir…

    Amma ne edek ? Heyat beledir…

    Gozel nitqiniz var.

  6. _Sadece_B.G_ dedi ki:

    Oxuyub, əziyyəti heç olan şəxsləri görməkdən — diplomlu fəhlələrdən bezmişəm

    aydaaa hami nece de realliqdi?

    oxudum sozun duzu biraz pis oldum. twkrlerrrr

  7. important life dedi ki:

    her wey cox gözel yazilib.butun problemleri ehate edib.cox sagol

  8. =ReiNKaRNaSiYa= dedi ki:

    ele hami nelerdense bezir…ele mende bezmiwem…bu cemiyyetden….

  9. Optimist... dedi ki:

    maraqli yazidi, thanks)))

  10. Prencess dedi ki:

    Mən ki sadəcə bezməkdən bezmişəm

    xeber superrrrrrrr ellerine sagliq twk

  11. sabinocka dedi ki:

    superdir………

    bezmekden bu heyatdan.yawamaqdan.her wey den bezmiwem………….:(