Sevməyi bacarmırsansa

O, gecə məni çox əsəbiləşdirdi. Deyir “sevgi yoxdur, sadəcə, öyrəşmək var”.
Bunlar heyvani hisslərdir!
Necə yəni sevgi yoxdur?
Sevgi yoxdursa, sən, mən, digərləri, insanlar, kainat nə üçün mövcuddur?! ALLAH bizi öyrəşmək üçün, ya məcburiyyət ucbatından yaradıb?!
Vəhşi heyvanından tutmuş, ağlı və şüurlu insanadək bu canlıları sevdiyi üçün yaratmadımı Tanrı?
Hələ dağlar, çaylar, meşələr, təbiət… Yazı zamanı qoyulan nöqtə, gördüyün və görmədiyin hər şey sevgi ilə yaradılıb…
İnsan oğlu şüurunu dərk etməyə başlamamışdan qabaq sevgini hiss edib… Hətta o, sevginin törətdiyi qısqanclığı da duyub.
Özümü tanıyandan sevgi qoxusu ilə böyümüşəm. Nənəm çox tez itirdiyi həyat yoldaşını sevdiyi üçün başqa kişi ilə izdivacı ağlının ucundan belə keçirmədi. Anam tez-tez savaşdığı həyat yoldaşı ilə illərdir evlidir. Qonşum yataq xəstəsi olan həyat yoldaşına bezmədən qulluq edir. Başqa bir qonşum gecə yuxu yatmadan sevdiyi Vətəninin keşiyini çəkir. Eloğlum yad məmləkətdə Vətən sevgisi uğrunda adam doğrayır. Bunlar sevgi deyil bəs nədir?
Eləcə də sən və ətrafındakılar…
Heç -həyatda niyə varsan – deyə özünə sual verdinmi? Kiməsə öyrəşmək üçün? Ya sadəcə, yeyib, yatıb, işə getmək üçün? Bəlkə elə bilirsən yad planetli, ya da robotsan? Oxuduğun kitablar sənə sevginin yoxluğunu deyir? Yoxsa çox ağıllı görünmək üçün nəyisə danmaq lazımdır?
Sevgi var, sadəcə, bu hissin bir xoşagəlməzliyi var. Yaradanın da, yaradılanın da ən zəif nöqtəsidir sevgi..
Elə olmasaydı, ALLAH bu qədər günahların və sitəmlərin qabağında insanı bağışlamazdı. Elə olmasaydı, doğma insanlar törətdikləri günahlara, etdikləri səhvlərə rəğmən yaxınlarının yanında olmazdılar.
Bəlkə sənin ən böyük qorxun da budur elə… Sevmək… Sevmək və zəif olduğunu düşünmək… Amma məncə, elə bunu düşünürsənsə, artıq sən zəif olduğunu qəbul edirsən…
Nəticə olaraq sənə deyim, yaddaşına həkk et: “Özün sevməyi bacarmırsansa, imkan ver sevgi yaşasın!”…

Aelita

Şərhlər:

  1. _Sia_ dedi ki:

    Bəlkə sənin ən böyük qorxun da budur elə… Sevmək… Sevmək və zəif olduğunu düşünmək…

    Derin menali sozlerdir.

    Gozel nitqiniz ve dusunceniz var.

  2. mR_bAkiNec dedi ki:

    Ne deyim suPeRDi eTaga:/
    saoL qaqa :'(

  3. Aelita dedi ki:

    mR_bAkiNec,
    qaqa?! bagislayin men qizam…)

    beyendiyinize sevindim

  4. _Sadece_B.G_ dedi ki:

    Necə yəni sevgi yoxdur?
    Sevgi yoxdursa, sən, mən, digərləri, insanlar, kainat nə üçün mövcuddur?! ALLAH bizi öyrəşmək üçün, ya məcburiyyət ucbatından yaradıb?![/b

    hmmm twkrlerr mence maraqli alinib

  5. Lucky Girl dedi ki:

    Deyir “sevgi yoxdur, sadəcə, öyrəşmək var”.

    mende bele duwunurem…

  6. sabinocka dedi ki:
    “Özün sevməyi bacarmırsansa, imkan ver sevgi yaşasın!”…
  7. gizem dedi ki:

    marqlidi supereeeee twk

  8. important life dedi ki:

    Nece yani heyvani hisdi.. Allah sevgini insanlar ucun yaradib.demeli bu heyvani hiss deyil.mende eseblewdim 🙂

  9. MeN_SeN dedi ki:

    mence sevgi var cunki mende 2 ildi birini sevirem amma o fil qulaqinda yatir:))) amma menim fikrimce sona qeeder geden 2 terefli sevgi yoxduu:)

  10. CooL_Man dedi ki:

    superrrrr…
    cox sag ol…

  11. Agresiv_qiz dedi ki:

    men sevgi yoxdur demiremindiki sevgilere inanmiramdeyirem ne bilim beloke soram fikrim deyiwecey bilmirem ama xebere gore tesekkurler

  12. Yasaksin_kalbime dedi ki:

    mence sevgi var.dogru adami tapmaq ucun dogru zaman lazimdi zamani gozlemek ise sebr lazimdi.tewekkurler

  13. SEBERT dedi ki:

    mence sevgi deye bir sey yoxdu ALLAHI ve valideynleri sevmekden basqa