Yalan (Nüsrət Kəsəmənli)

Yalan (Nusrət Kəsəmənli)

Ömürdən bir günü oğurlamışıq,
Qaçıb bölüşürük bu xəlvət yerdə.
Payızda ayrılan köçəri quşuq,
Kim bilir, bəkə də görüşdük bir də..

Boşalır ürəyin, dolur gözlərin,
Gecikmiş zamanı lənətləyirsən.
Dolaşıb dilində qalır sözlərin,
Özün də bilmirsən nə istəyirsən.

Örtür gözlərini yuxu xumarı,
Yuxun saçın kimi qarışıq düşər.
Fikirli keçərsən bu gün yolları,
ünvanın adımla dolaşıq düşər…

Dəli tək daş atdıq bu sakit gölə,
O daşı geriyə qaytarmaq olmur.
Bizim yalanımız yeriyir hələ,
Elə yeriyir ki, izi də qalmır.

Aça da bilmirik sirri heç kimə,
Elə, gizli-gizli alışırıq biz.
Bəlkə də bir doğru sevgi eşqinə,
Min yalan uydurub danışırıq biz…

_Sia_

Şərhlər:

  1. Aelita dedi ki:

    hmm gozel seirdi

  2. 90_EJ_062 dedi ki:

    kesemenlinin sherlerin hamisin cox beyenirem cox ela shair idi rehmetlik….

  3. Yeni urek dedi ki:

    Aça da bilmirik sirri heç kimə,
    Elə, gizli-gizli alışırıq biz.
    Bəlkə də bir doğru sevgi eşqinə,
    Min yalan uydurub danışırıq biz…SUPER

  4. mR_bAkiNec dedi ki:

    Dinlemiwem superdi !
    Ellerin derd gormesin qaqa :/

  5. DaRk_AnGeL dedi ki:

    Qeweng weirdi ellerine sagliq

  6. sabinocka dedi ki:

    NUsret Kesemenlinin kitablarini oxudugum ucun bu seiri esitmiwdim..tewekkur

    usret kesemenlinin kiablarini oxudugum ucun bu seiri esitmiwdim…tewekkur

  7. CooL_Man dedi ki:

    gozel weire gore teshekkurler…

  8. _Sia_ dedi ki:

    Coxsagolun dostlar, xeberlerimi deyerlendirmeyinize gore sizlere, haminiza tesekkurlerimi bildirirem…

    Reylerinize ve beyendiyinize gore sizlerin haminiza tesekkurlerimi bildirirem…

  9. Ninaska dedi ki:

    sheirchun chox sagol ..

  10. Məhəbbət Sakini dedi ki:

    Nüsrət Kəsəmənli çox yaşı şairdi gözəl şeirləri var buda o gözəl şeirlərdən biridi
    Təşəkkürlər