Səhv nədir?

İ.V. Hötenin belə bir fikri var “Bəzi adamlar heç vaxt səhvə yol vermirlər, çünki heç nə etmək istəmirlər”..Deyirlər səhv etmək insanlara məxsusdur. Bəs bizim “səhv etmək” anlayışımız nədir?

Hansı hallarda “filankəs səhv etdi” deyə qınamağa başlayırıq? Ən çox düşündüyüm məqam budur ki, niyə qarşımızdakı insanların nə yaşadığını bilmədən onu etdiyi hərəkətdə günahlandırmaqla qalmırıq, hələ bir “ağıl” verməyə də çalışırıq. Bizə səhv kimi görünən əslində onun doğrusudur. Sənin həyatının səhvləri başqalarının həqiqətləri, doğrularıdır. Və əksinə..Hətta səhv olsa belə onun səhvidir.

İnanın ki, başqasının ağlı ilə edilən və nəticə olaraq səhv olan yalnışlar daha ağır gəlir. Bu zaman özünü qınamağa başlayırsan ki, məgər mənim ağlım yoxdur?! Mənim fikrlərim yoxdur?

Məsləhət dinləmək normaldır. Bəzən də hörmətindən susub yalnışa doğru gedərsən. Lakin əsas olan insanların təsirinə düşməməkdir…Son olaraq öz həyatınızı yaşadığınızı unutmayın. Və başqalarını qınamaqdan, müzakirə obyekti etməkdən qurtarın. çünki, gec ya tez eyni hadisəni yaşayacaqsız…

Bəs sizin səhv anlayışınız nədir? Ya da ən böyük səhvim dediyiniz hal necə olub?
Bəlkə bir cəsarətli olub bir balaca etiraf edək..?

Ninaska

Şərhlər:

  1. CooL_Man dedi ki:

    "Bəzi adamlar heç vaxt səhvə yol vermirlər, çünki heç nə etmək istəmirlər"

    çox mənalıdır… təşəkkürlər…

  2. gizem dedi ki:

    xebere gore twkk marqli xeberdii sehv ele sehvdi ne duzelde nede sile bilmesen

  3. Aelita dedi ki:

    Bele heyatda sehvim cox olub. Ama he ckesi sehvine gore qinamamisam. ne qinamisam ne de ona gulmusem.hami sehv ede biler heyatda. cox sagol xebere gore gozel xeberdi

  4. DaRk_AnGeL dedi ki:

    Sehvsiz insan yoxdu esas oduki sehvini bawa duwub uzr istesin.Cox sagol xebere gore

  5. MeN_SeN dedi ki:

    xebere gore tesekkurler)

  6. nurlana77 dedi ki:

    Sehfsiz insan yoxdur. Sefsizem deyenede hewkim inanmaz. xebercun twkrler

  7. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    Xebere gore tesekkurler…

  8. _Sadece_B.G_ dedi ki:

    dogurdaneee goresen biz niye sehv edirik??????? twkrlerr maraqli yazi idi

  9. SoN_NeFeS dedi ki:

    Sitat: _Sadece_B.G_
    dogurdaneee goresen biz niye sehv edirik??????? twkrlerr maraqli yazi idi

  10. important life dedi ki:

    tewekkurler

  11. Prencess dedi ki:

    Sehvsiz insan yoxdu bu dunyada.Menim cox sehvlerim olub amma hec kimin sehvini uzune vurmamisam ve ve gulmemisem ,cunki hami sehv ede biler

    xebere ela idi twk ellerine sagliq

  12. sabinocka dedi ki:

    sehvlerimizide etiraf etmek cekinmemeliyik

    tewekkur