Səndən sonra

Səndən sonra

Səndən sonra başıma o qədər şeylər gəldi ki… Ehh.. Bilsən nə qədər yalnız və köməksiz olduğumu,bir bilsən nələr oldu,kaş ölərdim…
Sən mənə həmişə deyirdin ki,səhv eləmə…Amma mən,böyük sehvlər eldim…
indi cox pisəm,günlərim həmişəki kimi monoton və rəngsiz keçir,özümü xoşbəxt göstərməyə çalışıram
amma ürəyim qan ağlayır.Tez-tez Allaha şükür edirəm,mənə hər şeyi verdiyi üçün amma üreyimdə isə narazıyam
həmişə amma heç kimdən və heçnədən yox özümdən…Mən sənin qədər açıqsözlü və cəsarətli ola bilmədim..
Bəzən gecələr yorğanı başıma çəkib sakitcə ağlayıram,ürəyimdən qışqıra-qışqıra ağlamaq gəlir,amma səsimi çixarmıram ki
birdən kimsə eşidər. ..Hal hazırki bu məktubu…niyə yazıram..? heç özüm də bilmirəm…İçimdən yazmaq gəlir…

Səndən sonra

Nələr oldu həyatımda.. bir bilsən,nələr elədim…. getdin sen ayrilaq dedin,heç gözləmirdim səndən bunu mənə deyəcəyini…bağışlamaram sənə heç vaxt bunu,heç vaxt,düzdür,mən də sənə ayrılaq sözünü demişdim,amma ayrilmadım səndən,mənim vəziyyətimi başa düşmək olardı amma sən..niyə?
demək məni o gedər də sevmədin sən..hələ axırıncı günlər çox əziyyət çəkirdim,elə bir vəziyyətdə idim ki,
amma yenə də GEL AYRILAQ demədim sənə…Bir zindan yalnızlığı, ağır bir boşluq buraxdım geridə…
Haqlısan gedişində, bu eşqi bitirməkdə haqlısan..Bir söz söyləyə bilmədim.. Qarşında ağlamadım… əridim, tükəndim, bitdim. Sonsuzluqda bir insan necə olar.. səsi sorağı necə duyulur? Sən özünü heç mənim tək gərəksiz, mənim tək dəyərsiz, mənim tək yapa-yalnız hiss etdinmi? Ayrılıq ölüm qədər acı və soyuq..hallarda olduğumü kimsə bilməz.

Səndən sonra

Buraxdın bidən-birə, qanadlarım kəsildi indi heçbirşeyəm.Sən mənsiz necesən, bilmirəm. Rahatmısan,xoşbəxtmisən,
bu qədər tezmi meni unutdun?….
səni ilk dəfə görəndə Səni ilk andaca itirəcəyimdən qorxdum…çünki sən mənim istədiyimdən də çox mənə yaxın gəldin…
O son görüş..yadındadir? Hətta evə gələrkən əlimi tutdun..hələ heç vaxt əlimi elə tutmamışdın..ele bil bilirdin ki axrıncı dəfə tutursan əlimi…
Gözlərim dolub,yenə dərinliyə gizlənən bir acı həqiqət qəlbimi sıxıb ağrıdır…
Ağlamaq istəyirəm,amma bu sevgi üçün ağlamayacağıma söz vermişem…Sanki içimdə bir ağacı kökündən qırdılar..
Bilmirəm sən günahkar oldun,yoxsa mən?

Səndən sonra

Soyuq otaqlar,elvidalar,qaranliqlar,geceler qalib mene.Bilirəm sen də tənhasan,qelbin tənhadır…bəlkə də yox…
bəlkə artıq başqa birini sevirsən…
Bizim buralarda artıq yağış yağmağa başladı.Əvvəllər yagış yağanda,qəlbimdən dərdləri yuyub aparardı,indi isə…. Artıq o hisslər yoxdur,yağışa dayanmadan yağ deyirəm,bəlkə bu dərdləri o yuyar deyirəm,amma artıq yağışda leysan etsədə bu dərdləri, bu yaraları yuya bilmir.uzaqdayam indi səndən…çox uzaqdayam…her şeydən,hər kəsdən uzağdayam…

Səndən sonra

Nə vaxtsa qarşılaşacağıq bəlkədə,bəlkədə bir birimizə təbəssümlə, amma ağlayan qəlbimizlə baxacayiq,
Bəlkədə tanımayacayiq birbirimizi,sadəcə hansısa bir rüzgar nəsə pıçıldayacaq qulağımıza,sonradan anlayacayıq bir birimizi gördüyümüzü.Bəlkədə o anda gizlənmiş bu sevgi qırılmış qəlbimizi birdaha parça parça edecek,xatirələr gözümüzün onundə firlanacaqlar,dayana bilməyəcək gözlər,bəlkədə yaş axacaq… Bir bax gəzdiyin yollar bele səni gözləyir…
Söylə bir zamanlar mənə aid olan amma tutmasini bacarmadigim o isti əllerini indi başqaları tutur elədirmi?
Səni başqaları qoxuyub başqası öpür eledirmi?
Off əzabımı heç kəs anlamaz,heç kəs bilməz səni necə sevdiyimi.Bit tək mən bilirəm qəlbimin necə sızladıgını,sevginin insana necə əzab verdiyini bir tək mən bilirəM…
Mənim hər şeyim idin…
Gecələr boyu yuxusuz qaldim səni düşünməkdən..sənə bu məktubu yazmaq istiyirdim,amma bu istəyi qəlbimdə dərinliyə basdırdım.Indi isə məktubum yazılıbdır,mektubum bir gün kim tərəfindən oxunacaq,bilmirəm…
Oxuyanlar bəlkə güləcəklər,bəlkədə ağlayacaqlar,soruşacaqlar öz-özlerinə,Bu sevginin nə kimi xatirələri olduğunu,
bizim kim olduğumuzu,,sevgimizin uzun ehvalatını,amma bu bizim sirrimiz qalacaq.. ..
Nə deyirsən bu da Allahın bir sınağı deyilmi bizim ucun? Sil göz yaşlarını! Nədən göz yaşların mənimkilərlə yarışır?
Artıq sil göz yaşlarını..Demək ki, ayrılmağımızı istədin… Son olaraq isə kiçik bir istəyim olacaq sənden.
Arxana dönüb gözü yaşlı gözlərin ile mənə baxma oldumu?

Səndən sonra

Səni sevdim.Bəli,bunu inkar etmirəm.Səni sevməklə həyatımın ən böyük səhvini etdim.Səni sevdiyim gündən bu yana həyatımda hər şey dəyişdi.Qəlbim səni söküb ata bilmədi.Kədərim artdıqca artdı.Amma sən bunun fərqində belə deyildin.Sən,məni sevdiyini söyləyən insan indi heç üzümə belə baxmırsan.
Sən,məni həyatda hər şeydən çox sevən insandın guya ki.Mən sənə inandım qəlbimi sənə verdim.Mən həyatda hər şeyə inanardım da mən üz üstü buraxıb gedəcəyini heç düşünməzdim.Sən bilirsən mən nələri itirmişəm?
Gülümsəməyi və yuxunu.Sənin üçün .Tək sənin üçün.Vəfasız və sevginin nə olduğunu bilməyən bir insan üçün mən illərimi itirmişəm.
Ən əsası mən qəlbimi itirmişəm.Tək sənə görə.Məni yenidən sevəsən deyə.Dünyaya belə hayqırdım səni sevdiyimi ama nafilə.
Əlvida tək sevdiyim!Bəlkə bir daha görmədim səni!Amma qəlbimdə həmişə sən olacaqsan! Sağol bəlkə belə unudabildim səni ama heç inanmıram!

Angel-Feride

Şərhlər:

  1. CooL_Man dedi ki:

    Cox sag olun xebere gore

  2. Miss_KaPRizZ of_cAdI dedi ki:

    Pis oldum.. gozel xeberdi nebilime heyatdida

  3. Aelita dedi ki:

    Tez-tez Allaha şükür edirəm,mənə hər şeyi verdiyi üçün amma üreyimdə isə narazıyam

    Allahdan her seye gore raziyam ama sevgi derdi zamani her seye nifret edib bezirem her seyden

  4. DaRk_AnGeL dedi ki:

    Cox sagol qeweng xeberdi ellerin derd gormesin))

  5. nurlana77 dedi ki:

    :'( xebercun tewekkurler……

  6. _Sia_ dedi ki:

    Bir gun mensiz olacaqsan, sensiz olacagam demeye gelmir dilim…

    Resul Rza

    Gozel nitqiniz var.

  7. _Sadece_B.G_ dedi ki:

    hmm cox tesirli alinib eziyyete gore twk

  8. important life dedi ki:

    neeem ewwi :\\

  9. Prencess dedi ki:

    nemmmee heyatdida yasayiriq

    cox tesirli alinib twk

    ellerin derd gormesin

  10. MeN_SeN dedi ki:

    coxx gozelldii.. xebere gore tesekurrlerrrrrr
    ellerin derrd gormesin)))

  11. sabinocka dedi ki:

    Səni sevdim.Bəli,bunu inkar etmirəm.Səni sevməklə həyatımın ən böyük səhvini etdim.Səni sevdiyim gündən bu yana həyatımda hər şey dəyişdi.Qəlbim səni söküb ata bilmədi.Kədərim artdıqca artdı.Amma sən bunun fərqində belə deyildin.Sən,məni sevdiyini söyləyən insan indi heç üzümə belə baxmırsan.

    senden sonra arasamda oncesini………………………………..