Əsas ”geyim” yox ”ağıl”-dır
Köhnə paltar geyinmiş və kasıb bir alim məclisə gəlib yuxari başda yer alır. Molla bu adama hirsli hirsli baxır və köməkçisini o adamla danışmağa göndərir. Köməkçisi alimin yanına gəlir və deyir:
– Burdan qalx. Bura sənin yerin deyil. Hərkəs məclisin yuxarı yerinə layiq ola bilməz. Sənin yerin aşağıdadır. Ya ora get, ya da məclisi tərk et.
Alim baxır görür ki, mütləq durmalıdır, durub aşağıda oturur. Bu zaman alimlər islam elmi haqqında mübahisə etməyə başlayırlar.
– Xeyir, bəli, qəbul etmirəm, mən düzəm şəklində mübahisə davam edir.
Kasıb alim buna dözə bilməz və ayağa durub:
– Zəhmət olmasa məni dinləyə bilərsiniz? Bu mövzuda deyəcəklərim var. –deyir.
– Buyurun, yaxşı bir şey bilirsənsə danış.
Alim elə danışır ki, məclisdə hərkəs sakitləşib, onun nitqinə qulaq verir və doğru olduğunu görür. Bunu görən molla özünü pis hiss edir və səhvini yumaq üçün alimin yanına gəlir.
– Əfsuslar olsun ki, sənin qiymətini bilmədim. Məclisə gəldiyiniz üçün sizə dərin minnətdarlığımı bildirirəm. Bu çalmanı məndən hədiyyə olaraq qəbul edin – deyib çalmanı köməkçisinə verir ki, alimin başına bağlasın.
Lakin alim:
– Dayan, o çalmanı başıma bağlama, çünki onu başıma bağlasam, təkəbbürlü olaram, sabah köhnə paltarda birini görsəm onu bəyənmərəm. Sən sən ol, geyimə görə, çalmaya və saqqala görə adam ölçmə, çünki çalma parçadandır, saqqal isə bir ovuç ot kimidir. İnsan başına ağıl və beyin lazımdır. – deyərək onların hədiyyəsini rədd edər
Yenilənib:
Bu zemanede esl yeri var bu hekayenin. coxlari indi bele dusunur evvel geyim sonra insanligi, agili ve sexsiyyeti arxa planda qalir
Tewekkur.oxumuwam bunu. Allah razi olsun
tesekkurler Allah razi olsun
Teshekkur!
Elbetdeki her weyden onemli aqildir!
maraqli idi Allah razi olsun
Duzdu. Quranda yazilmisdi ki her hansi insan ozunu basqalarina gostermek ucun hansisa paltari geyinirse o o paltari soyunana qeder Allahla elaqesi kesiler. Cox gozel xeberdi. cox sag ol
tam raziyam. seliqeli olduqda onun kohne teze si hec ferq etmez
insani geyime gore qarwilayib agila gore yola salirlar
twkrlerrr
ALLAH razi olsun.mencede insanlara geyimnen qiymet vermek olmaz
insani geyimine baxib qarsilayar,aglina baxib yola salarlar.
Beyendiyinize sevindim..