Сamaat namazı haqqında hədislər (1-ci hissə)
Сamaat namazi haqqinda hedisler (1-ci hisse)
ﺭ : ﻗٰﺎﻝَ: ﻗٰﺎﻝَ ﻋَﻠِﻲٌّ :– ﻣَﻦْ ﺳَﻤِﻊَ ﺍﻟﻨِّﺪٰﺍﺀَ ﻓَﻠَﻢْ
ﻳُﺠِﺒْﻪُ ﻣِﻦْ ﻏَﻴْﺮِ ﻋِﻠَّﺔٍ ﻓَﻼٰ ﺻَﻼٰﺓَ ﻟَﻪُ ؛
İmam Baqir (ə), imam Əli (ə)-ın belə
buyurduğunu nəql etmişdir:
“(Camaat namazının) azan səsini
eşitdiyi halda, heç bir üzürlü səbəb
olmadan cavab verməyən şəxsin
namazı yoxdur (namazı qəbul
deyildir).”
“Vəsailuş-şiə” /5/375.
ﻗٰﺎﻝَ ﺭَﺳُﻮﻝُ ﺍﻟﻠﻪِ : ﺍِﻣٰﺎﻡُ ﺍﻟْﻘُﻮْﻡِ ﻭٰﺍﻓِﺪُﻫُﻢْ
ﻓَﻘَﺪِّﻣُﻮﺍ ﻓِﻲ ﺻَﻼٰﺗِﻜُﻢْ ﺍَﻓْﻀََﻠَﻜُﻢْ ؛
Peyğəmbəri-Əkrəm (c)
buyurmuşdur: “Hər bir dəstənin
camaat namazının imamı onların
Allah dərgahındakı
nümayəndəsidir. Belə isə, öz
namazınızın imamı üçün ən
yaxşılarınızı seçin.”
“Biharul-ənvar” /88/109.
ﻗٰﺎﻝَ ﺭَﺳُﻮﻝُ ﺍﻟﻠﻪِ : ﺻَﻼٰﺓُ ﺍﻟﺮَّﺟُﻞِ ﻓِﻲ ﺟَﻤٰﺎﻋَﺔٍ
ﺧَﻴْﺮٌ ﻣِﻦْ ﺻَﻼٰﺗِﻪِ ﻓِﻲ ﺑَﻴْﺘِﻪِ ﺍَﺭْﺑَﻌِﺒﻴﻦَ ﺳَﻨَﺔً .
ﻗِﻴﻞَ: ﻳٰﺎ ﺭَﺳُﻮﻝَ ﺍﻟﻠﻪِ! ﺻَﻼٰﺓ ﻳَﻮْﻡٍ ؟ ﻓَﻘٰﺎﻝَ:
ﺻَﻠﻮٰﺓٌ ﻭٰﺍﺣِﺪَﺓٌ ؛
Peyğəmbəri-Əkrəm (c)
buyurmuşdur: “İnsanın camaatla
namaz qılması öz evində (tək-
tənha) qıldığı qırx illik namazdan
yaxşıdır. Allahın Rəsulundan “bir
günün namazımı?” – deyə
soruşulduqda, o həzrət buyurdu:
“(Xeyr!) Yalnız bir namaz. (Yəni
camaatla qılınan bir namaz tək-
tənha qılınan qırx illik namazdan
fəzilətlidir.)”
“Vəsailuş-şiə” /5/374.
ﻗٰﺎﻝَ ﺭَﺳُﻮﻝُ ﺍﻟﻠﻪِ : ﻳٰﺎ ﺍَﻳُّﻬٰﺎ ﺍﻟﻨّٰﺎﺱُ ﺍَﻗِﻴﻤُﻮﺍ
ﺻُﻔُﻮﻓَﻜُﻢْ ﻭَ ﺍَﻣْﺴِﺤُﻮﺍ ﺑِﻤَﻨٰﺎﻛِﺒِﻜُﻢْ ﻟِﺌَﻼٰ ﻳَﻜُﻮﻥَ
ﻓِﻴﻜُﻢْ ﺧَﻠَﻞٌ ، ﻭَ ﻻٰ ﺗُﺨٰﺎﻟِﻔُﻮﺍ ﻓَﻴُﺨٰﺎﻟِﻒَ ﺍﻟﻠﻪُ ﺑَﻴْﻦَ
ﻗُﻠُﻮﺑِﻜُﻢْ ﺍَﻻٰ ﻭَ ﺍِﻧِّﻲ ﺃَﺭٰﺍﻛُﻢْ ﻣِﻦْ ﺧَﻠْﻔِﻲ ؛
Peyğəmbəri-Əkrəm (c) bir dəstə
adama xitab edərək buyurmuşdur:
“Ey camaat! Camaat namazının
cərgələrini nizama salın, aranızda
fasilə və ayrılıq düşməsin deyə,
çiyin-çiyinə durun. Səflərinizi
pozmayın, (əks halda) Allah sizin
qəlblərinizi bir-birindən
uzaqlaşdırar. Agah olun ki,
həqiqətən, mən sizi (camaat
namazının səflərinin nizam-
intizamlı olub-olmamasını) arxa
tərəfimdən görürəm.”
“Səvabul-əmal” /520.
ﻗٰﺎﻝَ ﺭَﺳُﻮﻝُ ﺍﻟﻠﻪِ : ﻟَﺎَﻥْ ﺍُﺻَﻠِّﻲَ ﺍﻟﺼُّﺒْﺢَ ﻓِﻲ
ﺟَﻤٰﺎﻋَﺔٍ ﺍَﺣَﺐُّ ﺍِﻟَﻲَّ ﻣِﻦْ ﺍَﻥْ ﺍُﺻَﻠِّﻲَ ﻟَﻴْﻠَﺘﻲِ ﺣَﺘّﻲٰ
ﺍُﺻْﺒِﺢَ؛
Peyğəmbəri-Əkrəm (c)
buyurmuşdur: “Mənim nəzərimdə
sübh namazını camaatla qılmağım,
gecəni sübhə qədər oyaq qalıb
ibadətlə məşğul olmaqdan daha
sevimlidir.”
“Kənzül-ümmal”, 8-ci cild, hədis:
22792.
ﻗٰﺎﻝَ ﺭَﺳُﻮﻝُ ﺍﻟﻠﻪِ : ﻣَﻦْ ﺻَﻠّﻲٰ ﺧَﻠْﻒَ ﻋٰﺎﻟِﻢٍ
ﻓَﻜَﺎَﻧَّﻤٰﺎ ﺻَﻠّﻲٰ ﺧَﻠْﻒَ ﺭَﺳُﻮﻝِ ﺍﻟﻠﻪِ ؛
Peyğəmbəri-Əkrəm (c)
buyurmuşdur: “Hər kəs alimə iqtida
edib namaz qılsa, sanki Allahın
Rəsuluna iqtida edib onun
arxasında namaz qılmışdır.”
“çehel-hədis” /18.
Yenilənib:
Allah razi olsun!
men 1-ci kursdan qilacam namazi. cox sag ol xebere gore. Allah razi olsun.
Allah razi olsun cox saol xebere ucun)
buyurmuşdur: "Mənim nəzərimdə
sübh namazını camaatla qılmağım,
gecəni sübhə qədər oyaq qalıb
ibadətlə məşğul olmaqdan daha
sevimlidir."
ALLAH Sizden De Razi olsun !…
Reylerinize ve beyendiyinize gore sizlerin haminiza tesekkurlerimi bildirirem…
ﻓَﻜَﺎَﻧَّﻤٰﺎ ﺻَﻠّﻲٰ ﺧَﻠْﻒَ ﺭَﺳُﻮﻝِ ﺍﻟﻠﻪِ ؛
Peyğəmbəri-Əkrəm (c)
buyurmuşdur: "Hər kəs alimə iqtida
edib namaz qılsa, sanki Allahın
Rəsuluna iqtida edib onun
arxasında namaz qılmışdır."
"Çehel-hədis" /18.
[/center]
Chox Sagol ..