Yaradanı Rəbb kimi qəbul etmək

Yaradanı Rəbb kimi qəbul etmək – Cümə söhbətləri

Mübarək Ramazan ayını arxada qoyduq. Bu ayın verəcəyini hərə öz tutumuna uyğun götürə bildi. Nəticə etibarilə, İlahi ziyafətdə kim necə istədisə, eləcə iştirak etdi. Eləsi var ki, bu ayın necə gəlib-getməsinin fərqinə belə varmadı, digərləri isə çalışdı nələrisə əxz etsin. Və mübarək ayın mühüm yekunlarından biri o oldu ki, inanc sahibləri mübarək dinimizi toplumda, dünyada imkanları qədər yaymağa səy etdilər.

Mükalimə dünyası

Bu gün dünya mükalimə, dialoq dünyasıdır. Bu gün dünya müxtəlif mədəniyyətlərin, sivilizasiyaların, müxtəlif dünyagörüşlərinin, müxtəlif əxlaqi-fəlsəfi məktəblərin dialoq dünyasıdır. Bunun gözəlliyi bundan ibarətdir ki, 14 əsr bundan qabaq bu dialoqu başlayan Əziz Rəsulullahımızın (s) o arzuları bu gün həyata keçir. Dünya bu gün intellektual səviyyədə, əql, şüur səviyyəsində bir həddə çatıb ki, qarşı-qarşıya oturub, tərəf müqabilini dinləyib və tərəf müqabilinin söylədiklərini saf-çürük edib, bəhrələnə bilir.

Yaşadığımız dönəm praqmatizm dönəmidir, dünya praqmatizm dünyasıdır. Konkret hansısa bir düşüncə məktəbi nə isə ortalığa, meydana çıxara bilirsə, o məktəb artıq qəbul edilir. Son illər ərzində əziz dinimizə yönələn insanların İslama gəlmələrinin əsas səbəbi – mübarək İslam dininin hansısa mücərrəd yox, hansısa kitablarda yazılan yox, insanın real necə yaşamasını, real necə kamilləşməsini, onun real necə bu dünyada nəyi edib, nəyi etməməsini ən gözəl tərzdə müəyyənləşdirməsidir.

İslam dininin dünyanın bu gün belə bir dialoq mərhələsinə gəlməsində fövqəladə təsirləri olmuşdur. Bu sivilizasiyanın, dünyagörüşünün, düşüncə tərzinin, bu ilahi vəhyin insanın azadlığı haqqında, hüquqları haqqında nə söylədikləri bu gün də öz aktuallığını saxlayır.

Biz görürük ki, dünya həmişə bu məsələlərdə ya ifrata gedib, ya da təfritə. Ya fərdin eqoist təfəkkür sistemi qalib gəlib, ya əksinə cəmin, toplumun eqoizmi qalib gəlib. Amma mübarək dinimiz bunların heç birini təklikdə qəbul etmir. Mübarək İslam insana ən optimal yaşayışı, ən mötədil yaşayışı, ədl üzərində normal yaşamağı öyrədir. Dinimizə görə, həm fərdin azadlıqları var, həm də toplumun. Həm fərdin haqları və hüquqları qorunur, həm də sosio-zərurətlər qorunur.

SoN_NeFeS

Şərhlər:

  1. CooL_Man dedi ki:

    Allah razi olsun!

  2. Ninaska dedi ki:

    Paylashdikinchun Chox Sagol ..

  3. Prencess dedi ki:

    maraqli xeber idi ALLAH RAZI OLSUN

  4. nurlana77 dedi ki:
    Allah razi olsun
  5. sabinocka dedi ki:

    Allah razi olsun

  6. mR_bAkiNec dedi ki:

    Elhemdirullah!
    Saol qaqa super ! :/

  7. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…

  8. important life dedi ki:

    Ramazan ayinda bu saytda da gözel islami xeberler oldu ki, bu da islami duzgun yayilmasina ve möhkemlenmesine kömek oldu. Allah kömeyin olsun. Tewekur

  9. gizem dedi ki:

    ALLAH RAZI OLSUN TWK

  10. DaRk_AnGeL dedi ki:

    Maraqli xeberdi ALLAH RAZI OLSUN

  11. MeN_SeN dedi ki:

    superdi tesekkurlerrrrrr

  12. Aelita dedi ki:

    oxudum yarisini gozel xeberdi. cox sag ol

  13. Miss_KaPRizZ of_cAdI dedi ki:

    Allah razi olsun deyerli xeberdi..

  14. _Sadece_B.G_ dedi ki:

    ALLAH RAZI OLSUN!