Yazdığınız yazıya görə xarakterləriniz

BİR yazıya baxar baxmaz, gözümüzə çarpan ilk şey, hərf və sözlərin iriliyi və xırdalığıdır.

İRİ YAZI: Böyük iri hərflərlə yazı yazan insan böyük və möhtəşəm şeylərə, təntənə və nümayişə maraqlıdır. Məsələn bir bina evində yaşamaq bu insanı əsla təmin etməz. Onun gözü geniş və fərah, çox otaqlı evlərdə və villalardadır. Özünü maraq sahəsinin mərkəzi olaraq görər. Comərd və yaxşı ürəkli olsa belə etdiyi yaxşılıqları ətrafa yaymadan içi rahat etməz. Səsi dərin, hərəkətləri gösterişlidir. Onun ən birinci ayırd edici xüsusiyyəti hər kəsə və hər şeyə göstərdiyi dostluq, sevgi və cömertliktir. Bu dostluğun çox şişirdilmiş olanından çəkinin, çünki bu şəxslər son dərəcə hiyləgər ola bilərlər.

Orta böyüklükdə YAZI: mənən və maddədən yığcam, müntəzəm olan insanın bu xasiyyəti yazısına da əks olunar. Belə kəslərin yazısı nə çox iri, nə də çox xırdadır. Kağızın boyuna görə mütənasib olduğu kimi, hərflər də bir-birinə mütənasibdir. Belə bir insanın üstü başı kimi çalışdığı, oturduğu və yaşadığı yer də müntəzəmdir.

KİçİK YAZI: Tədbirli etinalı və diqqətli bir adamın yazısı kiçik və hərfləri bir-birinə bitişikdir. Belə yazı yazanlar yeni işlərə atılmaqda, bilmədikləri sahələrdə sınaqlar etməkdə tərəddüd edirlər. Ortaya çıxmaqdansa geri planda qalmağı seçim edirlər. Bəzən utancaq və ürkək olurlar. Öz özlərinin qurduqları kiçik bir dünyada yaşayırlar. Öyünməyii sevən və qışqırıb çağıran kəslərin bu insanları təsirləri altına almaları çox asandır.

QISA hərfi müntəzəm OLARSA: Qısa hərflərdən , saitlər və “c, ç, r, v, s” kimi boyları qısa olan harflərdir. Yazı yazarkən bu qısa hərfləri bir-birinə bərabər və eyni boyda yazan kəslər, detallara və intizama diqqət etməyə maraqlıdırlar. Belə yazı, yazanın həyatdakı sadə zövqləri sevdiyini göstərir. Bu şəkildə yazı yazanlar dəbdəbəli deyildirlər və gözə batmazlar. Pal paltarları gözə çarpmadan diqqəti çəkəcək tipdədir. İşləri sistemli həyatları müntəzəmdir.

QISA hərfi müntəzəm deyilsə: Qısa hərfləri bəzəni, böyük, bəzən kiçik olaraq qeyri müntəzəm yazan kəslər əsəbi insanlardır. Bəziləri yaradılışdan, bəziləri isə sonradan sinir pozğunlu nəticəsində əsəbi olar. Həyatlarından məmnun deyildirlər və hadisələrə qarşı dözümsüzdürlər.

Ninaska

Şərhlər:

  1. Miss_KaPRizZ of_cAdI dedi ki:

    ayipdir soylemesi her olcude buyuk kucuk fark etmez iyi yazarim xD

  2. mR_bAkiNec dedi ki:

    Oxumadim :/
    EMeye hormet twk

  3. _Sadece_B.G_ dedi ki:


    Orta böyüklükdə YAZI

    QISA hərfi müntəzəm deyilsə
    duzdu xarakterim. xettim normaldi ama muntenzem deyil.twkrlerr bilmirdim

  4. Aelita dedi ki:

    KİÇİK YAZI,QISA hərfi müntəzəm OLARSA. duzdu cox sag ol xebere gore

  5. Yasaksin_kalbime dedi ki:

    xebere gore tewekkurler.

  6. _Sia_ dedi ki:

    Genc Psixoloq oldugum ucun bunlarin hamisini oxumuşam.

    Bu xəbəri yerləşdirməklə gozəl duşunmusunuz…

    Xebere gore tesekkurler…

  7. polo dedi ki:

    LadyGirl,
    dene prizdentle aran yaxsidiki:))))))))

  8. important life dedi ki:

    orta boylu yaziram.thanx

  9. sabinocka dedi ki:

    menimcun hec bri uygun deyil..esebi vaxti ilan qurbaga biri iri bri balaca..kefime baxir.KEfim yaxwi olanda naxiw vururam…….

  10. DaRk_AnGeL dedi ki:

    Cox sagol maraqli idi..))

  11. Prencess dedi ki:

    iri yazi ve qisa herfleri muntezem deyilse

    xebere gore twk maraqli idi

  12. CooL_Man dedi ki:

    KİÇİK YAZI: Tədbirli etinalı və diqqətli bir adamın yazısı kiçik və hərfləri bir-birinə bitişikdir. Belə yazı yazanlar yeni işlərə atılmaqda, bilmədikləri sahələrdə sınaqlar etməkdə tərəddüd edirlər. Ortaya çıxmaqdansa geri planda qalmağı seçim edirlər. Bəzən utancaq və ürkək olurlar. Öz özlərinin qurduqları kiçik bir dünyada yaşayırlar. Öyünməyii sevən və qışqırıb çağıran kəslərin bu insanları təsirləri altına almaları çox asandır.

    dogrudur teessuf :((

  13. gizem dedi ki:

    boyuk yazii duzdu twkk maraqliydiyee