Buruq saçlarla necə baş etməli?

Buruq saçlarla necə baş etməli?
Baxımı ən çətin saç növlərindən olan buruq saçlara necə hökm edə bilərik.
Buruq saçları olanlar yaxşı bilər; onlarla baş etmək sanıldığından çox daha çətindir. Baxımlı görünən, parlaq saçlara sahib olmaq üçün buruq saçlara hər zaman yaxşı baxmaq lazımdır. Doğru şampun, doğru saç kremi, doğru baxım vəsaitlərindən istifadə etmək əhəmiyyətlidir. Budur hər kəsi qısqandıran saçlara sahib olmanız üçün buruq saçlara xüsusi baxım ipucları…

Yuyarkən əvvəl saç kremi, sonra şampun istifadə edin
ümumiyyətlə saç yumada əvvəl şampun sonra saç kremi istifadə edilİr. Evoria, buruq saçlar üçün tam tərsini təklif edir. Buruq saçlara sahib olanlar, saçlarını yuyarkən saçlarını yaxşıca islatdıqdan sonra diblərinə dəyməyəcək şəkildə kremləməlidirlər. Təxminən iki dəqiqə gözləyib bol suyla durulamalı,ardından saçları bir-birinə qarışdırmadan, İNCƏ hərəkətlərlə şampuanlamalıdırlar.Bu sayədə buruq saçlar daha asan daranacaq və elektriklənməyəcək. Buruq saçlar üçün ideal saç yuma aralığını isə bir gündür.Saçları bir gün arayla yumaq; saç sağlamlığını qorumaq və asan şəkilləndirmək üçün idealdır.

Bitki köklü şampunları seçin
Buruq saç təmizliyi üçün mütləq bəsləyici və nəmləndirici xüsusiyyətə sahib məhsullar seçilməlidir. Quru, yağlı ya da normal quruluşa sahib saçların hər biri üçün xüsusi hazırlanmış şampunlar seçilməli və bunları istifadə etmək vərdiş halına gəlməlidir. Xüsusilə, buruq saçlar üçün,tərkibindəki zənginləşdirilmiş bitki özləri sayəsində buruq və dalğalı saçları köhnəlməyə qarşı qoruyan və elektriklənməyi azaldaraq hamarlaşdıran şampunlar seçilməlidir. Buruq saçlara Pielorun bitki köklü şampunları məsləhət görülür. Bu cür şampunlar, saçları təmizləyərkən saçların sağlam və gözəl olması üçün lazımlı reanimasiyasnı təmin edir.

Durulama suyu soyuq olmalıdır.
Şampunlanmış saçı durulamağ üçün istifadə edilən suyun soyuq olması, saçların parlaq və yumşaq olmasını təmin edər. Soyuq su; saçın ən üst layını örtər və elektriklənməsini qabaqlayar.Saçı tamamilə qurutmanın da çox əhəmiyyətli olduğu deyilir. çünki saçlarda nəm qalsa,əlavə buruqlaşmağa səbəb olacaq və saçın təbii görünüşünü pozacaq.

Bütün bunları etdikdən sonra, saçların qalıcı bir şəkildə dalğalı dayanması və daha parlaq görünməsi üçün saçlara maşa tətbiq oluna bilər. Qurudulan saçların parça parça maşaya burub bir neçə saniyə gözlədilməsi, daha yumşaq və düz bir görünüş üçün kifayət olacaq.

DaRk_AnGeL

Şərhlər:

  1. Miss_KaPRizZ of_cAdI dedi ki:

    maraqli melumatlardi ve ehtiyacim da var bu meslehetlere..
    Buruq sac bas belamdi yerivar

  2. important life dedi ki:

    Tewekkurler.saclarim düzdü

  3. Yasaksin_kalbime dedi ki:

    tewekkurler saclarim coxda buruq deyil.

  4. sabinocka dedi ki:

    tewekkur……..yeni sawlarim rahatda deyil tam buruqda deyil /nemmmmmmmmmmmmmmmmm tewekkur

  5. polo dedi ki:
    eh menimde saclarim dehwet buruq idi amma kesdikce ele bil acildi indi dalgavari buruqdu amma sacim cox nazikdi ve tez-tez yaglanir her iki gunden bir sacimi yumali oluram amma ujey bezdim.. bilmirem ne edim bir bilirse yazsin zehmet olmassa
  6. Aelita dedi ki:

    menim sacim buruqdu hamsini oxudum cox lazim oldu. cox sag ol xebere gore

  7. MeN_SeN dedi ki:

    oxumadim sorry cunki menim saclarim duzdu mene aid deil :)yene tesekkurrrrrrrr

  8. _Sadece_B.G_ dedi ki:

    hmm menim de saclarim buruqdu ama yaxsi qalir mene ama lazimli xbrdi. twkrlerr

  9. Ninaska dedi ki:

    men isdirem sachim burulsun ama burulmur heddinden artik duzdu .. bururamda biraz kecenden sonra achilir.. xeber menim sachlarima aid olmasada bele chox sagol ;)))

  10. _Aynur_ dedi ki:

    Cox saq ol xebere gore …