Tibbdə ağıla sığmaz faktlar

Tibb elmi çox qədim və həssas elmdir. Axı insan bədəni özündə bir sıra sirləri gizlədir. Bu səbəbdən tibbi öz mülahizələrində orta statistikanı götürür.

İnsan dəyişkən, plastik olduğundan qəbul olunmuş standartdan tam fərqli faktlara da rast gəlmək mümkündür.

1. 1980-ci ildə Corciya xəstəxanasına müraciət edən Uill Consda insan bədəni üçün ən yüksək temperatur – 46,5 S qeydə alınıb. 24 gündən sonra o, xəstəxanadan evə buraxılır.

2. İnsan üçün ən aşağı temperatur isə 1994—cü ilin fevralın 23-də Kanadada Recayn şəhərində qeydə alınıb. İki yaşlı Karli Kozolofski qapının çırpılması nəticəsində 6 saat mənfi 22 dərəcə soyuqda qalıb. O, tapılanda bədənin temperaturu 14,2-yə düşmüşdü və bu, tibbit faktdır.

3. Kompulsiv davranışları ilə diqqəti çəkən qadının qarnından 2533 əşya tapılıb. Bunların arasında 947 ingilis sancağı da var imiş. Qadın isə sadəcə qarnında «yüngül sancıdan» şikayət edib.

4. Nevroloji sarsıntıdan əziyyət çəkən daha bir qadının qarnından isə 2,35 kq ağırlığında tük yığını çıxarılıb. Bu, insan qarnından çıxarılan ən ağır əşya kimi tibb tarixinə düşüb.

5. Bəzi xəstələr udduğu dərman preparatlarının sayına görə rekordsmen sayılırlar. Bunlardan biri də zimbabveli K.Kilnerdir. O, 21 il ərzində 565939 həb qəbul edib. İynə vurdurmaq birinciliyi isə böyük britaniyalı Samuel Deyvidsona məxsusdu. O, ömür boyu 78900 insult iynəsi vurdurub.

6. ABŞ-lı çarlz Yensen 1954-1994-cü illər ərzində 970 əməliyyatdan keçib.

7. Ən uzun müddətli əməliyyat isə 96 saat ərzində yumurtalıqdan kistanın götürülməsi olub. Bu zaman pasiyentin çəkisi 280 kq-dan 140-a düşüb.

8. Norveçli balıqçı Yan Revsdal dekabr ayında Bergan rayonunda gəmidən suya yıxılır. Nəticədə onun bədəninin temperaturu 24 dərəcəyə düşür, ürəyi isə 4 saatlığına dayanır. Bu, tam sağalma ilə nəticələnən ən uzun ürək dayanmasıdır.

Ninaska

Şərhlər:

  1. Miss_KaPRizZ of_cAdI dedi ki:

    vauu maraqli faktlardi heqiqeten..

  2. important life dedi ki:

    bele faktlar gözlemirdim.maragliydi.twk

  3. CooL_Man dedi ki:

    8. Norveçli balıqçı Yan Revsdal dekabr ayında Bergan rayonunda gəmidən suya yıxılır. Nəticədə onun bədəninin temperaturu 24 dərəcəyə düşür, ürəyi isə 4 saatlığına dayanır. Bu, tam sağalma ilə nəticələnən ən uzun ürək dayanmasıdır.

    book maraqlidir teshekkurler

  4. UNDERCOVER dedi ki:

    maraqli xebere gore 4ox saol

  5. Slatkaya dedi ki:

    xebere gore twk

  6. Aelita dedi ki:

    hmm maraqlidi… hele qadinin qarnindaki tuk vabse vahimelidi. Allah uzaq elesin. cox sag ol

  7. _Sadece_B.G_ dedi ki:

    . 1980-ci ildə Corciya xəstəxanasına müraciət edən Uill Consda insan bədəni üçün ən yüksək temperatur – 46,5 S qeydə alınıb. 24 gündən sonra o, xəstəxanadan evə buraxılır.

    men de 41 olmuwam 5 selsi de qalxsaydim xeste

  8. Yasaksin_kalbime dedi ki:

    xebere gore tewekkurler

  9. DaRk_AnGeL dedi ki:

    Coox maraqli idi tewekkurler xebere gore

  10. sabinocka dedi ki:

    3. Kompulsiv davranışları ilə diqqəti çəkən qadının qarnından 2533 əşya tapılıb. Bunların arasında 947 ingilis sancağı da var imiş. Qadın isə sadəcə qarnında «yüngül sancıdan» şikayət edib.

    eboooooooo bu neya ??????

    tewekkur

  11. Ninaska dedi ki:

    reylerchun tshkk opucuk