Macarıstan Ramil Səfərovun buraxılacağını bilirdimi?
«ARTIQ MƏSƏLƏ QAPANIB»
Macarıstan zabit Ramil Səfərovun əfvini narazılıqla qarşılayıb və sentyabrın 3-də bununla əlaqədar Azərbaycanın Macarıstandakı səfirinə nota təqdim edib. Məlumatı Azərbaycanın bu ölkədəki səfirliyindən almışıq. Səfir Vilayət Quliyev sentyabrın 3-də bu səbəbdən macar rəsmiləri ilə görüşüb. Məsələnin beynəlxalq normalara uyğun həll olunduğunu bildirib.
Macarıstan XİN-in saytında yerləşdirilmiş bəyanatda isə deyilir ki, Budapeşt ömürlük həbsə məhkum edilmiş Səfərovun əfvi qərarını qəbuledilməz sayır. Macarıstan Azərbaycanı iki ölkə arasında əldə olunmuş razılaşmaları pozmaqda ittiham edir. Bu razılaşmaya görə, Ramil Səfərov cəzasını Azərbaycanda çəkməli idi, vaxtından əvvəl azad edilmə haqqı isə ona cəza müddətinin başladığı tarixdən etibarən 25 il sonra verilə bilərdi.
«Azərbaycanla Macarıstan arasında belə razılaşma və ya öhdəlik vardımı və vardısa Azərbaycan onu niyə pozdu» sualına səfir Vilayət Quliyev qısa cavab verdi:
– Artıq məsələ qapanıb və yenidən bu işi qaldırmağa, araşdırmağa ehtiyac yoxdur. Mən bu haqda açıqlama vermək istəmirəm.
«BƏLKƏ DƏ NƏ VAXTSA BELƏ BİR ÖHDƏLİK GÖTüRüLüB, ƏSAS NƏTİCƏDİR»
Foto: Arxiv
Son 2 gündə sosial şəbəkələrdə Azərbaycanın Ədliyyə nazirinin müavini Vilayət Zahirovun imzası ilə ingilis dilində sənəd yayılıb. Həmin sənəddə Ramil Səfərovun cəzasını Azərbaycanda çəkəcəyi ilə bağlı öhdəlik götürülməsindən söhbət açılır.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən dedilər ki, belə bir sənəddən xəbərsizdirlər. Amma «bəlkə də nə vaxtsa belə bir öhdəlik götürülüb, amma prezident müstəsna hüququndan yararlanıb Səfərovu azad edə bilərdi». Mətbuat xidmətinin əməkdaşı Səyyad Məcidovun AzadlıqRadiosuna dedikləri:
– Cənab prezidentin xüsusi sərəncamı var. Məncə, bundan sonra hər hansı ədliyyə işçisinin, hər hansı bir vətəndaşın bu haqda şərh verməyə əsası yoxdur. Bu, prezidentin səlahiyyətində olan məsələdir. Sosial şəbəkə azad məkandır, orda çox şey deyilə bilər. Son sözü prezident deyib.
– Belə bir sənəd varıydımı?
– Bütün hallarda proses müsbət istiqamətdə gedib və nəticəni də gördük. Bundan artıq şərh vermək istəmirəm.
«BU, SİYASİ ANLAŞMA OLA BİLƏRDİ»
Hüquqşünas Erkin Qədirli deyir ki, 2 ölkə arasında razılaşma mümkün idi:
Erkin Qədirli
– Onlar öz aralarında razılaşdıra bilərdilər ki, məhkum o şərtlə təhvil verilir ki, cəzasını çəksin. Amma bu, siyasi bir anlaşma ola bilərdi. Bunun da təfərrüatlarını bilmirəm və ortada ciddi sübut yoxdur. Belə bir məktub dövlət üçün siyasi öhdəlik yaratmır. Bu, nazirliklər arasında müavinlər səviyyəsində yazışmadır. Əsas qərarı prezident qəbul edir. İşin bu tərəfi isə rabitəsizlik və ünsiyyət qüsuru kimi də görünə bilər.
O ki qaldı, Macarıstanın son bəyanatlarına, Erkin Qədirli buna Budapeştin özünü sığortalaması kimi baxır:
– Mən inana bilmirəm ki, Macarıstan Azərbaycanın Ramil Səfərovu buraxacağını bilmirdi, bu sonluğu gözləmirdi. Sadəcə, özünü sığorta edir.
Ramil Səfərov 2004-cü ildə Macarıstanda keçirilən NATO təlimlərində erməni zabitini qətlə yetirmişdi. 2006-cı ildə Budapeştin birinci instansiya məhkəməsi Səfərovun 30 il ərzində əfv hüququ olmadan ömürlük həbs edilməsi haqda qərar çıxarmışdı.
Ötən həftə Macarıstan Ramil Səfərovu Azərbaycana verib və avqustun 31-də prezident İlham Əliyev onu əfv edib. Bundan sonra Ermənistan Macarıstanla diplomatik əlaqələri kəsəcəyini bəyan edib. ABŞ isə bu əfvlə bağlı narahatlığını dilə gətirib.azadlıqradiosu
Yenilənib:
mende bele bir soz ewitmiwdim ve mene qaeribe geldi ki bes nece olur buraxillib amma ki buraxilibsada bu iwleri qurdaliyan ermenilerdir mence cunki istemirdilerki amil azad buraxilsin..
Bunlar neden daniwir? Bir neferi oldurene omurluk ceza ozu edaletsizlikdir! Bu azadliq davam edecek… … ALLAHin komekliyi ile,,,
xebere gore teshekkurler…!
Butun dunya qorxuya dusubeee Ramil Seferovun buraxilmasiynan
bunu ewitmiwdim xbr lerde ama yenede twkrlerrr . Ramil vetene gelibse onu burdan hec kim buraxmaz hem de her wey qanunnan hell olunub ermeni kimdi qanunnan daniwa bilen axirinci yaziq milletdi
xeberchun chox sagol.. 1 nefere gore 1 insanin omurluk ceza vermek isdirler ee.. bes onda biizm esgerlerin oldurenleri nie ele cezalandirmirlar..
RAmil bura gelen kimi ehv olunmaga laiq idi..onu hepsxanay gondermek azerilere yarawmazdir.
xebere gore twk
sabinocka , duzdu Ramil`i hepsxanaya gondermek azerilere yarasmazdi
xebere gore twkkk