Tək istədiyim sənin xoşbəxliyindir

Sən baharın yağışla gətirdiyi həsrətsən. İçimdəki sən saf,təmiz bir damlaydın, dənizə düşəndə islatmaqdan qorxduğum damla… Sən səndən heç vaxt vazkeçə bilməyəcəyim üçün özəl idin. Hər dəfə dalaşanda qəlbimdə fırtınalar qopardı və sən bunu heç bilməzdin. Bəlkə də mənim susmağım sənin qaçmana, getmənə səbəb oldu. Bəlkə də… Sənə deyə bilmədiyim sözlərlə doldu qəlbim, hər dəfə gün batışında xatırlattın mənə… Uzaqdan sevməyə nifrət edərdim, amma indi uzaqdan sevmək məcburiyyətində qaldım. Bilirəm ki artıq bir sevgilin var… çox qısqancam… Dəli oluram hər dəfə ağlıma gətirdikcə… O insana nifrət də edə bilmirəm… Mənə çox yaxın biridi o… Taleyə nifrət etdim… Bizim üçümüzü qarşılaşdırdığına görə… Sənə də nifrət etdim… Sonra könlüm dayana bilmədi bu ayrılığa, ürəyim səni görmədən acımağa, qanamağa başladı, bir bitiş başladı həyatımın baharında… ürəyimdən səni atacaq heç bir güc tapmadım. Fikrim sənə acı çəkdirmək, zərər vermək deyildi. Ağlarkən güldürmək, ömrümü ömrünə qatıb səni xoşbəxt edəcəkdim və səndən sənə verdiyim sevgini qəbul edib bu sevgini yaşamağı istərdim. qəlbimdəki taxt-tacı sənə vermişdim… çox sevilmək bu qədərmi acı idi?? Ya səni qazanmaqdır fikrim ya da özümdən vazkeçmək. Mən sənə böyük bir sevgi vermək üçün inad edirdim. Bu qədər inad etdiyim üçün bağışla məni. Sevmək ölümünə cəsarət, buzdan deyil atəşdən ürək istər.Bütün gözəllikləri, bütün kainatı bir-birinə qatsalar da sevə bilməzdilər mən kimi… Heç kimin ürəyi mənimki qədər böyük, mənimki qədər dəli ola bilməzdi. Mənə bu qədər əzab verən ürəyimi çıxarıb ata bilmirəm, mənə bu qədər əziyyet edən ürəyimə düşmən ola bilmirəm!! Əgər bu mümkün olsaydı şübhən olmasın qəlbimi çıxarıb atardım. Sevdan məni dəli etdi,özümə sözüm keçmir artıq… Başımı əllərimin arasına nə ilk, nə də son alışımdır…
Bu ilk acım deyil, lakin ən böyük acımdır…

Bir limandayam və sənin mindiyin gəmi çoxdan uzaqlaşıb getdi və bunu qəbul etmək mənə əzab verir. ürəyim sarayından səni qovmur, o taxtı sənsiz buraxmır…
Heç inanmamışdım… Heç bir zaman inanmamışdım məni özünə düşmən edib, qəlbimin yarısını alıb gedəcəyinə… Məndən başqa hamı bilirdi günün birində məni yarı yolda qoyub gedəcəyini. Bu yalançı dünyada bir tək mən idim sənə inanan, güvənən, sevən, hər zaman sənə dəstək olan… Amma sən sənə inanmayanları haqlı çıxardın… Səninlə bir qurduğum dünyanı yerləbir edib getmənə səbəb nə idi, bilmədim. Sən olarkən yalnızlıqdan, ağlamaqdan qorxmurdum. Bilirdim ki yalnız olanda yanıma gələr,ağladığımda göz yaşımı silərdin…

Səni aramıram.Bu dəfə ardından gəlmədim deyə səni unutduğumu da düşünmə… Hər zamankından daha çox Sevirəm Səni… Hirsim də, sevgim də bitmək bilmir. Səndən sonra necə yaşayacağımı bilmirəm, amma səni hər zaman xoşbəxt görmək istəyirəm… Həyatımın qalanını sənsiz yaşamağı öyrənməliyəm. Elə öyrənməliyəm ki,səni görəndə içim heç sızlamamalı… Səni unutmalı… Sənsə başını əyməlisən, elədiklərindən utanmalı, iliyinə qədər üşüməlisən yayın istisində… Ama sənə bunları yaraşdıra bilmirəm…

Sənin gözlərində yaşadım məhəbbəti və yenə də sənin gözlərində saxladım ümidlərimi… Bir gün oxuyarsan bu yazdıqlarımı… Oxuyarkən ağlayacaqsan bəlkə… Bilmirəm… Ama məni anlaya bilmən və bağışlaman üçün çox vaxt keçməsi gərəkdir… Bunu bilirəm

Hər zaman “özün haqqında danış” deyərdin… Mən də hər dəfəsində susardım… ”Axı nə danışım?” deyə söhbəti dəyişərdim… Bax…. Mən buyam… Heç kimin sevmədəyi və heç kimin anlamadığı….

Xoşbəxt ol…Tək arzum budu ya mənlə məni sevməsəndə istədiyinlə ürəyindəkiylə artıq…!

Angel-Feride

Şərhlər:

  1. Lucky Girl dedi ki:

    Xoşbəxt ol…Tək arzum budu ya mənlə məni sevməsəndə istədiyinlə ürəyindəkiylə artıq…!

    ne qeder caliwsamda bunu urekden arzu ede bilmerem…mene bunlari yawadanin xowbext olmagini coxda istemirem..en azi menim cekdiklerimi ceksin isteyirem…((

  2. Aelita dedi ki:

    🙁 men aylniz o yanimda olsa xosbext olaram… yalniz o yanimda olsa

  3. mR_bAkiNec dedi ki:

    Yeri var etaga :/
    Sagol xebere gore video klipinde yeri suPeR :/

  4. CooL_Man dedi ki:

    woow super…
    cox sag ol…

  5. sabinocka dedi ki:

    Hər zaman “özün haqqında danış” deyərdin… Mən də hər dəfəsində susardım… ”Axı nə danışım?” deyə söhbəti dəyişərdim… Bax…. Mən buyam… Heç kimin sevmədəyi və heç kimin anlamadığı….

    Super super super…..

  6. important life dedi ki:

    tewekkurler ^^

  7. DaRk_AnGeL dedi ki:

    Cox sagol qeweng xeber idi

  8. Ninaska dedi ki:

    beyendim tshk ;)) ..

  9. deniz15 dedi ki:

    tesekkurler cox sagolun