Qısqanclıq

Q305;sqancl305;q

Qısqanclıq bu və ya digər formada hər kəsə məlum hissdir. Psixoloqlar bu haqda kitablar yazır, yazıçı və şairlər əsərlərində bu hissi təsvir edir. Bütün bunlara baxmayaraq qısqanclıq sevgi kimi hələ də qatı açılmamış sirrlərlə doludur. Onun dağıdıcı nəticələri isə çoxuna məlumdur.

Bəzi tədqiqatların nəticələrinə əsasən qisqanc insanlar 10-15 il daha az yaşayır. Adətən onlar hipertoniya, ürək-damar xəstəliklərindən əziyyət çəkir və təxminən 60-65 yaşında vəfat edirlər. İstisnalar isə azdır. Qısqanclığın həddi müxtəlifdir. Belə ki, sivil ölkələrdə yaşayan insanlarda qısqancların sayı çoxdur. İnkişaf etməmiş ölkələrdə isə seksual inama əhəmiyyət vermirlər.
Qadınlar kişilərə nisbətən daha qısqanc olurlar. Kişilərdə bu hiss ağır və qətidir. Lakin onlar iki dəfə artıq xəyanət edirlər. Sosioloqların araşdırmalarına əsasən hər 5-ci ailə qısqanclığa görə dağılır. Qısqanclıqdan boğaza yığılan partnyor (adətən qadın) həlledici dava taparaq ailəni tərk edir, hətta əsl səbəb olan qısqanclıq arxa planda qalır.
Qısqanclıq çoxlu sayda zorakılıq, hətta ölüm hadisələri törədir. Minlərlə insan qısqanclıqdan əziyyət çəkir. Müasir ?Otello?lar isə tam normal və sağlam insanlardır. Uzun illər hesab olunurdu ki, seksual inamsızlıqdan törədilən ölüm hadisələrini alkoqol və ya xəstə insanlar edir.
Son araşdırmalar göstərdi ki, qısqanclığa görə cinayət törədənlərin yalnız 25 %-i alkoqol və ya psixoloji xəstələrdir. Bütün bədbəxtliklərə görə qısqanclığı günahlandırmaq lazım deyil. Məhz o, hisslərə kəskinlik, cazibə bəxş edir, həmçinin sevgini sönməyə qoymur. Əgər belədirsə, qısqanclıqla mübarizə aparmağa dəyərmi?
Qısqanclıq uşaqlıqda yaranır. Əsəs səbəbi də uşaqlıq illərində axtarmaq lazımdır.
Ailəyə ikinci uşağın gəlməsilə qısqanclıq hisslərinin ilkin əlamətləi hiss olunmağa başlayır. Əgər ilk uşaq valideyn qayğısının olmamasını hiss etsə qısqanclıq daha da güclənir. Daha sonralar isə bu hiss tək seksual partnyora yönəlməyəcək. Əgər valideynlər ayrılsa, körpə qorxacaq ki, anası onu atası kimi tək qoyub gedəcək.
Məhz buna görə də uşaqlar əksər hallada analarını başqa kişilərə qısqanır və düşünülər ki, həmin kişi analarını onların əlindən alacaq. Bu cür psixologiyalı uşaqlara ikiqat diqqət və qayğı tələb olunur. Ümumiyyətlə körpəlikdə az qayğı görən, nadir hallarda qucağa götürülən uşaqlarda qorxu hissi olur -yaxınlarını itirmək qorxusu.
Adətən özlərinə qiymət verməyən insanlar da sevdiyini itirməkdən qorxur və güclü qısqanclıq hisslərinə sahib olur. Bununla bahəm bütün münasibətlərdə özünə əmin olan qisqanc insanlar da az deyil.
Qısqanclığı gücləndirən faktorlar da var. Kişilərdə bu ilk növbədə alkoqolizm, reproduktiv sistemlə bağlı problemlərdir. Qadınlarda isə seksual cəhətdən təmin olunmamaq, övladsızlıq, hamiləlik və ginekoloji problemlərlə əlaqədardır. Patoloji qısqanclar ruhi xəstələr də ola bilər. Belə bir fikir var ki, patoloji qısqanclıq ? baş verənlərə və ya təsəvvür olunanlara həddini aşmış reaksiya deyil, emosional ehtirasa çətin adaptasiya ilə bağlıdır. Bəzi nəticələrə əsaən isə 15-20% insanlarda qısqanclığın patoloji forması psixoz simptomları ilə oxşardır. Lakin elə insanlar var ki, onlar qəti şəkildə qısqanmırlar (onlar 3-5%-dir). Bu da digər həddir. Səbəb isə – emosional soyuqluğun həddindən çox olmasıdır. Laqeydlərin əksəriyyətini kişilər təşkil edir. Dahilərdən biri deyib ki, ?qadınlar nadir hallarda qısqanclığı bağışlayır, onun olmamasını isə heç vaxt bağışlamır?. Qısqanclıq münasibətlərə istilik bəxş edə bildiyi qədər gərəklidir. Hətta az həyat təcrübəsi olan qadınlar da bilir ki, qısqanmayan kişini əldə saxlamaq çətindir. Əgər kişiyə qısqanmaq üçün şərait yaratmasan o elə zənn edəcək ki, başqa kişilər onun qadınına diqqət yetirmir.
Bununla bərabər o inanmalıdır ki, onun qadını seviləndir, arzuolunandır, lakin tək ona qismət olub, çünki o hamıdan yaxşıdır. Qeyd edək ki, kişi təbiətən qısqanc olmadıqda bu üsul keçərlidir. Bəzi kişilərlə vəziyyət çətindir. Şüşədən qısqanclıq cinini buraxacaqsınız və onu geri qaytarmaq çox çətin olacaq. Yüngül qısqandırma siyasəti əsl cəhənnəmə çevriləcək.
Bu cür insanlara fərqli yanaşma tərzi mövcuddur. Məsələn: cavab olaraq qısqanmağa başlamaq, hətta onu özündən bir neçə dəfə artıq qısqanmaq. Məsləhət görmədiyimiz isə qısqanclığı içinizdə boğmaqdır. İnsan sevdiyi zaman qısqanır. Bu təbii haldır. Sahib olma hissi isə buna aid deyil. Mənim arvadımdır, fincanımdır, mebelimdir və s. Bu fərqli hissdir.
İstənilən halda yadda saxlayın ki, qısqanclıq hissi münasibətlərə istilik bəxş etdiyi səviyyədə gözəldir. Həyatınıza zəhər qatırsa bu artıq normal deyil.

MILAQROS

Şərhlər:

  1. VeFaSiz_Giz dedi ki:

    offfffff revnost- revnost, ona vsex pogubit, i menya toje )))))))))
    spasibo canik za novost opucuk

  2. Avtosh_227 dedi ki:

    tewekkurler.ellerind erd gormesin inwallah… applause

  3. KENAN_M dedi ki:

    QIAQANCLIQ RUHI XESTELIYE CEVRILEN ADAMLAR NECE ?????YEQINKI 35 YASDAN O TEREFE KECMEREM

    INSALLAH EVLENIM
    1 CI QAYDA DENIZ OLMAZ
    2 QAYDA BAS BAGLAMAQ
    3 QOHUMLARIGILE RETKI HALLARDA GETMELIDI.NE QEDER COX GEZSE BIR O QEDER PIS REFTAR ELIYER ERYNEN.HEREDEN BIR SOZ ESIDER

  4. aznetin_gozeli dedi ki:

    MEN QISQANC OGLANLAR UCUN OLUREM…OZUM DE COOOOOOOOOOX QISQANCAM…

  5. Angelocka dedi ki:

    Sitat: VeFaSiz_Giz
    offfffff revnost- revnost, ona vsex pogubit, i menya toje )))))))))


    axaxa azz baculka nu wto slucilos aa??? xaxa On pridyot nebespakoysa xaxa

    Sitat: Admin
    onda demeli men 60-65 yawinda olecem)))


    Allah gecinden versin birde ele deme dostik nono Onu sen bile bilmezsen allah biler..Hem bele weylere inanma..Yox qisqanc adamlar tez olur..Hec dexli var..Allah ne zaman buyrsa o vaxtida canimiz alacaqi

    Sitat: MILAQROS
    ALLAH QOVUSHDURSUN!!!INSHALLAH sende esl sevgini tapib arzuna catarsan.AMIN!!!


    ya_za Amin Amin Amin!!!!!!

    MILAQROS,
    Wirinim xebere gore cooooooxxx sagoll..Gozel ellerin yorulmasin bitanem opucuk

  6. MILAQROS dedi ki:

    Sitat: Admin
    onda demeli men 60-65 yawinda olecem)))

    qisqanc insanlar coxdu hamisi da diridirxaxa amma dseli kimi qisqanmaq bu artiq qisqanciliq yox xestelikdir

    Sitat: Admin
    Men wexsen qisqancam.Cunki delicesine sevirem…

    memi_ile raziyam ALLAH QOVUSHDURSUN!!!INSHALLAH sende esl sevgini tapib arzuna catarsan.AMIN!!!

  7. star dedi ki:

    awiri derecede qisqancliq inamsizligdan ireli gelir.

  8. memi_ dedi ki:

    Admin,

    Men wexsen qisqancam.Cunki delicesine sevirem…


    ALLAH QOVUSHDURSUN!!!!

  9. Admin dedi ki:

    onda demeli men 60-65 yawinda olecem)))

    Men wexsen qisqancam.Cunki delicesine sevirem…

  10. fanya_ya dedi ki:

    man qisqanmiram man paxillaniram